"Mən Abbasov Rafiq Kərim oğlu Şərur rayon Çərçiboğan kəndindənəm. Şəhidimiz Ramiz Abbasovun anaı Leylan Abbasova 3 dəfə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Naziri Şahin Mirzəyevin qəbuluna düşmək istəsə də, bu, şəhid anası üçün KEÇİLMƏZ SƏDD olub..," "DİA-AZ" xəbər verir ki, bu barədə müraciət edən narazı vətəndaş Şahin Mirzəeyvin şəhid ailələrinə qarşı haqsızlıq etməsini və əslinmdə 2-3 Qarabağ Qazisini işə götürməklə gözdən pərdə asmağa çalışdığını iddia edir.
Şəhid ailəsinin nümayəndəsi daha sonra gileyində yazır: "Mən mətbuat vasitəsilə hörmətli nazirimiz Kəmaləddin Heydərovdan xahiş edirəm ki, Şahin Mirzəyev səddini yarmaqda bizə köməklik etsin və bizim dərdimizi dinləsin...
Şəhid anası olsan belə, burda hansısa işi görmək üçün gərək rüşvət verəsən..."
Müraciətinin sonunda narazı vətəndaş qeyd edir ki, şəhid anası övladının FHN strukturlarında işə götürülməsini xahiş edir. Amma nədənsə Şahin Mirzəyev şəhid anasını qəbul etmir və ayrıseçkiliklə məşğuldur...