Paşinyanın 2027-ci il kələyi - İrəvan danışıqları tormozlayır...
Tarix: 31-08-2024, 09:03 | Çap et
“Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır”. “Yeni Müsavat” yada salır ki, bunu avqustun 29-da Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib. Nazir qeyd edib ki, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.
Onun sözlərinə görə, öncə mövcud ronstitusiyaya dəyişikliklər edilməsi, yoxsa yeni konstitusiyanın qəbulu ilə bağlı mübahisələr gedib, lakin sonda ikinci varianta üstünlük verilib. Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında konstitusiyanın ilk 3 maddəsinin dəyişdirilməsi müzakirə olunmayıb, o cümlədən müstəqillik bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması məsələsinə baxılmayıb (harada ki, keçmiş Dağlıq Qarabağın Ermənistana “birləşdirildiyi” əksini tapıb). Belə çıxır, konstitusiya dəyişsə də, Azərbaycana ərazi iddiası qalacaq...
Halbuki Bakının əsas tələbi məhz həmin təxribatçı istinadla bağlıdır. Məlumdur ki, Bakı İrəvanla sülh müqaviləsinin yalnız Ermənistan Konstitusiyasının və digər qanunverici aktların beynəlxalq hüquqa uyğunlaşdırılacağı təqdirdə imzalana biləcəyini bildirib. Son olaraq bu barədə xarici işlər naziri Ceyhun Bayramov həftənin əvvəlində qardaş Türkiyəyə etdiyi səfər çərçivəsində bəyan edib. Yəni Azərbaycan bu xüsusda qanunsuz və ədalətsiz heç bir tələb irəli sürməyib və hər hansı güzəştə də getməyəcək. Çünki bu bizim “qırmızı xəttimizdir”. Odur ki, əgər Ermənistanın yeni konstitusiyasında da Azərbaycana ərazi iddiası olacaqsa, onu dəyişməyə nə lüzum? Paşinyan hökuməti kimi aldadır?
Bütün hallarda yenə maraqlıdır, 2025 və ya 2026-cı il yox (həmin il Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək), məhz 2027-ci ildə referendum planlaşdırılması suallar doğurur. Yeni konstitusiyanın qəbulu üçün doğrudanmı 3 il vaxt lazımdır, yoxsa rəsmi İrəvan revanş üçün vaxt udmağı, işğal ordusu qurmağı hədəfləyib? Başqa yandan, ona qədər Azərbaycan və Türkiyə ilə faktiki düşmən kimi, təcrid və müharibə vəziyyətində olacaq “izqoy” Ermənistanın öz varlığını saxlaya biləcəyi də qeyri-müəyyəndir. Nəhayət, belə çıxır, 2027-ci ilədək İrəvanla sülh danışıqları aparmağın anlamı qalmır? Onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıb.
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan indiki vaxtda sülh müqaviləsi bağlamaq istəmir. Onun sözlərinə görə, ölkədə ictimai-siyasi gərginlik qalmaqdadır və belə şəraitdə Paşinyan sülh sənədini imzalamağı risk hesab edir. Q.Əlibəylinin fikrincə, ABŞ silahları Ermənistana yerləşdirilir, amerikalı hərbçilərlə erməni hərbçilər birgə təlimlər keçirir və belə görünür ki, siyasi-hərbi təxribatların olması üçün ərazi iddiaları qalmalıdır: “Ermənistan ümid edir ki, Qərbin bu dəstəyi bir neçə il sonra revanşa gətirib çıxara bilər”. Həmsöhbətimizin qənaətinə görə, əgər 2027-ci ildə qanunvericiliyə dəyişiklik zamanı Ermənistanın ərazi iddiaları yeni konstitusiyada da öz əksini tapacaqsa, o zaman heç vaxt sülh sazişi bağlanmayacaq: “Və bunun da günahkarı Ermənistan olacaq. Azərbaycan tələblərini haqlı şəkildə irəli sürüb. Bu şərtlərdə Ermənistanın etiraz edəcəyi hal yoxdur. Azərbaycan əsaslı olaraq israr edir ki, qanunvericilik aktlarından Qarabağın Ermənistana birləşdirilməsi ideyası aradan qaldırılsın. Əgər bunu etməsələr, imzalanmış sülh sənədi adi bir kağız parçası olacaq və Ermənistan istənilən zaman onu poza biləcək. Ona görə biz tələblərimizi irəli sürəndə işimizi möhkəm tuturuq. Üstəlik, sülh Ermənistana daha çox lazımdır. İndi gedib özləri fikirləşsinlər”.
Professor Qabil Hüseynli referendumun 2027-ci ilə saxlanmasının siyasi səbəbləri olduğunu güman edir: “Paşinyanın hakimiyyəti kövrəkdir və hər an laxlaya bilər. Bu gün Rusiya Nikolun cəzalandırılması yolunun axtarışındadır. Ermənistan Qərblə Rusiyanın növbəti toqquşma meydanına çevrilib. Burada proses daha ağrılı gedəcək, çünki Ermənistan Rusiyadan ən asılı ölkədir. Hətta Belarus ona baxanda daha az forpost sayıla bilər. Odur ki, Ermənistan rəhbərliyi hadisələrin həssas və hakimiyyət üçün riskli dönəmində referenduma getmək istəmədi. Əgər indi yeni konstitusiya qəbul etsəydi və orada Qarabağla bağlı iddialar aradan qaldırılsaydı, bundan rəqibləri ona qarşı istifadə edəcək, keşiş Baqratdan tutmuş qatil Sərkisyana qədər hamısı birləşib xalqı küçələrə çıxmağa çağıracaqdılar ki, Paşinyan guya milli maraqlara xəyanət edib, Qarabağdan imtina edib, guya satqındır, ölkənin konstitusiya quruluşunu darmadağın edib, guya erməni xalqının tarixi "məsələsi"ni oradan çıxarıb, xaindir və sair. Yəni bu mənada Paşinyan təhdidlərdən çəkindi və referendumu sonraya saxladı. Xatırlayırsınızsa, bir müddət əvvəl, hələ o zaman Xankəndidə separatizm mövcud idi, Paşinyan bəyan etmişdi ki, “mən elə bir sənədə qol çəkəcəyəm ki, ola bilsin, özüm üçün təhlükə olsun, amma erməni xalqının xilası üçün buna getməliyəm”. Həmin vaxt Putin “Valday” klubunda sülh müqaviləsinin Vaşinqton variantı olduğunu bildirmişdi. O açıqlamadan sonra ermənilər meydanlara çıxdılar və Paşinyan geri çəkilməyə məcbur qaldı. İndi də oxşar mənzərə yaranmasından qorxduğu üçün cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır. Lakin bizim onların nazı ilə oynamaq, daxili siyasətdəki problemlərinə görə səbr etmək öhdəliyimiz yoxdur".
Q.Hüseynli hesab edir ki, Ermənistanın sülh sazişini yubatması onun öz siyasi-iqtisadi həyatına mənfi təsir edəcək: “İkincisi, Paşinyanın rəqibləri ilə hansı problemlərinin olması bizi maraqlandırmır. Azərbaycan tələb edir ki, şifahi olaraq, o cümlədən Praqada imzalanmış sənədə əsasən Qarabağı bizim ərazi bütövlüyümüz çərçivəsində tanıdığın kimi, sülh sazişini də imzalamalısan, heç bir kitabında, müstəqillik bəyannaməndə bu barədə iddia qalmamalıdır. Əgər 2027-dək proses uzanacaqsa, hər dəfə gərginliklər, lokal toqquşmalar baş verməsi istisna deyil, üstəlik, sərhədin dəqiqləşdirilməsi prosesi uzanacaq və kimsə deyə bilməz ki, 3 il sonra nələr dəyişəcək. Üstəgəl, yeni konstitusiyada ərazi iddiaları saxlanacaqsa, Ermənistan bundan heç nə qazanmayacaq. Biz sülh olmadan da yaşaya bilərik, enerji məhsullarımız dünyaya çıxır, özünü blokadada görən Ermənistandır. Özləri götür-qoy eləsinlər, ərazi iddialarını sənədlərdə saxlamaq daha strateji məsələdir, yoxsa Ermənistanın dünyaya çıxması...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Bu gün, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Bu gün, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Bu gün, 18:08 |
|
|
|
• Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04 |
|
|
|
• İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Bu gün, 17:59 |
|
|
|
• Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Bu gün, 17:55 |
|
|
|
• Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Bu gün, 17:50 |
|
|
|
• “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Bu gün, 17:46 |
|
|
|
• Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:33 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
|