“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı .....                     Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                     Bağçaya növbəyə yazılma prosesinə başlanılır .....                     NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər .....                     “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                     "Paşinyan qorxduğu üçün..." .....                     Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi .....                     Anar Bayramov direktor müavinini işdən çıxardı .....                     “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb .....                     Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi .....                     Bağban olub, qəzet paylayıb .....                     Azərbaycanda buğda bahalaşacaq? .....                     Azərbaycan neftinin qiyməti 108 dolları ötüb .....                     Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? .....                     Paşinyan Fransaya səfərə yola düşüb .....                     Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək .....                     Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                 

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 18-11-2025, 06:21 | Çap et

30 ilə yaxındır ki, Azərbaycanda təhsil problemləri müzakirə olunur, müxtəlif pilot layihələr tətbiq edilir və əsasən sistemin şəffavlaşdırılması, müsirləşməsi, dünya standartlarına uyğunlaşdırılması üçün cəhdlər edilir. Əlbəttə, bu o qədər də asan proses deyil və illərdir qalaqlanmış, verilmiş səhv qərarları, korrupsiyalaşmış direktorları qısa müddətdə təmizləmək, düzəltmək mümkünsüzdür.

Bu əsnada ölkənin Peşə Təhsili sistemi də yenidən qurulur, sovetlərdən qalan və müstəqillik dövrünün ilk illərindən baxımsızlıqdan bərbad hala düşən peşə təhsili müəssisələri yenidən qurulur və bərpa edilir. Yəni, heç nə əvvəlki kimi deyil və insaf naminə demək lazımdır ki, ölkənin peşə təhsili sistemində nəzərəçarpacaq dəyişikliklər var.

Lakin bu peşə təhsilinə olan fərqli maraqlar, idarəetmə zamanı yaranan “iştah sindromu” bitmir və təmirli, avadanlıqlı binalarda fərqli mənzərələrin şahidi oluruq. Bu gün peşə təhsili müəssisələrində çalışan müəllim heyəti istər əmək haqqının azlığından, istər rəhbərliyin səriştəsiz, bezdirici qərarlarından və ən əsası yaradılan imkanları yalnız öz əlində cəmləşdirməsindən narazılıq edir.

Həqiqətən də, ölkənin peşə təhsili sistemində böyük bir boşluq, sistemsizlik və nəzarətsizlik hökm sürür. Bu vəziyyətin əksər müəssisələrdə baş verməsi göstərir ki, idarəedicilər ya bacarıqsızdır, ya da idarə olunurlar.

Birinci hal — Bacarıqsızlıq!

Bu gün diqqət etsək görərik ki, əksər peşə təhsili mərkəzlərinin rəhbərlərinin idarəetmə stajı kifayət qədərdir. Ən azı 5-10 ildir peşə təhsili sahəsindədirlər və böyük təcrübə qazanmaları üçün yaxşı vaxtları olub. Bir az da dərinə getdikdə görürsən ki, bəli, bu rəhbərlər ali təhsilli, dünya universitetlərinin məzunları olmasalar da, peşə təhsili sistemində təcrübəlidirlər. Amma di gəl ki, bu təcrübəni tamamilə başqa formada istifadə edir, müəllimləri, işçiləri əsir kimi nəzarətdə saxlayır, dərs bölgülərini ədalətsiz formaya salır, bundan yararlanmağa çalışır, tələbə heyəti ilə fərqli davranış sərgiləyir, ən əsası rəhbəri olduğu müəssisədən əsasən qazanmaq üçün yararlanır. Reallıq budur ki, peşə təhsili müəssisələrinin rəhbərləri təhsil planı üzrə deyil, məhz özləri üçün qurduqları plan üzrə hərəkət edir və bu da onların qazanması üçün hesablanıb.

Peşə təhsili müəssisələrinin rəhbərləri və müavinlərinin əksəriyyəti ay ərzində böyük əmək haqqı alır, üstəlik adlarına dərs saatları yazır və bütün bunlar azmış kimi, başqa-başqa yollara əl atır, müqaviləli işçiləri işə qəbul edərkən də qazanmamış deyillər. Əlbəttə, bu faktları bu gün onlara sübut etmək hələlik çətindir, sübutlar zamanı belə zatən söz tapırlar. Amma faktlar göz deşir, saysızdır və böyük araşdırma da tələb etmir.

İkincisi — İdarə olunurlar!

Bu olduqca incə məsələdir. Hamımız bilirik ki, bu gün hansısa bir vəzifə sahibi olmaq üçün dayağın olmalıdır və ya hansısa komandanın üzvü olmalısan. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsil sistemində də belə qruplar mövcuddur və zaman-zaman bu qrupların mübarizəsinin şahidi oluruq. Əslində bu normal haldır, amma mübarizə inkişafla nəticələnirsə...

Peşə təhsili müəssisələri rəhbərlərinin kimliyini, bu yola haradan başladıqlarını və sonda necə direktor olduqlarını bu sahəni dərindən bilənlər yaxşı tanıyır. Bilinənlər bəllidir, bilinməyənləri də öyrənmək bir o qədər asandır.

Təhsil nazirinin müavinindən tutmuş, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nüfuzlu şəxslərinin adamlarına, sabiq nazir Misir Mərdanovun komandasının üzvlərinə kimi burada direktor postlarındadırlar. Bəli, bir daha deyirəm: bu sahəni bilən adamlar o direktorların kimliyini və haradan gəldiklərini yaxşı bilir. Olsun, bununla bir işimiz yoxdur, amma o olmasın ki, bu şəxslərin əsas məqsədi peşə təhsilinin inkişafı, gələcəyi, müəllimlərin haqqının qorunması, tələbələrin inkişafına yönəlsin.

Təsəvvür edin, 2 aydır dərs ili başlayıb, amma bu gün əksər peşə məktəblərində tələbə təqaüdləri verilməyib. Müəllimlər əmək haqlarını ən azı 10 gün gec alırlar və bu məsələ heç bir direktoru düşündürmür, narahat etmir. Hər halda bu günə kimi bir direktorun çıxıb tələbələrin təqaüdlərinin, müəllimlərin əmək haqqının gecikməsini dilinə gətirdiyi olmayıb. Əksinə, səsini çıxaran tələbəyə, müəllimə elə bir divan tutulur ki, gəl görəsən. Səsini çıxaran tələbə, müəllim dışlanır, qınanır və məktəbdən atılma təhlükəsi ilə üzləşir...

Hə, burada yenidən qayıdırıq başa - yəni əsas səbəbkara: Peşə Təhsili üzrə Dövlət Agentliyinə və onun idarəedici şəxslərinə.

Bildiyimiz kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin bəxti yaranandan gətirməyib. Agentliyin ilk direktoru Famil Mustafayev olub. 1 il sonra cənab Mustafayev bu vəzifədən uzaqlaşdırılıb. O zaman onun barəsində ciddi faktlar yazılsa da, araşdırılmadı və beləcə daha yüksək posta üz tutdu.

Daha sonra bu posta Pərviz Yusifov təyin edildi və cəmi 1 il işlədi. 2021-ci ildə cənab Emin Əmrullayev Pərviz Yusifovu bu postdan uzaqlaşdırdı və yerinə Valeh Mirzalıyev adlı şəxs təyin edildi. Bir neçə ay sonra Mirzalıyev də çıxarıldı.

O zaman Mirzalıyevin müavini bu gün məşhur olan məlum Ceyhun Kərəmov idi. Bundan sonra proseslər bir qədər yavaşladı. Emin Əmrullayev artıq ya utandığından, ya da hansısa səbəblərdən bu posta iki il direktor təyin etmədi. Bu post Valeh Mirzalıyevin müavini olan Ceyhun Kərəmova həvalə olundu. İki il sonra, düz 2023-cü ilin oktyabr ayında yenə nazir Emin Əmrullayevin əmri ilə Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu dəfə əməlli-başlı direktoru təyin edildi.

Yox, bu hələ son deyildi və yenə nazir Əmrullayevin əmri ilə 2025-ci ilin 1 oktyabr tarixində Ceyhun Kərəmov vəzifədən çıxarıldı. Bütün bu illər ərzində işə qəbul və çıxarılmaların heç birinin səbəbi açıqlanmayıb.

Kərəmovdan sonra yenə Emin Əmrullayevin qərarı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi müavin Simnar Mamedova həvalə olunub. Hazırda Emin Əmrullayevin bu posta nə zaman direktor təyin edəcəyi, hansı qərar verəcəyi müəmmalıdır.

Göründüyü kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyi Emin Əmrullayevin kadrları üçün bir tramplin hesab olunur, gəlirlər 1 il işləyirlər və hansısa yüksək vəzifələrə göndərilirlər. Amma unuduruq ki, təhsil sistemi və onun idarə olunması mütləq peşəkar və təcrübəli, bu sahəni bilən, müəllim-tələbə kontingentinin xüsusiyyətlərini anlayan, layihələrin sağlam icrasını bacaran və ən əsası bu sistemdə sevilən, sözünün çəkisi olan birinə həvalə olunmalıdır. Görünür, hələ də Peşə Təhsili üzrə

Dövlət Agentliyinin bəxti gətirmir və uzun zaman da gətirməyəcək...

Peşə Təhsili üzrə Dövlət Agentliyinin bugünkü idarəçilərinə - daha doğrusu, əvəzediciyə gəldikdə isə hələlik onun fəaliyyəti barədə konkret nəsə demək mümkün deyil. Ceyhun Kərəmovun vəzifədən uzaqlaşdırılmasından 2 ay vaxt keçsə də, yəni icraedici vəzifəsi müavin Simnar Mamedova həvalə olunsa da, müəyyən problemlər -tələbələrin təqaüdləri, bəzilərinin müqavilə ilə işə necə və hansı şəraitdə götürüldüyünün araşdırılması, adı olub özü dərsə gəlməyən tələbələrin mövcudluğu və əgər belə hal varsa onların təqaüd kartlarının kimdə olduğu və sair faktların araşdırılması hələ də gözləmədədir.

Məncə Simnar müəllimin bu araşdırmaları etmək, günahkarları cəzalandırmaq, sistemə əməlli əl gəzdirmək, direktorları tənbehləmək, onların qarşısında konkret tələblər qoymaq, tələbə, müəllim narahatlığını araşdırmaq və cavablandırmaq kimi imkanları və vaxtı var. Bu sistemin təmizlənməsi, daha böyük uğurların qazanılması üçün bu günlər həm də bir şansdır. Şansları dəyərləndirmək üçün zamana ehtiyac yoxdur, fürsətlərdən istifadə etmək yetərlidir.

Müəllif: Ədil Hüseynov

"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Bu gün, 10:46
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru