Şərab şirkəti bəzi əmlaklarını hədiyyə edəcək - TOPLANTI
Tarix: 15-09-2024, 00:02 |
Çap et
29 oktyabr 2024-cü il, saat 11.00-da “Samux Şərab-3” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, yığıncaq Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1.Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2.Cəmiyyətin balansında olan istismara yararsız əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;
3.Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 485 45 45