Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün... .....                     Paşinyanın sərhədlə bağlı qərarı: YENİ OYUN .....                     Yeni Kaledoniya Azərbaycanın köməyini qəbul etmir .....                     İranın sərhəd narahatlığı şübhəlidir .....                     Dövlət Komitəsinin binası satışa çıxarılır .....                     İran Azərbaycanla sərhədə divar çəkir? .....                     Gözdən əlilin DƏRDİNİ GÖRƏN YOXDUR... .....                     "Görün, kimlərlə oturub, durmuşam" .....                     “Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur” .....                     Bəzi Qərb dövlətləri suveren hüquqlarımızı kobudcasına pozur .....                     ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? .....                     Naxçıvan əhalisi təhlükədədir? .....                     Rusiyadan Türkiyəyə zərbə: Lavrov Ankaranı bu siyahıya salmadı .....                     Niyə ətrafımızdakı hadisələr risklər vəd edir? .....                     Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır .....                     "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Poladlı kəndi ərazisində .....                     “43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..." .....                     “Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…” .....                     "O evdən heç nə qalmayıb... .....                     "Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və... .....                     Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ .....                     Türkiyə Ermənistanın ümidinə çevrilir .....                     Taxtdan düşənlər və taxta dırmaşdırılanlar .....                     "Kasko sığorta baha olduğu üçün maraq yoxdur" .....                     Büdcədən vəsait ayrılıb .....                     Makron Azərbaycanla bağlı etiraf etməlidir... .....                     Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi? .....                     Azərbaycan BMT qətnamələri əsasında hərəkət etdi, biz isə... .....                     "İndiki ağlım olsaydı, Xatirə pulsuz mahnı verməzdim..." .....                     Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb .....                     Hicran Hüseynovanın ARD-ARDA İFŞASI... .....                     İraqdakı səfirliyimiz haqda qorxunc məlumatlar: Bakıya kimlər göndərilib? .....                     Əmrullayevin şübhəli tender siyasəti... .....                     Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR... .....                     Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı .....                     İctimai nəqliyyatda itirilən mədəniyyət... .....                     Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir? .....                     "Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir..." .....                     Ziya Məmmədov Tağı Əhmədovla bağlı hansı sirri açdı? .....                     Putin Bakıya gəlməkdən imtina etdi: Doğru qərardır! .....                 

Naxçıvan əhalisi təhlükədədir? - Dəhşətli faktın üstü açıldı
Tarix: Bu gün, 15:50 | Çap et
Naxçıvan əhalisi təhlükədədir?
Tanınmış jurnaslist, ovqat.com saytının rəhbəri Heydər Oğuz Naxçıvanda dəhşətli faktın üstünü açıb.

Dia-az.Media mövzunun aktuallığını nəzərə alaraq jurnalistin ovqat.com saytında yayımlanan “Naxçıvan “canişinliyinin” dabbaqdakı gönü: Xəyalə Dadaşovanın həmkarı ilə görüşünə niyə imkan verilmirdi?” adlı məqaləsini oxuculara təqdim edir.

Naxçıvanda olarkən Şahbuz sakinlərindən biri mənə saxladıqları heyvanı Azərbaycanın digər rayonlarında sata bilməmələrinin səbəbini soruşmuşdu. Mən də bunu Naxçıvanın ərzaq təhlükəsizliyi ilə izah etmişdim. Demişdim ki, Naxçıvandakı fermerlər saxladıqları heyvanları Bakıya aparsalar, o zaman muxtar respublikada ət qıtlığı yaşanar. Nəticədə, onsuz da dolanışığı çətin vəziyyətdə olan naxçıvanlılar daha ağır problemlərlə üzləşə bilərlər.

Açığı, bu fikri deyərkən həmsöhbətimin üzündə qəribə bir istehza təbəssümü görmüşdüm. Hiss etmişdim ki, mənim bilmədiyim, amma həmsöhbətimin vaqif olduğu daha dərin məsələ var. Söhbətimizi bitirib ayrılarkən şahbuzlu fermerin mənə söylədiyi bir sözsə qulağımda indiyədək cingildəyir: “Heydər müəllim, deyəsən, siz bunların dabbaqda gönünə bələd deyilsiniz”.

Dünən Naxçıvandakı etibarlı mənbələrdən əldə etdiyim məlumatlar şahbuzlu fermerin üzündəki istehza dolu təbəssümə və “dabbaqda gön” məsələsinə kifayət qədər aydınlıq gətirir.

Məlumata görə, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Naxçıvan Muxtar Respublikasına səfəri zamanı “canişin” əfəndinin onu tamamilə təcrid vəziyyətinə salması, daha dəqiq ifadə ilə desək, muxtar respublikanın kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən Xəyalə Dadaşovanı onunla görüşə imkan verməməsinin bir çox incə mətləbləri var imiş. Onlardan biri də “dabbaqda gön”lə birbaşa əlaqədardır.

Əldə etdiyim məlumatda bildirilir ki, Xəyalə Dadaşovanın öz həmkarı ilə görüşünə imkan verilməməsinin əsas səbəbi xanım nazir əvəzinin Bakıdakı müvafiq dairələrə “canişin” əfəndidən şikayət etməsidir. Şikayətlərdə “canişin”in özünü “canişin” kimi aparmaması ilə yanaşı, həm də Naxçıvanda özünüməşğulluq proqramının düzgün yürüdülməməsi kimi məqamlar da var imiş. Sən demə, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu proqram çərçivəsiində Naxçıvanda 745 nəfər işsiz və işaxtaran şəxs müəyyən aktivlərlə təmin olunub. Bunlardan 107 nəfəri istehsal-xidmət, 638-i isə kənd təsərrüfatı sahəsi üzrə müvafiq aktivlərlə təmin edilib. Xəyalə xanımın da şikayəti təbii ki, kənd təsərrüfatı ilə əlaqədar verilən aktivlərlə bağlı olub.

İddialara görə, həmin kənd təsərrüfatı aktivləri əsasən aztəminatlı ailələrə verilib. Verilən aktivlər isə əsasən iri və xırdabuynuzlu heyvanlar imiş. Di gəl ki, həmin heyvanların bir çoxunda dabaq xəstəliyi aşkarlanıb. Nəticədə xırda fermerlər nəinki bu hədiyyədən nəsə qazanıblar, əksinə, özlərinin sağlam mal-qaraları da xəstəliyə yoluxub. Xəyalə Dadaşova da məhz bu barədə Bakıya şikayətdə bulunub. Bundan əlavə, o, Naxçıvanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin təyinatının dəyişdirilərək yerli və xarici vətəndaşlara satılmasını da paytaxtın nəzərinə çatdırıb. Paytaxt da məsələni yerində araşdırmaq üçün kənd təsərrüfatı nazirini Naxçıvana göndərib. “Canişin” əfəndi isə paxırının ortaya çıxmaması üçün iki nazirin bir araya gəlməsinin qarşısını almağa çalışıb. Amma bu məlumat media orqanlarında yayıldıqdan sonra Bakıdan Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədova telefon zəngi gəlib. Ona izah edilib ki, Naxçıvanın kənd təsərrüfatı naziri əvəzini də dinləmək lazımdır. Məcnun müəllim də Bakıya qayıdışını 1-2 gün təxirə salıb və Xəyalə Dadaşova ilə görüşüb. Xəyalə xanımın ona Naxçıvanın aqrar sektorunda yaşanan eybəcərliklərlə əlaqədar ciddi məlumatlar verdiyi bildirilir.

“Canişin” həzrətlərinin Məcnun Məmmədova bu cür qadağalar qoya bilməsi də təsdüfi deyilmiş. İddialara görə, Məcnun Məmmədovla o, yaxın dost imişlər. Üstəlik, əvvəllər eyni holdinqdə bir yerdə işləyirmişlər. Lap Seyid Əzim Şirvaninin dediyi kimi:

“Məcnun ilə mən məktəbi-eşq içrə oxurduq,

Mən Müshəvi xətm etdim, o vəl-Leylidə qaldı”.

Görünür, “canişin” əfəndi də “Müshəvi”ni xətm etdiyindən Məcnuna sözünü yaxşı keçirə bilirmiş.

Mənbəmizin iddialarından bəzi sətiraltıları:

“Ceyhun Cəlilovun Naxçıvan kənd təsərrüfatını çökdürmək bahasına Baş nazir olmaq sevdası onu bu cür addımlar atmağa vadar edib. Çünki Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin adamıdır və təkcə Naxçıvana yox, Azərbaycanın müxtəlif rayonlarına göndərilən dabaqlı heyvanları o ucuz qiymətə alıb aztəminatlı ailələrə sırımaq istəyirdi.

Xəyalə Dadaşovanın bununla bağlı ciddi təxirəsalınmaz tədbirlər görməsi və ölkə rəhbərliyini məlumatlandırması Fuad Nəcəflini və onun “5-ci kolon”a məxsus klanının bütün planlarını pozub. Bu ilin əvvəllərində Sahil Babayev tərəfindən Naxçıvana verilən inəklərdə ünvanına təslim edilməsinin səhərisi tələfolma halları və dabaq xəstəliyinin əlamətlərini görən təsərrüfatçılar həyəcan siqnalı çalıblar və onların harayına ilk çatan Xəyalə xanım olub. Aparılan təhlillər, analizlər və muxtar respublikanın təcrübəli baytarları inəklərin dabaq olduğunu təsdiqləyiblər. Hətta Xəyalə xanımın bəzi analizləri Türkiyədə apardığı da iddia olunur. Sahil Babayev və Ceyhun Cəlilovu Naxçıvana qarşı qida terroru həyata keçirməyə nə vadar etmişdi? Hesab edirəm ki, bu, təkcə maxinasiya və ya korrupsiya faktı deyil. Bu həm də Naxçıvan da daxil olmaqla bütün respublikada qida təhlükəsizliyi problemi yaratmaq və ölkəni xaosa sürükləmək kimi ciddi təxribat hadisəsi də ola bilər. Məhz bu səbəbdən məsələyə təhlükəsizlik qurumları dərhal müdaxilə etməli, təxirəsalınmaz addımlar atılmalıdır.

Naxçıvanın kənd təsərrüfati naziri əvəzi Xəyalə Dadasovanın bu xidməti olmasaydı, nazirliyin əməkdaşlarını və baytarlarını 24 saatlıq gücləndirilmiş iş rejiminə keçirməsəydi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi lazım olan baytarlıq dərmanlarını muxtar respublikaya çatdırmasaydı, vəziyyət necə ola bilərdi? Sahil Babayevdən aldığı tapşırığa görə Xəyalə Dadaşovanı danlayan Ceyhun Cəlilov ona “bu işə girişmə, ölkə başçısını məlumatlandırma” deyirmiş. Sahil Babayevin tapşırığına əsasən, təcili surətdə heyvanlara saxta sertifikat verən Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzli məsələnin ciddiyyətinin fərqində olduğu üçün “Naxçıvan Qida”ya tapşırıq verib ki, bu diyardan Bakıya qəti şəkildə ət gətirilə bilməz”.

Qısası, şahbuzlu fermerin mənə istehzalı təbəssümlə dediyi “sən deyəsən, bunların dabbaqda gönünə bələd deyilsən” sözlərinin əsl mahiyyəti ortaya çıxır. Əgər bu iddialar öz təsdiqini taparsa, Xəyalə Dadaşovanın tabeçiliyində olduğu nazirlə görüşməməsinin dabaqla birbaşa əlaqəsi varmış. Həm də sözün iki mənasında. Görünür, xanım Dadaşova məndən fərqli olaraq üzvü olduğu komandasının dabbaqda gününə yaxşı bələd imiş.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün... ciddi qərarlar qəbul edilmir
Bu gün, 18:00
Paşinyanın sərhədlə bağlı qərarı: YENİ OYUN - NƏ ETMƏLİ?
Bu gün, 17:57
Yeni Kaledoniya Azərbaycanın köməyini qəbul etmir - Parisin basqısı altında...
Bu gün, 17:54
İranın sərhəd narahatlığı şübhəlidir - GƏLİŞMƏ
Bu gün, 17:34
Dövlət Komitəsinin binası satışa çıxarılır - QİYMƏT
Bu gün, 17:29
İran Azərbaycanla sərhədə divar çəkir? – Generalın cavabı
Bu gün, 16:35
Gözdən əlilin DƏRDİNİ GÖRƏN YOXDUR... - NARAZILIQ VAR...
Bu gün, 16:29
"Görün, kimlərlə oturub, durmuşam" - VİDEO
Bu gün, 16:21
“Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur” – Rusiya MN
Bu gün, 16:07
Bəzi Qərb dövlətləri suveren hüquqlarımızı kobudcasına pozur - Gürcü deputat
Bu gün, 16:02
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd
Bu gün, 15:57
Naxçıvan əhalisi təhlükədədir? - Dəhşətli faktın üstü açıldı
Bu gün, 15:50
Rusiyadan Türkiyəyə zərbə: Lavrov Ankaranı bu siyahıya salmadı - İLGİNC
Bu gün, 15:45
Niyə ətrafımızdakı hadisələr risklər vəd edir? - AKTUAL
Bu gün, 15:42
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır - MƏQALƏ
Bu gün, 15:38
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Poladlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib
Bu gün, 15:32
“43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..." - Partiya sədri
Bu gün, 14:40
“Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…” – Ambaryan darmadağın etdi
Bu gün, 14:35
"O evdən heç nə qalmayıb... Dağıdılıb, təkcə hamamımız yerindədir"
Bu gün, 14:32
"Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və... ...dərindən bilmədiyi məsələ ilə bağlı danışmağı özünə rəva bilməyə"
Bu gün, 14:29
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
Bu gün, 12:09
Türkiyə Ermənistanın ümidinə çevrilir - SENSASİON GƏLİŞMƏLƏR
Bu gün, 12:06
Taxtdan düşənlər və taxta dırmaşdırılanlar
Bu gün, 11:18
"Kasko sığorta baha olduğu üçün maraq yoxdur" - Ekspert deyir ki...
Bu gün, 10:00
Büdcədən vəsait ayrılıb - MAAŞ VƏ PENSİYALARLA BAĞLI MÜJDƏ
Bu gün, 09:58
Makron Azərbaycanla bağlı etiraf etməlidir... - GƏLİŞMƏ
Bu gün, 09:50
Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
Azərbaycan BMT qətnamələri əsasında hərəkət etdi, biz isə... - Simonyandan ETİRAF
Bu gün, 09:21
"İndiki ağlım olsaydı, Xatirə pulsuz mahnı verməzdim..."
Bu gün, 09:18
Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 09:15
Hicran Hüseynovanın ARD-ARDA İFŞASI... - İNDİ SUSACAQMI?
Bu gün, 09:12
İraqdakı səfirliyimiz haqda qorxunc məlumatlar: Bakıya kimlər göndərilib? - İLGİNC FAKTLAR
Bu gün, 09:01
Əmrullayevin şübhəli tender siyasəti... - BU NƏDİ BELƏ?
Bu gün, 08:50
Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR... - ŞƏRT AÇIQLANDI...
Bu gün, 08:44
Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı - BUNDAN SONRA...
Bu gün, 08:36
İctimai nəqliyyatda itirilən mədəniyyət... - NƏ ETMƏLİ?
Bu gün, 08:33
Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir? - Görünəni odur ki...
Bu gün, 08:26
"Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir..."
Bu gün, 08:19
Ziya Məmmədov Tağı Əhmədovla bağlı hansı sirri açdı? - "Mən də haqqımı halal edirəm"
Bu gün, 08:16
Putin Bakıya gəlməkdən imtina etdi: Doğru qərardır! - GƏLİŞMƏ
Bu gün, 08:12
Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar - TƏFƏRRÜAT
Bu gün, 01:25
“Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir” - deputat
Bu gün, 01:22
HƏMAS liderinin ölümü Qəzzadakı müharibəyə necə təsir edəcək? - ARAŞDIRMA
Bu gün, 01:20
Əhalinin depozitini geri çəkməsinə səbəb nədir? - NƏ BAŞ VERİR?
Dünən, 15:00
Ermənilərin Qarabağa qayıdışı məsələsi... - ŞƏRH
Dünən, 14:02
Velosiped yolları kütləvi narazılıq yaradıb: - Əslində velozolaqlar necə çəkilməlidir?
Dünən, 14:00
Ermənistana `İNDEYSKİ` DƏSTƏK... - 44 gün nə etdilər ki?..
Dünən, 13:56
Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq – Kopırkin
Dünən, 12:00
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
Dünən, 11:49
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
Dünən, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru