"Nədən nə nazirin nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                 

Bakıda ŞOK DƏLƏDUZLUQ: Bütün əməliyyatlar "Veranda" da planlaşdırılıb - BU NƏDİ BELƏ?
Tarix: 7-04-2026, 09:34 | Çap et

Vüsalə Rüstəmova: “Mənə 70 min manat verəcəklərini dedilər, cəmi 44 min 500 manat ala bildim; indi də övladlarımla birlikdə təhdid olunuram” 

Xəzər rayonu, Mərdəkan qəsəbəsi sakini Rüstəmova Vüsalə Bəylər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Kamran Əliyev!
Hörmətli Vilayət Eyvazov!

Mən, Rüstəmova Vüsalə Bəylər qızı, yazaraq sizlərdən kömək istəyirəm. Müraciətlərim cavabsız qalıb, qəbullarınıza düşə bilmirəm. Bu səbəbdən, media vasitəsilə sizə müraciətimi və xahişimi çatdırmaq istəyirəm.

Bildirmək istəyirəm ki, ailəmlə birgə bir qrup dələduz şəbəkə tərəfindən aldadılmışam. Çarəsizliyimdən, borcumun olmasından istifadə edərək, evimi saxtakarlıqla əlimdən alıb satıblar.

Qeyd edim ki, müəyyəm miqdarda borcum olduğu üçün evimi “Kəpəz” adlı bank olmayan kredit təşkilatına girov qoymuşdum. 15 ay ərzində hər ay ödənişlərimi vaxtı-vaxtında etmişəm. Daha sonra səhhətimlə əlaqədar işdən çıxdığım üçün maddi sıxıntıya düşdüm, 7 ay kredit borcumu ödəyə bilmədim. Bu səbəbdən, borc faizlə birlikdə dəfələrlə şişirdildi...

Onu da qiqqətinizə çatdırım ki, qadını salonunda tanış olduğum Sevinc adlı xanım (soyadını bimir – müəl.) bir gün mənə biznes qurmağı təklif etdi. Onun özü də Mərdəkanda yaşayır və “Veranda” restoranında aşbaz işləyirdi. Bir-iki dəfə söhbət etdikdən sonra Sevinc xanım biznes qurmaq məqsədilə məni çalışdığı “Veranda” restoranında Toğrul və İmran adlı şəxslərlə (şikayətçi onların soyadlarını bilmir – red.) tanış etdi. Görüş zamanı onlar məndən nə qədər pula ehtiyacım olduğunu soruşdular. Dedim ki, öncə mənə təcili olaraq 75-80 min manat arası pul lazımdır ki, borclarımı bağlayım. Bildirdim ki, 45 min manatdan artıq borcum var. Onlar məni dinlədikdən sonra dedilər ki, burda nə problem var, biz sənə kömək edərik!

Məlumat üçün bildirim ki, Sevinc xanım Toğrul adlı şəxsi əvvəl mənə prokurorluq əməkdaşı kimi təqdim etmişdi. Sonradan dedi ki, prokurorluqda müstəntiq olub, amma hazırda işləmir.

Elə ilk görüşdə Toğrul müəllim Sürəyya adlı qadını oğlu ilə birlikdə yanımıza dəvət etdi. O, gəldikdə mənə aydın oldu ki, Sürəyya sələmçidir. Məndən soruşdu ki, nə qədər pul lazımdır. Dedim ki, ən azı 70 min manat. Nə qədər müddətə qaytara biləcəyimi soruşdu. Bildirdim ki, 3 aya ödəyəcəm. Bundan sonra qadın pulu verməyə razılaşdı. Həmçinin, Toğrul müəllim də mənə dedi ki, sənin torpağına da sənəd düzəltdirərik...

Sələmçi qadın hələ pulu verməmiş, Toğrul müəllim həmin pulunu 30 min manatını borc olaraq istədi, dedi ki, 10 günə qaytaracaq. Mənim ağlıma gəlməzdi ki, bunların hamısı birgə çalışır, dələduz şəbəkədir. Pul verilən zaman mənə məlum oldu ki, 70 min manatın qarşılığında anamın adına olan evimi Sürəyya adlı sələmçi qadına girov qoymalıyam. Mən məcburiyyət qarşısında razılaşmalı oldum. Sonra bildim ki, əslində ortada alqı-satqı müqaviləsi olub. Halbuki, qətiyyən aramızda alqı-satqı söhbəti getməyib. Notarial qaydada müqavilə bağlayacaqlarını bildirmişdilər.

Bildirim ki, bu saxtakarlıq 15 saylı notariusda baş tutub. Hansı ki, anam sənədlərə qol çəkən zaman dələduzların öz aralarında “satış” haqda söhbət etdiklərini eşidib. Bu səbəbdən, anam imza atmadan gəlib dedi ki, “ay qızım, bunlar evimizi satırlar”. Bu zaman Sevinc və Sürəyya dedilər ki, narahat olmayın, 3 ay sonra yeni müqavilə ilə evi sizə qaytaracağıq. Onu da əlavə etdilər ki, biz təkcə sizin evi yox, həmçinin “Veranda” restoranını da girov qoyuruq.

Anam da mənim kimi elə bilirdi ki, biz pulu götürüb həm borcları ödəyəcəyik, həm də biznes quracağıq. Notariusda Sürəyya, oğlu, anam və Ruslan (Onu həm də Vüsal deyirlər) adlı şəxs vardı. Sevinc və Sürəyya məni o qədər inandırmışdılar ki, onların mənə dələduzluq edə biləcəkləri ağlımdan da keçmirdi. Pulun üzərindən hər ay ödəyəcəyim 3 min manat faizi çıxacaqlarını bildirdilər. Başqa əlacım yox idi, razılaşdım. Üstəlik, evi satan şəxslərə və maklerlərə də pul verməli idim.

Anam qol çəkib çıxandan sonra dedi ki, “qızım, deyəsən bunlar bizi aldadırlar”. Anamın ciddi əsəb xəstəliyi olduğu üçün düşündüm ki, yəqin dərmanlarını yenə içməyib.

Notariusda əvvəl alacağımız puldan evi girov qoyduğum “Kəpəz” qeyri-bank təşkilatına olan 23 min manatı ödədilər. Notarius sanki özlərinin yaxını idi. Bir sənədin dalınca nə qədər adam getmişdik. Ev mənim anamın adına olduğu halda bütün sənədləşmələri özləri həll edirdilər.

Beləliklə, notariusdan çıxanda Sevinc qapının ağzında mənə 15 min 500 manat pul verdi. Niyə belə olduğunu soruşanda, “narahat olma, verəcəyəm” dedi. Həmin 15 500 manatdan başqa bir şəxsə olan 13 500 manat borcumu ödədim. Əlimdə 2 min manat qaldı. Sonra ayıldım ki, evimin pulunu aralarında bölürlər.

İçəri girib pulu tələb etmək istəyirdim, qoymadılar. Məni maşına apardılar. Maşında Sevinc, Sürəyya, oğlu, Vüsal və mən oturduq. Sürəyya puldan 6863 manat Ruslana (Vüsala) verdi, 70 manat nağd pul çıxıldı. 600 manata yaxın notariusda rüsum ödədiklərini bildirdilər. 3 min manat ilk ayın faiz pulunu çıxıldı. Mənə isə əlavə bir qəpik də verilmədi.


Dava-dalaşdan sonra dedim ki, 75-80 minin qarşılığında mənə banka ödədiyiniz 23 minlə birlikdə cəmi 44 min 500 manat pul vermisiniz, heç olmasa 10 min manat da verin, borclarımı tam bağlaya bilim. Amma yenə də evimin artıq satıldığını bilmirdim.

Məndən 3 aya 9 min manat aylıq ödəniş çıxıblar.

Bu alqı-satqıdan sonra yenidən “Veranda” restoranına getdik. Ora onların öz yerləri olduğu üçün bütün söhbətləri orada edirdilər. Məndən vaxt istədilər ki, “uşağım xəstədir, sənin pulunu verəcəyik”. 2-3 gün sonra məni yenidən restorana çağırdılar.

Getdim, o zaman məni Layiq adlı bir adamla da tanış etdilər. Layiq dedi ki, mənim sizə yazığım gəlir, sizi aldadıblar. Layiq Ruslana dedi ki, qadının 70 min manatını düzəldin verin, o, hər ay sizin pulunuzu ödəyəcək. Daha sonra əlavə etdi ki, heç olmasa 10 min manatını verin.

Bir neçə gün sonra yenidən məni çağırdılar və ortaya 8 min 500 manat pul qoyuldu. Səbəbini soruşduqda dedi ki, 1500 “şapka” çıxmışam. Hər 10 minə 1500 “şapka” pulu çıxırlar. Pulu yenə mənə vermədilər, əllərində fırladırdılar. Ruslan pulu Sevincə verdi, o da 5 min manatı yenə götürdü. Dedi ki, Toğrul müəllim Türkiyədə xəstəxanadadır, pulu qurtarıb, 5 mini göndərək, o, gəlib sənə qaytaracaq. İmran da həmin puldan 3 min manat götürdü. Bir sözlə, bir tərəfdən pulu verdilər, digər tərəfdən geri aldılar.

Beləliklə, aylardır məni süründürürlər, pulumu vermirlər. Əlimdə sübutlarım, səs yazıları, şəkillər var. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram.
Onu da deyim ki, Toğrul müəllim Türkiyədən qayıdandan sonra ondan 4 min 500 manat aldım. Amma Sürəyya, İmran, Layiq, Sevinc və Vüsal mənə əlavə bir qəpik də vermədilər.

Fevral ayının axırı evimin satıldığını bildim. 2 ay 3 min manatdan sələm pulu ödəmişəm. Mən çox çarəsiz vəziyyətdəyəm. Sonradan evimi yenə başqa bir adama satıb, evi tamamilə əlimdən çıxarıblar.

Xahiş edirəm, ya evimin qaytarılmasında, ya da pulumun verilməsində mənə kömək edəsiniz. İstəyirəm ki, dələduz şəxslər həbs olunsun, başqa insanların da başına bu oyunu açmasınlar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nədən nə nazirin nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA -Ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru