!["Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..."](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739428579_0001.jpg)
Dövlət Neft Şirtkətində əməkhaqqının az olması və son beş ildə sıravi işçilərin əməkhaqqılarına heç bir artımın olmaması, bunun əvəzində isə hətta olan-qalan əlavələrin də kəsilməsi böyük narazılıqla qarşılanmaqdadır. "DİA-AZ" olaraq bu barədə növbəti vətəndaş müraciətini təqdim edirik.
Beləliklə, SOCAR-da mühəndis vəzifəsində çalışan Mahmud Mahmudlu öz etirazını bu şəkildə ifadə edir:
"SOCAR-ın futbola ayırdığı pullarla çox işlər görmək olardı, külli miqdarda pullar havaya sovruldu...
Futbolçunun ölkəyə heç bir xeyiri olmadığı halda 5 min manat pul alır, lakin fəhlə 45 il ölkəyə xeyir verə-verə heç min manat da almır.
Bu futbol mafiyasının qarşısını almaq lazımdır, yoxsa SOCAR-da həqiqi neftçilər heç vaxt 5 min manat görə bilməyəcək.
Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..."