"Azəriqaz"-ın İnsan Resurslari Departamentinin direktoru Xəqani Bəşirli zaman-zaman özünün absurd qərarları səbəbindən qınaq obyekti olub. Bu dəfə də eyni hal təkrarlandı. "DİA-AZ" xəbər verir ki, SOCAR "AzəriQaz"ın işçisi Daşqın Abbasov Xəqani Bəşirli tərəfindən onunla bağlı verilmiş qərara etiraz olaraq müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Xəqani Bəşirliyə müraciət edirəm. Mən II Qarabağ müharibəsi veteranıyam və Kürdəmir XS-də Sayğac Əməliyyatları Xidmətinin 11 dərəcəli böyük mühəndisi işləyirəm.
Cənab Prezident dəfələrlə dedi: veteranlara qayğı göstərilməli, problemləri dərhal və ədalətli həll olunmalıdır. “Veteranlar haqqında” Qanun da bunu açıq şəkildə göstərir.
Amma SOCAR/Azəriqaz mənim vakansiya müraciətimi formal şəkildə rədd etdi — səbəb: “təhsil uyğun deyil”. Mənim ixtisasım, təcrübəm və indiki vəzifəm bu tələblərə tam uyğundur!
Xəqani Bəşirliyə və digər məsul şəxslərə açıq sualım var:
- Qanun kağız üzərində qalmaq üçündürmü?
- Veteranlara laqeyd münasibət nə qədər davam edəcək?
Mən imtiyaz tələb etmirəm — yalnız ədalət istəyirəm! Veteranların hüquqlarına hörmətsizlik qanunsuz və yolverilməzdir".








