QAYA-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırkı vergi borcu 479 876,06 manat təşkil edir.
Nizamnamə kapitalı cəmi 10 manat və qanuni təmsilçisi Manafova Pərvanə Əziz qızı olan şirkət Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, ev 127 ünvanında qeydiyyatdadır.
Qeyd edək ki, böyük həcmli vergi borcu olan müəssisələrlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsi gözlənilir.









