“43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..." .....                     “Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…” .....                     "O evdən heç nə qalmayıb... .....                     "Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və... .....                     Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ .....                     Türkiyə Ermənistanın ümidinə çevrilir .....                     Taxtdan düşənlər və taxta dırmaşdırılanlar .....                     "Kasko sığorta baha olduğu üçün maraq yoxdur" .....                     Büdcədən vəsait ayrılıb .....                     Makron Azərbaycanla bağlı etiraf etməlidir... .....                     Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi? .....                     Azərbaycan BMT qətnamələri əsasında hərəkət etdi, biz isə... .....                     "İndiki ağlım olsaydı, Xatirə pulsuz mahnı verməzdim..." .....                     Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb .....                     Hicran Hüseynovanın ARD-ARDA İFŞASI... .....                     İraqdakı səfirliyimiz haqda qorxunc məlumatlar: Bakıya kimlər göndərilib? .....                     Əmrullayevin şübhəli tender siyasəti... .....                     Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR... .....                     Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı .....                     İctimai nəqliyyatda itirilən mədəniyyət... .....                     Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir? .....                     "Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir..." .....                     Ziya Məmmədov Tağı Əhmədovla bağlı hansı sirri açdı? .....                     Putin Bakıya gəlməkdən imtina etdi: Doğru qərardır! .....                     Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar .....                     “Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir” .....                     HƏMAS liderinin ölümü Qəzzadakı müharibəyə necə təsir edəcək? .....                     Əhalinin depozitini geri çəkməsinə səbəb nədir? .....                     Ermənilərin Qarabağa qayıdışı məsələsi... .....                     Velosiped yolları kütləvi narazılıq yaradıb: .....                     Ermənistana `İNDEYSKİ` DƏSTƏK... .....                     Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq .....                     Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb .....                     Fars-molla rejimi İrandakı xalqları .....                     Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib .....                     Vasif Talıbovun malları müsadirə oluna bilər... .....                     Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... .....                     İsrail HƏMAS komandirini zərərəsizləşdirdi .....                     "Qadın ailənin aşpazı olmalıdır" .....                     Gəncədə qadını şantaj edən şəxs saxlanılıb .....                 

Taxtdan düşənlər və taxta dırmaşdırılanlar
Tarix: Bu gün, 11:18 | Çap et
Taxtdan düşənlər və taxta dırmaşdırılanlar
Yaşından asılı olmayaraq hər kəs küçədə, məktəbdə, nəqliyyatda ayaq altına düşən çörək tikəsini gördükdə əyilib götürür, 3 dəfə öpüb gözünün üstünə aparır, sonra da yaxınlıqdakı divarın üstünə və ya hansısa digər yüksək yerə qoyur... Təqribən 15-20 il əvvəl bu mənzərəni Bakımızın istənilən guşəsində istənilən saatda müşahidə etmək olardı. İndi isə bütün bunlar kimə nağıl, kimə xülya, kimə isə hətta gülünc gələ bilər.

Nəsillər arasında antaqonizm həmişə mövcud olub – bəzi məsələlərdə qabarıq, bəzilərində isə üstüörtülü. Hərəkətdə olan qatarı saxlamaq mümkün deyil. Əgər ona minə bilmirsənsə, sadəcə perronda dayanıb ardınca əlini yelləyə, ona uğur arzulaya bilərsən. Yaşlı nəslin də gənclərlə ayaqlaşması buna bənzəyir, bir yerə qədərdir. Artıq gələcək onlara aiddir, həyatlarını da özlərinə, öz dünyagörüşlərinə müvafiq qururlar. Təbii ki, ötənlərdən bəzi şeyləri dünəndə buraxırlar, onlara artıq ehtiyac duymurlar. Yaşlı nəsil bununla barışsa da, barışmasa da.

Amma bəzən istəyirsən ki, lazımsız hesab edilərək perronda səliqəsiz şəkildə ətrafa səpələnən milli-mənəvi dəyərlərdən bir-ikisini qaldırıb, yavaş-yavaş gələcəyə tərəf hərəkət edən həmin qatarın pilləkənlərində dayanıb gülümsəyən gəncə uzadasan və pıçıldayasan: “Al, bala, bunları da götür, sən Allah, götür! Bunlarsız çətin olacaq! Bizi biz edən də elə bunlardır”.

Lakin etmirsən. Çünki daha öncə dəfələrlə oxşar səhnələrin iştirakçısı olmusan və bunu edənlərin əlləri elə havada asılı qalıb.

Böyük-kiçiyə ehtiram əvəzinə eynicinsli nikahlar

İndi hər şeyi qloballaşma ilə pərdələmək dəbdədir. Bəli, qloballaşma bir reallıqdır və onun sürətlənməsi ilə dünya xalqları arasında mədəni sərhədlər zəifləyir və müxtəlif mədəniyyətlərin qarışması nəticəsində milli və dini dəyərlər zəifləyir. Xüsusilə gənc nəsillər arasında Qərb mədəniyyətinin, sosial şəbəkələrin və qlobal mediaya çıxışın artması, mənəvi dəyərlərin öz əhəmiyyətini itirməsinə səbəb olur.

Nə qədər acınacaqlı olsa da, etiraf etmək məcburiyyətindəyik: gənclərimizin milli və dini adət-ənənələrdən uzaqlaşması, onları dünya mədəniyyətinə inteqrasiya etməyə çalışması Azərbaycan cəmiyyətində mənəvi boşluq yaradır. Həqiqətən də, indi çoxlarına “çörək müqəddəsdir” ifadəsini anlatmaq üçün, bəlkə də, bir ömür yetməz. “Niyə müqəddəsdir?”, “Niyə ayaq altına atmaq olmaz?”, “Hansı qanunda yazılıb ki, çörəyə hörmət etmək lazımdı?” və s. və s. suallar meydana gələcək və bu dialoqun nəticəsizliyinə əminlik yaradacaq.

Müasir cəmiyyətimizdə artıq atavizm elan edilərək taxtdan salınan bir çox nə vaxtsa malik olduğumuz özəlliklər - böyük-kiçiyə, qadına, valideynə, dini dəyərlərə ehtiram da eynən. Bəli, taxtdan saldıq. Bəs əvəzinə nə yüksəltdik? Azad seks, feminizm, eynicinslilərin nikahı, həyasızlıq, abırsızlıq, yarımlüt qadınlar və daha nələr, nələr.

Bəlkə də, yeni nəsil üçün bu ifadələrin faciə yükünü anlamaq olduqca çətindir, bəlkə də, mümkünsüzdür. Çünki müqayisə üçün real nümunələri görməyiblər. Amma yaşlı nəslin nümayəndələri... Yeri var ki, ürək partlasın.

Geriyə yol var

Əslində, biz bu gün yetişdirdiyimizə sahibik. Mətbuatda, televiziya proqramlarında və sosial şəbəkələrdə etik qaydaların pozulması, bəzən qeyri-əxlaqi davranışların normal qəbul edilməsi mənəvi böhranı daha da dərinləşdirir. Bəzən mənfəət naminə mənəvi dəyərlər qurban verilir və bu da cəmiyyətin ümumi rifahına mənfi təsir göstərir.

Artıq istənilən mənəviyyatsız adam müəyyən məbləğ qarşılığında ekran vasitəsi ilə bütün ölkəyə söz deyə bilər. Artıq pozğunluğu ilə ad çıxaran istənilən “ulduz” gəlib studiyada əyləşə, xalqa ailə dəyərlərindən dərs keçə bilər. Artıq, az qala, hər gecə zibil çuvalı kimi dostları tərəfindən evinə sürüklənərək gətirilən binəva sağlam həyat tərzindən, alkoqolizmin fəsadlarından məqalə yazıb istənilən saytda dərc etdirə bilər. Və...

Nəticələr göz önündədir. Təbii ki, bu tendensiyanı geri çevirmək mümkündür. Bu prosesin qarşısını almaq üçün Azərbaycan cəmiyyətində təhsil, mətbuat və ictimaiyyətə təsir edən digər vasitələrlə mənəvi dəyərlərin qorunması üçün çox ciddi iş aparılmalıdır. Milli və mənəvi dəyərlərin təbliği, ailə institutunun möhkəmləndirilməsi, təhsildə mənəvi dəyərlərə daha çox diqqət yetirilməsi və medianın bu istiqamətdə məsuliyyətli yanaşması mənəvi tənəzzülün qarşısını almaqda vacib addımlardır.

Ailənin, təhsilin və medianın rolunu gücləndirərək, milli və dini dəyərlərin yenidən canlandırılması cəmiyyətin mənəvi dirçəlişinə səbəb ola bilər. Mənəvi dəyərlər hər bir cəmiyyətin möhkəmliyinin və davamlılığının təməlini təşkil edir, bu səbəbdən onların qorunması və inkişaf etdirilməsi Azərbaycan cəmiyyətinin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

Nümunə istəyiriksə, Çin və Yaponiyaya baxaq

Artıq qeyd etdiyimiz kimi, qloballaşma bir reallıqdır və ondan yayınmaq qeyri-mümkündür. Lakin bu, heç də o anlama gəlmir ki, planetin bütün xalqlarının milli-mənəvi yükü sıfırlanacaq və yeni, ümumi bir mənəvi özül qoyulacaq. Heç də belə deyil! Hər bir xalq öz mənliyini, dəyərlərini özü qorumalı və gələcək nəsillərə ötürməlidi. Necə ki, bunu Çində və Yaponiyada nümunəvi şəkildə edirlər.

Çin və Yaponiya, Şərq mədəniyyətinin zəngin milli dəyərlərini əsrlər boyu qoruyub saxlamış iki qədim ölkədir. Hər iki ölkə qloballaşmanın və müasir texnoloji inkişafın təsirlərinə məruz qalsa da, milli dəyərlərin qorunmasına böyük əhəmiyyət verir. Bu mədəni dəyərlər onların sosial, siyasi və mədəni sistemlərinin təməlini təşkil edir və cəmiyyətin harmoniyasında mühüm rol oynayır.

Çin mədəniyyətinin əsasını Konfutsiçilik, Daoizm və Buddizm təşkil edir. Bu fəlsəfi və dini axınlar əsrlər boyu Çin xalqının həyat tərzinə, düşüncə tərzinə və sosial münasibətlərinə dərin təsir göstərib. Milli dəyərlərin ənənəvi musiqi, sənət, ədəbiyyat və xalq festivalları vasitəsilə təbliğ edilməsi, gənc nəsillərin də bu dəyərlərə bağlılığını təmin edir. Eyni zamanda, təhsil sistemində milli dəyərlərin tədrisinə xüsusi yer ayrılır. Təsəvvür edin ki, bu gün Konfutsiçilik Çinin məktəblərində öyrədilir və bu, gənc nəsillərə milli kimliyə bağlılıq aşılayır.

Biz də isə illərdir bir sual ətrafında müzakirələr gedir və bu müzakirələrin sonu görünmür: “Orta məktəblərdə dinin əsasları tədris edilsin, ya edilməsin?”. Bir neçə il öncə Azərbaycandan dəstə-dəstə gənc Suriyaya üz tutaraq “İslam dövləti” terrorçularına qoşulanda bu məsələ sanki aktuallıq qazandı. Lakin sonradan yenidən öz axarına buraxıldı. Niyə? Nəyi gözləyirik? Növbəti terror təşkilatının baş qaldırmasını və növbəti “köçü”?

Yaponiya da Çin kimi eyni yolu gedir. Yapon mədəniyyəti əsrlər boyu Şintoizm və Buddizmin təsiri altında formalaşıb. Şintoizmin təbiətə və atalara hörmət, harmoniya və təvazökarlıq kimi əsas dəyərləri yapon cəmiyyətində mühüm yer tutur. Yaponiyada milli dəyərlərin qorunması həm dövlət, həm də fərdi səviyyədə yüksək önəm daşıyır. Yaponlar öz mədəni irslərinə böyük hörmətlə yanaşır və milli adət-ənənələri gündəlik həyatlarında yaşadırlar. Yaponiyanın milli dəyərləri, sosial harmoniya və kollektiv maraqların şəxsi maraqlardan üstün tutulması prinsiplərinə əsaslanır. Bu dəyərlər, müasir qloballaşma dövründə belə, yapon xalqının cəmiyyətin bütün səviyyələrində möhkəm qalmasına kömək edir. "Wa" (harmoniya) və "omotenashi" (qonaqpərvərlik) kimi anlayışlar, yaponların gündəlik həyatında milli dəyərlərin nə qədər dərin kök saldığını göstərir.

P.S. Belə. Çin və Yaponiyanı elə-belə xatırlamadıq. Söhbət nə Latın Amerikasının cəngəlliklərində itən cırtdan dövlətdən gedir, nə də Afrikanın “banan” dövlətindən. Bu gün Yaponiya və Çin dünyanın ən qabaqcıl texnologiyalarına malik ölkələri sırasında yer alır. Əgər mütləq kimisə təqlid etməliyiksə, əgər mütləq kimdənsə nümunə götürməliyiksə, Çin və Yaponiyanı nə üçün görməzdən gəlirik?

AYNA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..." - Partiya sədri
Bu gün, 14:40
“Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…” – Ambaryan darmadağın etdi
Bu gün, 14:35
"O evdən heç nə qalmayıb... Dağıdılıb, təkcə hamamımız yerindədir"
Bu gün, 14:32
"Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və... ...dərindən bilmədiyi məsələ ilə bağlı danışmağı özünə rəva bilməyə"
Bu gün, 14:29
Paşinyan bu dəfə arvadının işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO
Bu gün, 12:09
Türkiyə Ermənistanın ümidinə çevrilir - SENSASİON GƏLİŞMƏLƏR
Bu gün, 12:06
Taxtdan düşənlər və taxta dırmaşdırılanlar
Bu gün, 11:18
"Kasko sığorta baha olduğu üçün maraq yoxdur" - Ekspert deyir ki...
Bu gün, 10:00
Büdcədən vəsait ayrılıb - MAAŞ VƏ PENSİYALARLA BAĞLI MÜJDƏ
Bu gün, 09:58
Makron Azərbaycanla bağlı etiraf etməlidir... - GƏLİŞMƏ
Bu gün, 09:50
Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
Azərbaycan BMT qətnamələri əsasında hərəkət etdi, biz isə... - Simonyandan ETİRAF
Bu gün, 09:21
"İndiki ağlım olsaydı, Xatirə pulsuz mahnı verməzdim..."
Bu gün, 09:18
Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 09:15
Hicran Hüseynovanın ARD-ARDA İFŞASI... - İNDİ SUSACAQMI?
Bu gün, 09:12
İraqdakı səfirliyimiz haqda qorxunc məlumatlar: Bakıya kimlər göndərilib? - İLGİNC FAKTLAR
Bu gün, 09:01
Əmrullayevin şübhəli tender siyasəti... - BU NƏDİ BELƏ?
Bu gün, 08:50
Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR... - ŞƏRT AÇIQLANDI...
Bu gün, 08:44
Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı - BUNDAN SONRA...
Bu gün, 08:36
İctimai nəqliyyatda itirilən mədəniyyət... - NƏ ETMƏLİ?
Bu gün, 08:33
Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir? - Görünəni odur ki...
Bu gün, 08:26
"Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir..."
Bu gün, 08:19
Ziya Məmmədov Tağı Əhmədovla bağlı hansı sirri açdı? - "Mən də haqqımı halal edirəm"
Bu gün, 08:16
Putin Bakıya gəlməkdən imtina etdi: Doğru qərardır! - GƏLİŞMƏ
Bu gün, 08:12
Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar - TƏFƏRRÜAT
Bu gün, 01:25
“Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir” - deputat
Bu gün, 01:22
HƏMAS liderinin ölümü Qəzzadakı müharibəyə necə təsir edəcək? - ARAŞDIRMA
Bu gün, 01:20
Əhalinin depozitini geri çəkməsinə səbəb nədir? - NƏ BAŞ VERİR?
Dünən, 15:00
Ermənilərin Qarabağa qayıdışı məsələsi... - ŞƏRH
Dünən, 14:02
Velosiped yolları kütləvi narazılıq yaradıb: - Əslində velozolaqlar necə çəkilməlidir?
Dünən, 14:00
Ermənistana `İNDEYSKİ` DƏSTƏK... - 44 gün nə etdilər ki?..
Dünən, 13:56
Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq – Kopırkin
Dünən, 12:00
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
Dünən, 11:49
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
Dünən, 11:42
Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib - VİDEO
Dünən, 11:37
Vasif Talıbovun malları müsadirə oluna bilər... - MƏHKƏMƏ
Dünən, 11:27
Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... - BU NƏDİ BELƏ?!
Dünən, 11:20
İsrail HƏMAS komandirini zərərəsizləşdirdi – Sinvarın mühafizəsinə cavabdeh idi
Dünən, 11:16
"Qadın ailənin aşpazı olmalıdır"
Dünən, 11:10
Gəncədə qadını şantaj edən şəxs saxlanılıb
Dünən, 11:03
İrəvan Bakıdan məktub gözləyir - yazışmaya davam, yoxsa tamam...
Dünən, 10:54
Qərargah rəisi azadlığa buraxılmadı, amma... - TƏFƏRRÜAT
Dünən, 10:50
Ucqar kənddə oxuyan şagirdlər niyə NƏZƏRƏ alınmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:48
“Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır... - hətta qumara vicdanlarını qoyublarsa belə...
Dünən, 10:44
"Qohumum "Trendyol"dan 5 ədəd məhsul sifariş verib, açanda görüb ki, 3 ədədi yoxdur" - Tahir Kərimli
Dünən, 10:40
"Bu, kimdir və nəyə hazırlaşır?.." - FOTO
Dünən, 10:34
İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi... - Ekspert danışır...
Dünən, 10:25
Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi RƏDD EDİLDİ
Dünən, 10:23
Repetitor hazırlığı uşaqlarda stress yaradır - NƏ ETMƏLİ?
Dünən, 10:22
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: - "Bir ildir bizi girov saxlayırlar"
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru