Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                 

Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Tarix: Bu gün, 06:12 | Çap et

"İcraatımda bir iş var. Hələlik yalnız birinci instansiya məhkəməsi bitib. Amma məsələnin əhəmiyyətini nəzərə alaraq bank əmanətçilərini xəbərdar etməyi özümə borc bilirəm..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Deməli, 2009-cü ildə “Turanbank”a əmanət qoymuş əmanətçi 2012-ci ildə vəfat edib. Vərəsəsi illər sonra sənədlər arasında bu bankla əmanət müqaviləsini və rayonda torpaq sahəsinə çıxarış tapıb. Torpağı asanlıqla adına rəsmiləşdirdi. Amma əmanəti bank qaytarmadı.
Bank vərəsəlik işini aparan notariusa yazdı ki, əmanətçinin hesabı 2021-ci ildə bağlanıb. Təəccüblüdür: 2012-ci ildə vəfat etmiş şəxsin hesabı niyə 9 il sonra bağlanıb? Əmanəti 2021-ci ildə kim çıxarıb?
Üz tutduq məhkəməyə. Məhkəmədə bank dedi ki, guya əmanətçi 2010-cu ildə əmanətini çıxarıb. Sual verdik ki, bəs, yaxşı, hesabı onda niyə 2021-ci ildə bağlamısız? Cavab ala bilmədik.
Tələb etdik ki, əmanətçinin əmanəti çıxarması haqda kassa sənədini (məxaric orderini) təqdim etsinlər. Bank dedi ki, 2016-cı ildə əmanətçiyə dair sənədləri məhv edib (bəs hesabı onda niyə və nəyə əsasən 2021-ci ildə bağlayıb?), çünki Mərkəzi Bankın arxiv işinə dair Təlimatında sənədlərin saxlanmasının minimal müddəti 5 ildir. Halbuki, həmin Təlimatın müştərilərə aidiyyiti yoxdur: Mərkəzi Bankın müəyyən etdiyi müddətin mənası odur ki, o, bankları yoxlayanda azı 5 il ərzində həmin sənədlər onlarda olmalıdır. Buna görə də Mərkəzi Bank demir ki, sənədləri 5 ildən sonra məhv et, deyir ki, MƏNİM ÜÇÜN azı 5 il saxla. Amma bankın müştərisi qarşısında əmanət öhdəliyi varsa, bank deyə bilməz ki, pulu çıxarmısan, amma kassa sənədini 5 il ötdüyü üçün məhv etmişəm. Əks halda, onda bankdan kredit götürənlər də belə deyə bilər: krediti ödəmişəm, kassa sənədini isə məhv etmişəm. Xatırladıram ki, əmanət tələbi üzrə iddia müddəti yoxdur, yəni 100 il sonra da əmanətçi gəlib pulunu istəyə bilər. Lakin görünən odur ki, bizim banklarımız İsveçrə bankları kimi etibarlı deyil.
Nə isə, dedik ki, yaxşı, heç olmasa sənədlərin məhv edilməsi haqda aktı göstərin. Gətirdilər. Aktda əmanətçinin adı yox idi: “optovoy” siyahıdır – nə bilim, bu qədər filan sənəddən, bu qədər də filan sənəddən məhv etdik. Heç bir müştərinin adı yoxdur. Soruşduq ki, indi necə əmin olaq ki, bizim sənədi də məhv etmisiz? Yeri gəlmişkən, bankın istinad etdiyi Mərkəzi Bankın Təlimatına əsasən belə “optovoy” siyahı olmamalı idi. Dedik ki, yaxşı, bəs hesabımızın 2021-ci ildə bağlanmasına dair sənəd gətirin, ona dair axı 5 il ötməyib ki! Amma gətirmədilər. O da yoxdur!
Əvəzində bank dedi ki, onun yüksək səviyyəli proqram təminatı var, orada bütün məlumatlar var və ona sonradan düzəliş də etmək mümkün deyil, gəlin baxın. Hakimlə bərabər yerində baxışa getdik görək ki, bu nə proqram təminatıdır axı. Yerində məlum oldu ki, bank bu proqram təminatından cəmi 3 ildir ki, istifadə edir, yəni 2009-2010-cu illərdə bu sistemi yox idi. Deməli, indi ora istədiyi məlumatı daxil edə bilər.
Amma bank həmin sistemdən əmanətçi tərəfindən əmanətin çıxarılması barədə kassa məxaric orderini də çap edib məhkəməyə təqdim etdi. Ondan da məlum oldu ki, bu sənəddə nə bank işçilərinin, nə də əmanətçini imzası da yoxdur, möhür-ştamp da yoxdur. Sadəcə blankdır, vəssalam! Yeri gəlmişkən, faizlərin ödənilməsinə dair isə bank ümumiyyətlə heç bir sübut təqdim etmədi!..
Bütün bunlara baxmayaraq, məhkəmə iddiamızı rədd etdi. Hakimin arqumentlərindən bəzi inciləri bölüşəcəyəm aşağıda (amma bu mövzunu gələcəkdə daha ətraflı işıqlandıracağam onsuz da).
Lakin əsas odur ki, bu qətnamə qüvvədə qalsa, nəinki bank əmanətləri, bank hesablarında olan istənilən pula təminat yoxdur. Heç 5 il məsələsi də önəmli deyil. Çünki məhkəmənin mövqeyi budur ki, bankın hər sözünə, xüsusilə özünü tərtib etdiyi hesabdan çıxarışa, proqram təminatına və s. tam etibar etmək olar. Yəni bank həmişə haqlıdır: krediti tələb edəndə də, əmanətçi ondan pulunu tələb edəndə də. Odur ki, ehtiyatlı olun, bank müştəriləri, siz həmişə haqsız tərəfsiniz...
Vallah, hüquqşünas kimi heç məsləhət də verə bilmirəm ki, özünüzü belə haqsızlıqdan necə qoruya biləsiniz. Çünki sizin əlinizdə sənəd olsa, bankın sadəcə sözü (və ya bilmirəm nəyi – babal yuya bilmərəm) keçərlidir...
P.S. İndi isə qətnamənin üç maraqlı hissəsini bölüşürəm (qalanları gələn dəfəyə qalsın):
1. “Hazırkı işin halları baxımından cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hallara dair obyektiv baxımdan mümkün olacaq bütün müvafiq sübutları təqdim etmişdir ki, bu halda həmin sübutların təkzibi yükü iddiaçının üzərinə düşür.”
Yəni hakim deyir ki, bank əmanəti qaytardığını sübut etməli deyil, əmanətçi onu götürmədiyini sübut etməlidir. Banka borcu olanlara tövsiyəm: siz də bu fənddən istifadə edə bilərsiz – deyin ki, ay bank, sən sübut et ki, mən sənə krediti ödəməmişəm.
2. “Sübutların qiymətləndirilməsi prosesində məhkəmə onu da nəzərə alır ki, əgər həqiqətən iddiaçının dediyi kimi, əmanət hesabından əmanət məbləği çıxarılmasaydı bu halda müqavilə şərtlərinə əsasən müqavilə münasibətləri davam etdirilər və müvafiq olaraq sonrakı illər üzrə də əmanət hesabına faizlər hesablanmış olardı.”
Yəni hakim deyir ki, əmanət çıxarılmasaydı, bank üzərinə faizlər hesablayardı. Hesablamayıbsa, deməli, əmanət də yoxdur da. Başqa sözlə, hakim üçün bank məsum şəxsdir, onun əmanəti mənimsəməsi ehtimalı ümumiyyətlə mövcud ola bilməz! Bu arqumentdən də borclular istifadə edə bilər: deyin ki, sənə borcum olsaydı, mühasibat balansımda faizləri də göstərərdim, göstərməmişəm, deməli, borcum da yoxdur da...
3. "Bank sistem məlumatlarının, arxiv işinin təşkilinin şübhə altına alınması üçün hər hansı əsas müəyyən edilmir”.
Yəni bankın proqram təmitından nə çıxırsa, həqiqətdir. Arxiv işini yanlış apararaq sənədləri "optovoy" məhv edibsə, yəni "qardaşlıq məzarı"nda dəfn edibsə, nə olsun ki, şübhə altına almaq olmaz, günahdır..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru