TÜRKİYƏ “WESTERN UNION”U “VURDU”
Tarix: 24-01-2012, 16:44 |
Çap et
"UCUZ PARA TRANSFERİ" MÜŞTƏRİLƏR ÜÇÜN DAHA SƏRFƏLİDİR
Azərbaycan bazarında yeni sürətli pul köçürmələri sistemi daxil olub - "Ucuz Para Transferi" (UPT).
Bu günlərdə Türkiyənin "Aktif Bank" (sistemin operatoru) maliyyə təşkilatının təmsilçiləri Bakıda Royal Bank-la agent sazişi imzalayıblar. Bundan başqa, Türkiyə bankı bir sıra banklarla, o cümlədən Bank Respublika və Dəmir Bankla danışıqlar aparır və sonuncu ilə ilkin razılaşma əldə edilib.
Bu gün Türkiyəyə və geriyə köçürmələr əsasən Western Union (WU) ilə həyata keçirilir. Yeni sistem $3500-dən sonra daha çox hiss edilən aşağı komissiya nəticəsində WU-nun inhisarına son qoya bilər.
Müqayisə üçün deyək ki, $5000 üçün UPT $100, WU $201 komissiya alır. Kiçik məbləğlərdə də fərq var. Məsələn, $500-a görə UPT $35, WU - $40 alır.
"Ucuz Para Transferi" Türkiyənin 82 vilayətini əhatə edir. Pulu həmin gün almaq olur. Onun Avropanın 14 ölkəsində xidmət məntəqələri var.