Tokayev Paşinyana jest etdi və... .....                     1500 manat xərclə, axırı da belə... .....                     AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! .....                     Adamı heç YÜK YERİNƏ də qoymurlar .....                     Dini posterlər ilə biznes quranların yalanları .....                     Biz bu dilin fatihəsini ÇOXDAN OXUMUŞUQ... .....                     Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır... .....                     Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... .....                     5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik .....                     Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı .....                     Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt .....                     Hacı Əliyev bu vəzifəyə təyin edildi .....                     BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır .....                     BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                 

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Tarix: 6-02-2025, 09:01 | Çap et
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ...
Nəhayət, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərovun Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (hakim Elmar Rəhimovun sədrliyi ilə) baxılaraq qərar qəbul edilib. Zərərçəkmiş H.Səfərov В«TəzadlarВ»a bildirdi ki, Nərimanov rayon İcra Şöbəsinin məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz olan və Bakı Hərbi Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökmə açıq-aydın müdaxilə edən qərarının ləğvini tələb edərək məhkəmə qərarının icrasını tələb edir. Sitat: «…Lakin məhkəmə icraçısı hansısa maraqlar naminə Azərbaycan Dövlətinin adından çıxarılan qərarı icra etmək istəmir. Belə çıxır ki, məhkəmə məhkəmə icraçısının tələblərinə tabedir?! Bildiyiniz kimi, 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi Mövlam Şıxəliyev və digərilərinin apellyasiya şikayətini təmin etmədi. Bundan sonra Mövlam Şıxəliyev və başının dəstəsi Ali Məhkəməyə kassasiya şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsinin bu cinayət işi üzrə qərarından sonra mülki iddialarımız icraya yönəlməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Bakı Hərbi Məhkəməsi iş üzrə 16 mülki iddiaçının adına icra vərəqələri yazıb Nərimanov Rayon İcra Şöbəsinə göndərdi. İcra materialları icra məmuru Rəfail Səfərovun qərarı ilə eyni icraatda birləşdirildi. Lakin Nərimanov Rayon İcra Şöbəsi 2 ilə yaxın icraya başlamaqdan ən müxtəlif bəhanələrlə yayındı. Nəhayət, aidiyyəti üzrə şikayətlərimizdən sonra Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev 10 iyun 2024-cü ildə Bakı Hərbi Məhkəməsinə məktub yazıb icra məmuru Rəfail Səfərova məhkəmə qərarının izah olunması barədə ərizə təqdim etdi. Vaxt uzatmağa hesablanan bu ərizəyə məhkəmə gözlənilən cavabı verdi. İcra məmuru Rafail Səfərovun ərizəsinə məhkəmədən cavab yazıldı ki, hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Yəni, ağlını başına yığ, məhkəmə qərarını icra et! Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri, sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır və sair… Bu cavabdan sonra, nəhayət, icra işinin başlayacağı və Bakı Hərbi Məhkəməsinin hökmünün icra ediləcəyini düşündük. Lakin bunun əvəzinə məhkəmə icraçısı Rəfail Səfərov Cavidan Hacıyevi də yanına alıb bu dəfə də eyni mahiyyətli izah tələbi ilə Bakı Hərbi Məhkəməsinə müraciət etdilər. Bakı Hərbi Məhkəməsində 1 iyul 2024-cü ildə hakim Fikrət Əliyevin sədrliyi ilə məhkəmə icraçısı Rafail Səfərovun növbəti və eyni məzmunlu izah tələbinə baxıldı. Bakı Hərbi Məhkəməsinin 01.07.2024-cü il taxixli, İş N 7-1(093)-12/2024 Qərarı ilə icra məmuru Rafail Səfərova və yanına aldığı Cavidan Hacıyevin izah tələbinə belə bir cavab verildi: В«Hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır!В». Bu qərardan sonra da icra işi başlanmadı. Bu dəfə məhkəmə icraçısı Rəfail Səfərov həmin izah qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi. Yenə də izah tələbi irəli sürdü. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə 26 avqust 2024-cü ildə şikayətə baxıldı. Məhkəmənin 7-1(103)-3/2004 saylı qərarında yazıldı ki, «…birinci instansiva məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hökmlə həll edilməyən və ya hansısa qaydada həll edilmiş məsələlərə hökmə izah verilməsi qaydasında yenidən baxılması, yeni halların müəyyən edilməsi, hökmdə həll edilən məsələlərin mahiyyətinin dəyişdirilməsi qanunda nəzərdə tutulmamışdır. Mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, mülki iddianın təmin edilməsi barədə müddəanın fərqli qaydada izah və təfsir edilməsi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədi verilməsinə əsas olmuş hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədin mətninə uyğun şəkildə icra olunmalıdır. İzah verilməsinə dair ərizə təmin olunmamalıdırВ». Beləliklə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi qəbul etdi. Bundan sonra məhkəmə icraçısı Rəfail Səfərov məcbur olub icra işinə başladı. Lakin özünün tələbi ilə Bakı Hərbi Məhkəməsinin və ardından Bakı Apellyasiya Məhkəməsinin verdikləri izahlara məhəl qoymadı. O, özünün verdiyi icra haqda qərarında Bakı Hərbi Məhkəməsinin hökmünün adını çəksə də, özünün izah tələbinə dair Bakı Hərbi Məhkəməsinin adını belə çəkmir, qərarın mahiyyəti, nə qərar verilməsinə toxunmur. Bakı Apellyasiya Məhkəməsinin qərarı haqda isə heç bir qeyd aparmadan özünün şəxsi maraqlarından çıxış edərək tam qanunsuz qərarla icra işinə girişdi”.

Zərərçəkmiş H.Səfərov onu da əlavə etdi ki, məhkəmə icraçısı Rəfail Səfərov qərar verməzdən əvvəl 16 nəfər zərərçəkəni Nərimanov İcra Şöbəsinə dəvət edərək növbəti qanunsuzluğa imza atıb. Sitat: “Rəfail Səfərov dedi ki, əgər hər biriniz ərizə yazıb hər hansı bir şikayətinizin olmadığını bildirməsəniz, icra işinə başlamayacağam. Məcbur olub onun dediyi, faktiki olaraq şikayət etmək hüququmuzu məhdudlaşdıran qanunsuz ərizəni yazdıq. Biz qanunsuz olmasını bildiyimizdən icra işinin əngəllənməməsi üçün Rəfail Səfərovun qanunsuz tələbini yerinə yetirdik. Bu dəfə də bizə məlum oldu ki, Rəfail Səfərov özünün izah tələblərinə dair məhkəmə qərarlarını bir kənara atıb, özü bir siyahı tutub, məhkəmə hökmündə olan 16 nəfərə özünün istədiyi, şəxsi maraqlarından çıxış etməklə əlavə 6 nəfəri də qoşub. Rəfail Səfərovun özbaşına verdiyi bu qərarın ləğvi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdik. Bu dəfə də Rəfail Səfərov və himayədarları Nərimanov Məhkəməsində qanunsuz verdikləri icra haqqında qərarın ləğvinə imkan vermədilər. Axı necə ola bilər ki, Azərbaycan Respublikası adından Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökm məhkəmə icraçısı tərəfindən bir kənara atılsın və məhkəmə icraçısı Rəfail Səfərovun istəyinə uyğun icra işi aparılsın? Əgər icra məsələsini məhkəmə icraçısı Rəfail Səfərov öz istədiyi kimi icra edəcəkdisə, daha Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istəməsinə nə ehtiyac vardı? Bakı Apellyasiya Məhkəməsinə niyə müraciət edib izah tələbini yenidən təkrar edirdi? Nərimanov Məhkəməsi tam qanunsuz olaraq Rəfail Səfərovun icra işini öz istəyinə uyğun aparmasına öz qərarı ilə “don” geydirdi. Bakı Apellyasiya Məhkəməsinə şikayətimiz də bu instansiyanın sədri Mübariz Əkbərovun qarşı tərəflə əlaqələrinə görə qismən təmin edildi. Baxmayaraq ki, məhkəmənin gedişində Mübariz Əkbərovun qəbulunda olub Bakı Hərbi Məhkəməsinin qərarına məhkəmə icraçısı tərəfindən qanunsuz müdaxilə barədə məlumat vermişdim. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin iş üzrə qərarını da təqdim etməklə faktiki olaraq məhkəmə icraçısının özbaşınalığını başa salmışdım. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi əslində biz istəmədiyimiz 2 şəxslə bağlı qərar verməklə Nərimanov Məhkəməsində baş verən qanunsuzluqları ört-basdır etdi. Özlərinin qərarına qanuni görkəm vermək, gözə kül üfürmək kimi qanunsuz bir işə girişdilər. Bizə qarşı, Azərbaycan Respublikasına qarşı məhkəmə icraçısı Rəfail Səfərovun timsalında cinayətə bərabər böyük bir qanunsuzluq törədilib. Məhkəmə sədri Mübariz Əkbərov isə ortada Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin qərarı ola-ola yenə də məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz qərarını qüvvədə saxlamağa nail oldu. Bakı Apellyasiya Məhkəməsinin bu qərarı Azərbaycan məhkəməsi adına böyük bir biabırçılıqdır! Ona görə də Prezident İlham Əliyevə müraciət etməklə bu işdə əli olan hər kəsin cəzalandırılması tələb ediləcək. Artıq müraciətimiz vəkillərimiz tərəfindən ətraflı izah və sənədlərlə hazırlanıb…”.

В«TəzadlarВ» olaraq, inanırıq ki, nəhayət, məhkəmə icraçısı Rəfail Səfərova başa salınacaq ki, Azərbaycan Dövləti adından çıxarılan hökmün və qərarın icrasına müdaxilə cinayətdir və bağışlanılmaz səhvdir, ölkənin məhkəmə sisteminə arxa çevirməkdir!

В«TəzadlarВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tokayev Paşinyana jest etdi və... - ORTAYA FƏRQ QOYDU...
Bu gün, 05:14
1500 manat xərclə, axırı da belə... - AXI NİYƏ?..
Bu gün, 05:09
AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! - BU DA FAKT...
Bu gün, 04:50
Adamı heç YÜK YERİNƏ də qoymurlar - GİLEY
Bu gün, 04:41
Dini posterlər ilə biznes quranların yalanları - İFŞA
Bu gün, 04:32
Biz bu dilin fatihəsini ÇOXDAN OXUMUŞUQ... - MALƏSƏF...
Bu gün, 04:28
Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır... - Taleyin ən böyük ironiyası!
Bu gün, 04:16
Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... - HƏM DƏ...
Bu gün, 04:13
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
Bu gün, 04:03
Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı - TƏFƏRRÜAT
Bu gün, 03:59
Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt - SƏN DEMƏ...
Bu gün, 03:57
Hacı Əliyev bu vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:53
BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır - KİV
Bu gün, 03:49
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Dünən, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Dünən, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Dünən, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Dünən, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Dünən, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dünən, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Dünən, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Dünən, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Dünən, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Dünən, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Dünən, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Dünən, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Dünən, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Dünən, 16:41
Qan ver, həyat xilas et!
Dünən, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Dünən, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Dünən, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Dünən, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Dünən, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Dünən, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Dünən, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Dünən, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Dünən, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Dünən, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Dünən, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Dünən, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Dünən, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Dünən, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Dünən, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 13:18
Ruslan Quliyev vəfat etdi
Dünən, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru