Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... .....                     Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? .....                     Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... .....                     BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... .....                     Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür .....                     ŞƏT parıltısı altında boşluq .....                     Si Cinpin Pezeşkiyanı niyə gözardı (iqnor) etdi? .....                     “İxtisar” adı ilə işdən azad edildi və... .....                     Tədris mərkəzində Almaniyaya İŞÇİ YOLLAMA adı altında FIRILDAQ .....                     Bu, Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil... .....                     Azərbaycanda bu məşhur ifadəni deyənə 15 il həbs verilir? .....                     «Bakı-2040» Baş Planı ümumiyyətlə nəyə və kimə lazımdır? .....                     Anti-İnhisar Agentliyinə də tərcüməçi lazım imiş... .....                     Əgər Simonyan Azərbaycana gələrsə... .....                     Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir? .....                     KAPİTAL BANK... ən etibarsız ünvana çevrilib .....                     Qanunsuz evlər niyə sənədləşdirilmir..? .....                     Fars-molla rejimi daha da sərtləşir... .....                     Neft hasilatı azalır, məmur kefindən qalmır .....                     Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR... .....                     Cənnətdə MƏMƏ DAVASI... .....                     Uşaqların QUANTANAMOSU: "Kayu" Bağçası .....                     Rus bazası Ermənistandan gedəcək, amma... .....                     İki ay əvvəl işdən çıxarılmışdı .....                     Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu .....                     100 dollarlıq neft dolların taleyini həll edəcək: .....                     Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal .....                     ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb .....                     “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı .....                     Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... .....                     Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB .....                     Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş .....                     Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                 

ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ... - İTTİHAM VAR...
Tarix: 13-03-2025, 08:43 | Çap et
ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ...
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Universitetdə baş verən və “artıq dözülməz həddə çatan” problemlərlə bağlı yazan tələbələrin müraciətini olduğu kimi dərc edirik:

“Öncə onu qeyd edək ki, bu, yalnız bizim narazılığımız deyil, həmçinin yüzlərlə tələbənin haqsızlığa, ədalətsizliyə qarşı baş qaldıran etirazıdır. Hazırda ADAU-nun vəziyyəti bir universitetin deyil, məhz şəxsi təsərrüfatın dağıdılması səhnəsini xatırladır.

Təhsil sistemi iflic vəziyyətindədir

Son illər ərzində, xüsusən də rektor Zəfər Qurbanovun dövründə, universitetdə tədrisin keyfiyyəti faktiki olaraq sıfra enib. Sabiq rektor İbrahim Cəfərovun dövrü ilə müqayisədə təhsil 2-3 dəfə aşağı düşüb, dərslər formal şəkildə keçirilir, tələbələr isə real biliklərdən məhrumdur. Fundamental fənlər bir semestrə sığdırılır, tələbələr fiziki və zehni olaraq yüklənərək, təhsil almaq imkanlarından məhrum edilirlər. Baytarlıq kimi praktiki biliklər tələb edən bir sahədə isə heç bir praktiki məşğələ keçirilmir, laboratoriyalar isə demək olar ki, işləmir. Bu vəziyyət ADAU-nun gələcəyini ciddi şəkildə sual altına alır.

Universitet təsərrüfatı dağıdılıb, tədrisin əsasını təşkil edən heyvanlar yoxdur

İbrahim Cəfərovun dövründə universitetin təsərrüfatında 60-dan çox iribuynuzlu, 200-dən çox xırdabuynuzlu heyvan var idi. Lakin hazırda yalnız 7-8 iribuynuzlu, 40–45 xırdabuynuzlu heyvan qalıb, digərləri satılıb və vəsait mənimsənilib. Baytarlığın Vivariumuna isə 2 iribuynuzlu və 2 xırdabuynuzlu (qoca, xəstə yararsız) heyvan veriblər. Bu vəziyyət isə tələbələrin praktiki təcrübə əldə etmələrinin qarşısını alır. Baytarlıq fakültəsi tələbələrinin praktiki biliklərdən məhrum olması, Azərbaycanın baytarlıq xidmətinin gələcəyini təhlükə altına alır.

Kənd Təsərrüfatı Nazirliyi passivdir, şikayətlərə heç bir cavab verilmir

Tələbələr dəfələrlə universitet rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə dəfələrlə məlumat vermişik, ərizə yazaraq müraciət etmişik, amma heç bir müvafiq tədbir görülmür. Nazirlik bizə boş vədlər verməkdənsə, konkret addımlar atmır. Nazirlikdən gələn cavablar ya saxtalaşdırılır, ya da məsələnin miqyasını kiçiltmək məqsədilə yanlış məlumatlar təqdim edilir. Şikayət edən tələbələrə təzyiq edilir və şikayətlərin rəsmi şəkildə irəliləməsinin qarşısı alınır.

Nazirlikdən universitetimizə nümayəndələr gəlib tələbələrlə görüş keçirilmir. Universitetə nazirlik əməkdaşları gəldikdə bəzi seçilmiş tələbələrlə nazir müavini, şöbə müdiri və s. görüşür. O tələbələr də universitetdə olan problemləri söyləmir, ancaq universitet rəhbərliyini tərifləmək üçün rəhbərlik tərəfindən görüşə icazə verilir.

Yataqxana şəraiti dözülməzdir, tələbələrin ləyaqəti tapdanır

Yataqxana şəraiti, içməli suyun pulla satılması, işıqlandırma və internetin bərbad vəziyyətdə olması tələbələrin təhlükəsizliyini təhdid edir. Liftlərin işləməməsi və suyun 6-cı və 7-ci mərtəbələrə əl ilə daşınması tələbələrin tez-tez qarşılaşdığı dözülməz bir vəziyyətdir. Gecə saatlarında yataqxana tamamilə qaranlıq olur və bu da əlavə təhlükə yaradır. Sərbəst dolaşan sahibsiz itlər tələbələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Heç bir müvafiq qurum isə bu məsələyə müdaxilə etmir.

Təcrübə üçün nəqliyyat xətləri ayrılmır, pul mənimsənilir

Təcrübə üçün ətraf rayonlara gedən tələbələrə ayrılan nəqliyyat xətləri ya işləmir, ya da bu xətlərin pulu mənimsənilir. Tələbələr öz xərcləri ilə nəqliyyat tapmağa məcbur qalır, lakin bu xərclərdən heç bir şəffaflıq təmin edilmir.

Bundan əlavə, müxtəlif vəzifələrə qanunsuz təyinat – ixtisasına uyğun olmayan şəxslərə müxtəlif kafedralarda iş (vəzifə ) verilir.

Fakultələrdə bir çox otaqlarda stol və avadanlıqlar yoxdur, otaqlar boş haldadır.

Mart ayının 6-da Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva Gəncə şəhərinə səfər etdi və Gəncə əhalisi ilə görüş keçirdi. Bu görüşə də Aqrar Universitetdən özlərini təriflətdirmək üçün 4 nəfər müəllimin qatılmasına icazə verdilər. Bu müəllimlərdən biri rüşvətə görə 2009-2010-cu illərdə tələbə tərəfindən bıçaqlanmış Məhərrəm Hüseynovdur. Halbuki, universitetdə çox obyektiv, vətənini, millətini sevən, dövlətin, xalqın yaxşılığı üçün əlindən gələni edən o qədər müəllim, o cümlədən tələbə var ki, onların vəzifəli şəxslərlə görüşməsinə icazə verilmir.

Mətbəənin yerini dəyişib, 250 min manata yaxın pul siliblər

Universitetdə 2004-2005-ci illərdə qurulmuş mətbəəni yenidən qurmaq adi ilə yerini dəyişdirib, bu iş üçün 250 min manata yaxın pul siliblər. Halbuki, heç bir avadanlıq dəyişilməyib, sadəcə bir binadan başqa bir binaya köçürüblər.

Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil artıq yalnız rəsmi formallıqdan ibarətdir və bu vəziyyət təcili olaraq dəyişdirilməlidir. Tələbələrin haqları kobud şəkildə pozulur və bu vəziyyət davam edərsə, ADAU-dan məzun olan tələbələr peşəkar baytar həkimi və mütəxəssis olarak yetişə bilməyəcəklər. Bu baxımdan, tələb edirik ki:

1. Tədris sisteminin dərhal yenidən qurulması, tələbələrə real biliklər verilməsi və dərs yükünün düzgün bölünməsi təmin edilsin.

2. Heyvan təminatının bərpa edilməsi, universitet təsərrüfatında baş verən oğurluq və mənimsəmələr araşdırılsın.

3. Yataqxana şəraitinin dərhal yaxşılaşdırılması, su, internet və işıq məsələlərinin həlli üçün təcili tədbirlər görülsün.

4. Sahibsiz itlərin problemi həll edilsin və tələbələrin təhlükəsizliyi təmin olunsun.

Bu məsələyə dərhal müdaxilə olunmasını və tələbələrin hüquqlarının qorunmasını xahiş edirik. Əks halda, əlimizdə olan bütün vasitələrlə hüquqlarımızı müdafiə etməyə davam edəcəyik”.

ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ...
ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ...
ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ...
ADAU-da dövlətin qanunları KEÇƏRLİ DEYİLMİŞ...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38
Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Bu gün, 08:35
Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
Bu gün, 08:28
BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bu gün, 08:19
Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür - Görünəni odur ki...
Bu gün, 08:10
ŞƏT parıltısı altında boşluq - Bu qurum Azərbaycana nə verir?
Bu gün, 08:08
Si Cinpin Pezeşkiyanı niyə gözardı (iqnor) etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:04
“İxtisar” adı ilə işdən azad edildi və... - bu gün yaşamaq uğrunda mübarizə aparır...
Bu gün, 07:58
Tədris mərkəzində Almaniyaya İŞÇİ YOLLAMA adı altında FIRILDAQ - VİDEO
Bu gün, 07:53
Bu, Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil... - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
Azərbaycanda bu məşhur ifadəni deyənə 15 il həbs verilir? – İLGİNC
Bu gün, 07:43
«Bakı-2040» Baş Planı ümumiyyətlə nəyə və kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
Anti-İnhisar Agentliyinə də tərcüməçi lazım imiş... - ÇÜNKİ...
Bu gün, 07:26
Əgər Simonyan Azərbaycana gələrsə... - GƏLİŞMƏ
Bu gün, 07:19
Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 07:12
KAPİTAL BANK... ən etibarsız ünvana çevrilib - GİLEY
Bu gün, 07:07
Qanunsuz evlər niyə sənədləşdirilmir..? - AKTUAL
Bu gün, 06:59
Fars-molla rejimi daha da sərtləşir... - KİV
Bu gün, 06:56
Neft hasilatı azalır, məmur kefindən qalmır - AXI NİYƏ?..
Bu gün, 06:52
Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR... - AKTUAL
Bu gün, 06:40
Cənnətdə MƏMƏ DAVASI... - REPLİKA
Bu gün, 06:33
Uşaqların QUANTANAMOSU: "Kayu" Bağçası - NARAZILIQ VAR...
Bu gün, 06:28
Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Dünən, 17:52
İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Dünən, 17:50
Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Dünən, 17:30
100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Dünən, 17:28
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Dünən, 17:26
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Dünən, 17:23
“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Dünən, 17:18
Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Dünən, 17:16
Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Dünən, 17:14
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Dünən, 17:10
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Dünən, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Dünən, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Dünən, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Dünən, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Dünən, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Dünən, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Dünən, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Dünən, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Dünən, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Dünən, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Dünən, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Dünən, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Dünən, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Dünən, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Dünən, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru