Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                 

Bir dəfəyə 50 kilo çəki atan rektor İTTİHAM HƏDƏFİDİR... - İLGİNC
Tarix: 4-02-2026, 09:53 | Çap et

Bakı Slavyan Universitetində (BSU) gərginlik səngimir. Universitet daxilindən redaksiyamıza daxil olmuş məlumata görə Anar Nağıyevin rektor təyin olunduğu gündən bu yana ali təhsil ocağında sağlam akademik mühitdən çox, daxili çəkişmələr, idarəetmə böhranı və narazılıqlar hökm sürür.
Son illər Azərbaycanda bir sıra universitetlər elm, təhsil, araşdırma, H-indeks və beynəlxalq QS reytinqləri üzrə irəliləyiş əldə etdiyi halda, BSU-nun “uğuru” yalnız UI GreenMetric siyahısında qeydə alınıb. O da nə az, nə çox — İnfrastruktur (SI) – 515 xal, Tullantıların idarəolunması (WS) – 1125 xal

Görəsən hansı infrastrukturdan söhbət gedir-Yarımçıq qalmış təmirdən, yoxsa mağaranı xatırladan auditoriyalardan?
BSU-nun qocaman kollektivi bu sualın cavabını yaxşı bilir…
Adının çəkilməsini istəməyən uzunillik BSU əməkdaşı bildirir ki, universitetin institusional akkreditasiyadan keçə bilməməsinin əsas səbəbi rektorun yanlış qərarları və səriştəsiz “komandasıdır”.Onun sözlərinə görə, bu idarəçilik universiteti sözün əsl mənasında bataqlığa sürükləyib.Rektorluq dövründə atılan ən mübahisəli addımlardan biri də sabiq rektor Kamal Abdullanın böyük zəhmətlə yaratdığı BSU nəzdindəki Məktəb–Lisey Kompleksinin universitetin tabeliyindən çıxarılması olub. Nəticədə bu təhsil ocağı Bakı Şəhəri Təhsil İdarəsinin balansına verilib.
Sual yaranır: BSU bu qərardan nə qazandı?
Cavab sadədir: Heç nə. Yalnız itki.
Slavyanşünaslıqdan “yolayrıcı”
Mediatv.az-a verilən məlumata görə, rektorun şəxsi istəyi ilə universitetdə fəaliyyət göstərən bir sıra dil və mədəniyyət mərkəzləri bağlanıb. Bu isə BSU-nun əsas missiyasına zidd olaraq, ali məktəbin tədricən Slavyanşünaslıqdan uzaqlaşdırılması kimi dəyərləndirilir. Universitetin hansı istiqamətə getdiyi isə hələ də müəmmalıdır.
1.8 milyon manatlıq “itən təmir”
Ötən il BSU-nun təmirinə 1,8 milyon manat vəsait ayrılıb. Lakin nəticə göz qabağındadır.Universitet binalarının cəmi iki mərtəbəsi natamam şəkildə təmir olunub.Bəs qalan vəsait hara xərclənib,niyə bu prosesə nəzarət edilmir?
Son günlər mediada yayılan məlumatlar isə vəziyyəti daha da qalmaqallı edir. Bildirilir ki, rektor təhsil və elmi problemləri bir kənara qoyaraq, "şəxsi baxımı" ilə gündəmə gəlir. Universitetin professor-müəllim heyəti faktiki olaraq diplomsuz və səriştəsiz bir “komandanın” ümidinə buraxılıb. Rektor isə təcrübəli kadrları dəstəkləmək əvəzinə, onları "sındırmaq" və dəyərsizləşdirməklə məşğuldur. Məlumata görə, universitetə aid olmayan şəkildə yaradılmış Rektorun Katibliyinə rektorun katibəsi rəhbər təyin olunub və ona limitsiz səlahiyyətlər verilib. Lakin bu səlahiyyətlərin necə və hansı etik çərçivədə icra olunacağı öyrədilməyib.Bir sözlə universitet diplomsuz, üzə durmaqla məşğul olan və bunun müqabilində daha çox maaş alan komandanın ümidinə qalıb.Hər həftə universitet əməkdaşlarına rektorun reklamı ilə bağlı statusların paylaşılması barədə göstərişlər verilməsi isə ümumi narazılığı pik həddə çatdırıb.BSU-nun qocaman və nüfuzlu kollektivi hesab edir ki, universitetin son illərdə bu qədər dəyərdən düşməsi məhz Anar Nağıyev və onun komandasının idarəçilik xəttinin nəticəsidir.
“BSU kollektivi Elm və Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək, ötən il işdən azad edilən yarıtmaz kadrların siyahısına BSU rektorunun da daxil edilməsini, eləcə də rektorun hazırda tutduğu vəzifənin sonuncu təyinat ili olduğunu nəzərə alaraq, yol verdiyi bu kimi halların onun növbəti 5 illik müqaviləsinin uzadılmaması ilə nəticələnməsini tələb edir. Daxil olmuş məlumata görə kollektiv hesab edir ki, rektorun bu kimi hərəkətləri Elm və Təhsil Naziri Emin Əmrullayevin adına yalnız kölgə salır. Çarəsiz vəziyyətə düşən universitet kollektivi göydə ulu Tanrıya, yerdə isə ədalətin bərqərar olunacağına ümid edərək Emin Əmrullayevə pənah gətirir.
Ən maraqlısı isə budur ki, rektor tez-tez iclaslarda özünü nazirin “əsas kadrı” kimi təqdim edir, onun adından tapşırıqlar verdiyi bildirilir.
O zaman sual yaranır,əgər elədirsə niyə BSU akkreditasiyadan keçə bilmədi, niyə məktəb-lisey universitetin əlindən alındı, milyonlar hara xərcləndi?
Daxil olmuş məlumatda qeyd olunur ki, maliyyə işləri üzrə prorektor Elçin Hüseynov isə öz vəzifə funksiyalarını bir kənara qoyaraq, faktiki olaraq “rektorun şəxsi qovluq daşıyanı” rolunda çıxış edir.Suallar çoxdur. Cavab isə yoxdur. Görünən odur ki, rektor bu suallara aydınlıq gətirmək əvəzinə və şəxsi reklamı ilə məşğuldur.
Əgər rektor öz reklamına xərclədiyi yüz minlərlə manatı kollektivin maaşına və təhsilin inkişafına yönəltsəydi, bəlkə də bu gün BSU tamam başqa bir səviyyədə olardı…
Mediatv.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru