Uzun zamandır Azərbaycan sosial mediasında belə bir foto yayılır və iddia edilir ki, guya bu Fransada, Luvr muzeyində saxlanılan rəsmidir. Bunu iddia edənlər də yazının altında olan "Möminlərin əmiri, Allahın salavatı üzərinə olsun, İmamın mübarək təmsili (şəkli) – Fransa muzeyindən". Sözünə istinad edirlər. Və Azərbaycanda bu fotonu yayanlar insanları inandırmağa cəhd edirlər ki, baxın, İmam Əli belə olub.
Əzizlərim. XIX əsrin sonlarında Tehranda saray fotoqrafları tərəfindən çəkilmiş real Pəhlivan Əkbər Xorasanı güləşçi geyimində oturub və əlində güləş aləti tutaraq oturub.
Əsl adı Əkbər bəy Səlim oğludur rəsmdə olanın..1829-cu ildə Məşhəddə doğulub, 1904-cü ildə Tehranda vəfat edib. O, Qacar şahı Nasirəddin şahın sarayında rəsmi olaraq baş pəhlivam titulunu daşıyıb.
Tam əminliklə deyirəm ki, sizlərə bu rəsmi paylaşıb İmam Əlidir deyənlər saxtakarlardır. Şəkildəki şəxs İmam Əli deyil. Şəkildəki şəxs sadəcə olaraq təxminən 130-140 il əvvəl yaşamış iranlı bir idmançıdır.
Sadə dillə desək, Qacar dövrünün saray pəhlivanının fotoşəklidir.
Rəsmin altında yazılan "Fransa muzeyindəki rəsm" ifadəsi saxtakarlarln ən çox istifadə etdiyi klassik üsuldur. Bu növ saxta dini plakatların demək olar ki, hamısının altına "Luvr muzeyi", "Fransa muzeyi" və ya "Britaniya muzeyi" yazılır ki, inanclı insanlarda şübhə doğurmasın və mənbəyə əlçatanlıq çətin olsun. Lakin Fransanın heç bir muzeyində bu rəsm yoxdur.
Bu rəsmi XX əsrin ilk onilliklərində İran dövləti yarananda, bəzi dərvişlər pul qazanmaq üçün İmam Əli rəsmi adı altında pul qazanmaq xatirinə satırdılar.
1990-cı illərdə İranda bəzi rəssamlar bu fotonu rəngləndirərək və üzərində bəzi dəyişikliklər edərək İmam Əlinin gənclik obrazı kimi yaymağa başladılar.
Çünki İranda Molla rejimi üçün pul qazanmaq və insanları cəhalət içərisində saxlamaq bir adətdir.
İmam Əlinin heç bir real portreti, rəsmi və ya cizgisi günümüzə gəlib çatmayıb və bu gün müxtəlif rəsmləri İmam Əli adından yayanlar sadəcə avam insanlardan pul qazanmaq marağı güdürlər.
Son zamanlar yayılan saqqalı şəkildəki də İmam Əli deyil. O, 1920-ci illərdə tunisli fotoqraf Rudolf Frans Leyhnert tərəfindən çəkilmiş bədəvi bir gəncin real fotosudur və adı da Məhəmməddir.
İmam Əlinin yaşlı, ağ saqqallı, başında yaşıl əmamə ilə ikidişli Zülfiqar qılıncını yerə dirəyib əyləşdiyi bir rəsmi də yayırlar son zaman. Əslində bu da pul qazanmaq üçün yayılan bir saxta rəsmdir.
Bu şəbih və miniatür sənətinin ən məşhur nümayəndələrindən biri olan Həsən Ruhuləminin fantaziyasının məhsuldur.
Dini poster və rəsmlər də bir ara fırıldaqçı insanların biznesi olmuş idi. Bəlkə bu gün də qalıb. Əllərində Mir Mövsüm ağanın şəklini tutub caamata verib "nə verərsən verərsən" bəhanəsi edənləri görmüşük və nə yazıq ki, belə işlər İslamı gözdən salır
Əzizlərim inanmayın belə saxta rəsmlərə. Əmin olun, nə Peyğəmbər (s), nə İmam Əli, nə Ömər, Osman, Əbubəkir nə də Peyğəmbər nəvələrinin rəsmləri bizə gəlib çatmayıb, çünki yoxdur.
Müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"









