`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi... - "Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?"
Tarix: 31-08-2024, 12:58 | Çap et
Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında Heydər Əliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə 2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi ilə qızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qaz xidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyri-yaşayış evinin çöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyə cavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanın çölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyəti orqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlara çeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qaz sayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb, mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdən ventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok” qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun. Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16 ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anında iki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəmənin qərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinə pulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi” sistemi isə qaz olmadan işləmir. “Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi) iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçının istifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ də rəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir? “ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadə qaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZ SAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsinin QAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçün İSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilən halda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kimin hesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapa bilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çox qaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişət qaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isə ÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi” saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ın rüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ən azı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48 manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə, qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar? Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərar hələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icra etməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDAN yararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACI quraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heç demə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə belə əndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz” utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qaz idarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?) Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanından Prezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasına nə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələn cavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətinin rüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəli əlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə” qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacın məişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığı vurğulayaraq ... məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq- aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 ilə yaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” ilə qızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır; məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYE QAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulan xəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb? Özü də bu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaq isə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi normativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətini yaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlər məhkəmələr, dövlətin xidmət qurumları? Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxış keçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.) detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı” “nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələb edəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib? Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlil-istehlakçının yox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h. Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinə əsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir. İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti – Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda, məhkəməni nişan verir. Məhkəmə qərarını verib də! Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən, təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qaz xidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?
Məğrur Bədəlsoy - Dia-az.İnfo
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Bu gün, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Bu gün, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Bu gün, 18:08 |
|
|
|
• Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04 |
|
|
|
• İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Bu gün, 17:59 |
|
|
|
• Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Bu gün, 17:55 |
|
|
|
• Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Bu gün, 17:50 |
|
|
|
• “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Bu gün, 17:46 |
|
|
|
• Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:33 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
|