"`Connect.az`-da vaxtınızı boşa xərcləməyin!.." - ÇAĞIRIŞ
Tarix: 19-09-2024, 10:09 |
Çap et
" "Connect.az"-da Vaxtınızı Boşa Xərcləməyin!" Dia-az.İnfo xəbər verir ki, bunu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Bəhruz Mustafayev adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra əlavə edir: "AZnet (8113) şirkətinə 13 sentyabrdan etibarən internet xətti çəkilməsi üçün müraciət etmişəm, amma bu vaxta qədər heç bir irəliləyiş olmayıb. Dəfələrlə call centre-ə zəng etdiyim halda, cavab verə bilən, məlumat verən bir işçiyə rast gəlmək müşkülə çevrilib. Bu qədər məsuliyyətsiz yanaşma qəbulolunmazdır!
İstəyirəm hər kəs bilsin ki, bu şirkət istifadəçilərinə qarşı son dərəcə laqeyd davranır. Müştərini saatlarla xəttdə gözlətmək, heç bir cavab verməmək, problemləri həll etmək yerinə məsuliyyətdən qaçmaqla məşğuldurlar. Heç bir halda AZnet və ya onun baş ofisi Konnekt QSC şirkətini, connect.az platformasında tövsiyə etmirəm! Müasir dövrdə bu cür keyfiyyətsiz xidmət göstərmək rəqabət aparan bir bazarda özünü məhv etməyə bərabərdir. Müştərilərə hörmətsizlik göstərən, məsuliyyəti üzərinə götürməyən bu şirkətə müraciət edən hər kəs qarşısında ciddi çətinliklər görəcək!.."