“Sabunçu İstehsalat Xidməti Bazası” hüquqi ünvanını dəyişir - TOPLANTI
Tarix: 31-08-2024, 18:56 |
Çap et
30 sentyabr 2024-cü il saat 12:00-da “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin (VÖEN: 9900028131) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında baş tutacaq.
Gündəlikdə olan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin Direktorlar (Müşahidə) Şurasının üzvlərinin yenidən seçilməsi;
2. Cəmiyyətin İdarə Heyətinin üzvlərinin çıxarılması;
3. Cəmiyyətin kollegial icra orqanının təkbaşına icra orqanına dəyişdirilməsi və Direktorun təyin edilməsi;
4. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi;
5. Yeni redaksiyada nizamnamənin təsdiq edilməsi;
6. Digər məsələlər. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz.
Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.