Bu provayder vətəndaşın NƏFƏSİNİ KƏSİB... - "Artıq yorulmuşuq..."
Tarix: 5-11-2024, 08:52 |
Çap et
"Biz bir səhv etdik. Sizlər etməyin..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində İsmayıl Hüseynov adlı sosial şəbəkə istifadəçisi qeyd edir.
Narazı vətəndaş daha sonra bildirir: " "Speednet" deyilən internet provayderi var. İnanın boğaza yığılmışıq. Stabil internet deyilən şey yoxdur. 5 dəqiqə internet yaxşı olur. 15 dəqiqə gedir. Dəfələrnən şikayət etməyimizə rəğmən, əhəmiyyət verən yoxdur. Ayda 20 manat bizdən pul alırlar. Əmin olun ki, meqabayta 30 manat verirəm. Toplam 50 manata gəlib çıxır. Artıq yorulmuşuq..."