Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Azərbaycana qarşı Frankofoniya təxribatı .....                     Prezidentin Cəbrayıl İSMARICLARI... .....                     İrəvanın COP29 hiyləsi .....                     İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir .....                     “Receb İvedik”i 10 ilə qədər həbs gözləyir .....                 

Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Tarix: 6-07-2024, 09:16 | Çap et
Sülhdən imtina edən Ermənistana “sülh yardımı”
Bu il Ermənistan ilk dəfə olaraq Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro alacaq. Qeyd olunur ki, Macarıstan bu yardıma qoyulan qadağanı aradan qaldırıb.

Bu barədə “Azadlıq” radiosuna Avropa İttifaqının diplomatik mənbəsi məlumat verib.

İddiaya görə, bu proqrama birliyə üzv olan bütün ölkələr yaşıl işıq yandırmağa hazırdır və layihənin əvvəlcə iyulun 17-də üzv ölkələrin səfirləri, daha sonra isə iyulun 22-də keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, sözügedən layihəyə aprel ayında Macarıstan tərəfindən veto qoyulmuşdu. Rəsmi Budapeşt Azərbaycanın da Aİ Sülh Fondundan yardım almasını tələb etmişdi. Radiostansiyanın mənbələrinin bildirdiyinə görə, Budapeştdən gələn bu təklif qəbul edilməyib, lakin çıxılmaz vəziyyətdən çıxmaq üçün kompromis variant seçilib: Bakıya bu fonddan deyil, minatəmizləmə işlərinə ayrıca pul ayrılacaq.

Bütün dünya əslində bilir ki, Ermənistan 30 il işğalçılıq siyasəti aparıb, bu gün - Qarabağ işğal azad edildikdən sonra postmüharibə dövründə antisülh propoqandası aparır. İrəvan hər vəchlə sülhdən yayınır, faktlarla sübuta yetirilir ki, Ermənistan işğal dövründə bütün Qarabağı minalarla çirkləndirib. Belə bir dövlətə Sülh Fondundan yardım ayırmaq hansı mənanı verir? Bu, təbii ki, Aİ-nin növbəti ikili standartı və ermənizmə dəstəyidir.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Avropa İttifaqının tənəzzül dövrü yaşadığını bildirdi: “Ermənistana Sülh Fondundan yardım göstərən Avropa, bu addımı ilə 30 ildə işğalçı bir dövlətin əməllərini dəstəklədiyini bir daha möhürlə təsdiqlədi. Nə qədər riyakar və çirkin bir oyun! Bu sözün bitdiyi yerdir!

Rusiyanı işğalçılıqda ittiham edib, ona Ukrayna üzərindən savaş açan Avropa Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan kimi terrorist bir dövlətə özünün sülh fondundan yardım ayırır. Terrorçuya, işğalçıya sülh fondundan yardım ayırmaq dünyada bənzəri olmayan siyasi rəzalətdir. Bu rəzalətin və siyasi əxlaqsızlığın sonudur! Budur bunların iç üzü. Bu utancverici hərəkəti bir qədər malalamaq məqsədilə, Azərbaycana ermənilərin 30 ildə işğal altında saxladıqları torpaqlarda basdırdıqları minaları təmizləmək üçün bir başqa formada yardım etməyi qərara alsalar da, bu Avropa İttifaqının üzünü ağartmır.

Bütün bunlar ortadaykən, Azərbaycanın bölgədə tam müstəqil siyasət yürütməsi ən doğru seçimdir. Belə ikiüzlü siyasət yürüdən bir təsisatla tərəfdaşlıq edib, onun yedəyində getmək mümkündürmü? Avropa İttifaqı adlı bir təsisatın onsuz da ömrü sona yaxınlaşmaqdadır. Çünki o, nə dövlətdən bir dövlət, nə də birlikdən bir birlikdir. Anqlosakslar İngiltərəni bu qurumdan illər öncə qopartmaqla, bu qondarma təsisatın fətvasını onsuz da veriblər.

Demokratiya, insan haqları, söz azadlığı deyib ədalətdən dəm vuran bu ləyaqətini itirmişlər Azərbaycana və Türkiyəyə qarşı haqsızlıq etməkdən zövq alırlar! Bu siyasi manyaklıqdır!

Bu mövzuya aidiyyətiı olmayan, lakin dediklərimizi bir daha əyani şəkildə sübuta yetirən bir yeni faktı qeyd etməyi borc bilirəm. Baxın, bu günlərdə futbol üzrə Avro-2024 yarışmasında Türkiyə millisinin oyunçusu - rəqib qapısına iki top vurmuş və qol sevincini qeyd edərkən əllərini yuxarı qaldıraraq boz qurd işarəsi göstərmiş Merih Demiralın bu jestini Almaniyanın daxili işlər naziri Nensi Faserin dərhal UEFA-ya şikayət etmiş, UEFA isə öz növbəsində yüksək qol vurmaq bacarığı olan oyunçunu iki oyun cəzalandıraraq, bu yarışmada bir-birinin ardınca qələbələr qazanaraq, çempionluğa doğru irəliləyən Türkiyə millisinə böyük bir zərbə vurmuşdu. Almaniya qanunları onun ərazisində boz qurd salamını qadağan etməsə də, almanlar öz ləyaqətsizliklərini nümayiş etdirməkdən utanmadılar.

Budur, bunların hər addımda Türkiyə və Azərbaycana qarşı sərgilədikləri münasibət! Bu münasibəti sərgiləyənlər hələ utanmadan bizimlə dostluq, əməkdaşlıq etmək istəyirlər. İkiüzlüdən dost olmaz. Bizim öz yolumuz var - bu Türkiyə başda olmaqla Türk dünyası yoludur".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistana ayrılan maliyyə yardımında təəccüblü heç nə yoxdur: “Ermənistan 1994-cü ildən bu yana bir çox beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən işğalçı dövlət kimi tanınıb. İrəvan 44 günlük savaşdan sonra da Azərbaycana qarşı çirkin kampaniyalarla yadda qalıb. Bir sıra hallarda sülh prosesinə kölgə salıb. Təxribatlara yol verib və bu təxribatlar nəticəsində on minlərlə Azərbaycan vətəndaşı dünyasını dəyişib və ya yaralanıb. Həm işğal dövründə, həm də ondan sonrakı proseslərdə Ermənistanı Qərbdən və digər qütblərdən olan havadarları müdafiə edib. Onlar İrəvanın anti-sülh siyasətinə yaşıl işıq yandırıb və ya şam tutublar. Ona görə də Sülh Fondu adlı qurumun Ermənistana milyonlara dollar vəsait ayırması kimsəyə təəccüblü görünmür. Ermənistan kimi ölkələri müdafiə etmək Qərbin yüzillərə dayanan strateji xətt siyasətidir. Sülh Fondu ”Soros"çuların qanadları altında olan bir təşkilatdır. Ermənistan kimi ölkələri çevrilişlə ələ alaraq regionlara bədbəxtlik və qan gətirən sorosçular bu yolla öz nökərlərini maliyyələşdirirlər. Düşünürəm ki, Macarıstanın bu işə “hə” və “yox” deməsi rəsmi Bakının istəyi ilə baş vermişdi. Görünən odur ki, Azərbaycan bu prosesdə öz istəyinə yenə də nail oldu. Bundan sonrakı mərhələdə Bakı Qərbi məcbur edəcək ki, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərlə mütəmadi vəsait ayırsın. Bu, növbəti proseslərdə Qərbin də sevə-sevə icra etmək istədiyi addımlardan olacaq. Çünki Qərb Azərbaycanla münasibətləri yoluna qoymaq istəyir. Üstəlik, Avropa şirkətləri, böyük korporasiyalar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaqda maraqlıdır. Eyni zamanda, Ermənistana pul ayıran zaman Azərbaycanın da könlünü almaq üçün anoloji addımlar atacaqlar".

Politoloq Turan Rzayevin sözlərinə görə, Avropa İttifaqının və ümumilikdə kollektiv Qərbin Azərbaycana qarşı ikili standartına artıq öyrəşmişik: “Xristian təəssübkeşliyi bir çox hallarda qoca qitənin siyasi qərarlarında həlledici olur. Halbuki Azərbaycan Avropanın enerji təsisatında önəmli rola malikdir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra bu ehtiyac daha da artıb. Bununla belə mövzu Ermənistan Azərbaycandırsa Avropa üçün hər zaman İrəvan bir pillə öndə olur. Əslində bunun bir digər səbəbi bu gün avropalı siyasətçilərin, senatorların, ekspertlərin erməni lobbisi, diaspora və kilsənin ciddi təsirində olması ilə bağlıdır. Konyak diplomatiyasının təsirində olan avropalı siyasilər İrəvanın lehinə qərar qəbul edir və bunu edərkən öz şəxsi maraqlarını qitənin ümumi maraqlarından üstün tuturlar. Ermənistanın ilk dəfə olaraq Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro alması da bunun ən böyük sübutudur. Mümkündür ki, həm 10 milyon avrodan qərarın verilməsində pay sahibi olan siyasilərə ödəniş ediləcək.

Macarıstan Baş naziri Viktor Orbana gəldikdə isə o, Azərbaycanın etibarlı dostu, Avrozonanın nadir, ədalətli, məntiqli siyasətçilərindəndir. Bir çox hallarda onun tərəf tutduğu sanılsa da, Orban Avropa İttifaqının maraqları naminə ədalətli qərarlar verir, ya da verilməsində pay sahibi olur. Misal üçün, sözügedən layihəyə aprel ayında Macarıstan tərəfindən veto qoyulmuşdu. Rəsmi Budapeşt Azərbaycanın da Aİ Sülh Fondundan yardım almasını tələb etmişdi. Düzdür, Bakıya bu fonddan deyil, minatəmizləmə işlərinə pul ayrılacaq olsa da, nəticə etibarilə bu, Orbanın sərgilədiyi mövqe ilə bağlıdır.

Hesab edirəm, Avropanın ildən-ilə enerjiyə olan asılılığı artır və buna görə Azərbaycana qarşı mövqe də gec-tez dəyişəcək. Qərb başa düşmür ki, bu gün Bakıya minnətlə, istehza ilə yanaşma gələcəkdə onların özü üçün problemə çevriləcək. Misal üçün, Aİ Azərbaycandan Avropaya ixrac edilən neft və qazın həcminin artırılmasını istəyir. Rəsmi Bakı isə ildən-ilə həm ixrac edilən enerji resurslarını artırır, həm də mövcud layihələrin ixrac potensialını genişləndirir. Misal üçün Azərbaycan Prezidenti İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Szinpin ilə bir araya gəldi. Görüş sonrası “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədəki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür" və “Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (”Orta Dəhliz") tikintisində və istismarında fəal iştirak edir" bəndləri xüsusilə diqqət çəkir. Belə ki, bu iki bənd həm Zəngəzurdan maneəsiz hərəkətin təmini üçün tərəflərin ortaq hərəkət edəcəyindən (Ermənistana təzyiq ediləcək) həm də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasına başlanacağından xəbər verir. Bu elə bir layihədir ki, reallaşacağı təqdirdə Qazaxıstan, Türkmənistan, Özbəkistan qazı Bakıya, burdan isə TAP və Tanap layihələri ilə Avropaya daşınacaq. Bundan başqa beynəlxalq daşımalarda da yenə Azərbaycan mühüm pay sahibi olacaq.

Yuxarıda qeyd etdiklərim reallaşacağı təqdirdə şübhəsiz Avropa gələcəkdə Azərbaycana daha çox ehtiyac duyacaq".

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Bu gün, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Bu gün, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Bu gün, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Bu gün, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Bu gün, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Bu gün, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Bu gün, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Bu gün, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Bu gün, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Bu gün, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Bu gün, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Bu gün, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Bu gün, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Bu gün, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Bu gün, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Bu gün, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Bu gün, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Bu gün, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Bu gün, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Bu gün, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Bu gün, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Bu gün, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Bu gün, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Bu gün, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Bu gün, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Bu gün, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Bu gün, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Bu gün, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Bu gün, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Bu gün, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Bu gün, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Bu gün, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Bu gün, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Əlviz Qasımovun TRAVMALI İDARƏÇİLİYİ - BU NƏDİ BELƏ?!
Bu gün, 08:24
Paşinyanın baş tutmayacaq “sülh planı” - İNCƏLƏMƏ
Bu gün, 08:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru