Tokayev Paşinyana jest etdi və... .....                     1500 manat xərclə, axırı da belə... .....                     AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! .....                     Adamı heç YÜK YERİNƏ də qoymurlar .....                     Dini posterlər ilə biznes quranların yalanları .....                     Biz bu dilin fatihəsini ÇOXDAN OXUMUŞUQ... .....                     Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır... .....                     Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... .....                     5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik .....                     Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı .....                     Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt .....                     Hacı Əliyev bu vəzifəyə təyin edildi .....                     BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır .....                     BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                 

Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
Tarix: 28-01-2025, 09:00 | Çap et
Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`?
Gəncə sakinləri şəhərin Gülüstan qəsəbəsində 14 nömrəli marşrutun hərəkət etdiyi yolun bərbad vəziyyətdə olduğunu deyirlər.

Onların sözlərinə görə, şəhərin yol infrastrukturunun təmirinə zaman-zaman böyük məbləğdə vəsaitlər ayrılsa da, Gülüstan “külüstan” olaraq qalır.

14 nömrəli marşrutun yolu isə başdan-başa tanınmaz haldadır, tamamilə çöküb.

“Şəhərə milyonlar ayrılır, bəs bu vəsaitlər hara gedir?” – bu sualı Gəncə sakinləri səsləndiriblər.

Sakinlərin ünvanladığı suala cavab tapmaq üçün Gəncənin yol infrastrukturuna ayrılan vəsaitlər və tenderləri araşdırdıq.

Son olaraq yanvarın 14-ü Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması (2-ci hissə)” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub.

Qalib şirkətə 6 milyon 189 min 463 manat ödəniləcək.

Bir ay əvvəl isə “Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması” tenderi üçün şirkət 10 milyonluq müsabiqənin qalibi elan olunmuşdu.

Ümumilikdə “Gəncə Körpü Tikinti-2” ASC 2019-cu ildən bu yana, Gəncə ilə yanaşı, Gədəbəy, Qazax, Göygöl, Naftalan şəhərlərində yolların tikintisi, əsaslı təmiri və abadlaşdırma işləri ilə əlaqədar 55 milyondan çox vəsaitli tenderlərin qalibi olub.

Şirkət haqqında nələr məlumdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2002-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir.

Hazırda ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Buna qədər isə Rzayev Süleyman Qəmbər oğlu və Qurbanəliyev Çingiz Midhət oğlu şirkətin qanuni təmsilçisi kimi təmsil olunublar.

“Gəncə Körpü Tikinti-2” ASC ölkə ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir.

Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir.

Şirkətin əsl sahibi kimdir?

Saytlarında və rəsmi qurumlar tərəfindən qeyd olunan məlumatlara əsasən, şirkətin direktorlar şurasının sədri Məmmədov Aqibət İdris oğludur.

Yuxarıda adları çəkilən Çingiz Qurbanəliyev şirkətin İdarə Heyətinin sədri, Süleyman Rzayev isə sədrin müavinidir.

Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`?
Gencekorpu.com saytından screenshot

Məmmədov Aqibət İdris oğlu ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu ildə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2012-ci ildə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə, 2018-ci ildə isə yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Davamlı mükafatlarla təltif edilən oliqarx Aqibət Məmmədov hələ sovet dövründən inşaatda çalışıb və sonradan “Gəncə Körpü Tikinti-2” ASC-ni özəlləşdirib. Lakin onun fəaliyyəti təkcə büdcə pulları hesabına yol-nəqliyyat layihələrinin tikintisini həyata keçirməklə bitmir, Aqibət Məmmədovun bir sıra xarici ölkələrdə aktivləri, biznesi və otelləri mövcuddur.

Sahibkar Aqibət Məmmədovun həmtəsisçisi olduğu “Sudotexnologiya” şirkəti Belarusun paytaxtı Minsk şəhərində 3 iri obyektin layihələndiricisi və investoru olub: “Astoria Riverside” restoran kompleksi, “Abşeron” kompleksi və Çervensk bazarı ilə üzbəüz tikilən görkəmli Biznes Mərkəzi.

Bundan əlavə, Rusiyada Aqibət Məmmədovun adına 2023-cü ildə qeydiyyatdan keçən “Deluks” (773434691871) adlı şirkəti mövcuddur.

Şirkət 27 müxtəlif sahələrdə fəaliyyət göstərir. Amma əsasən icarəyə götürülmüş daşınmaz əmlakın icarəsi və ya idarə edilməsi xidmətlərini yerinə yetirir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, onun oğlu Rəşad Məmmədovun adına isə 3 şirkət mövcuddur: “ATRANG” MMC (1501965141), “OSMAN” MMC (7600020171) və “ESA HOME” MMC (1700926071).

Şirkətlərin hansı fəaliyyətlə məşğul olduqları barədə məlumat əldə etmək mümkün deyil.

Bundan başqa, ötən illərdə Aqibət Məmmədov oğlu Rəşad avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi.

Məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədov barəsindəki iddialara nə cavab verir?

Aqibət Məmmədov isə özü haqqında dərc etdiyi məqalədə iddiaları təkzib edib:

“Aqibət Məmmədov oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Bəzi media qurumlarında Aqibət Məmmədov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar”.

“Məsələnin düşündürücü tərəfi odur ki, Aqibət Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda, yəqin ki, fərqli addımlar atardılar”, – deyə o bildirir.

Cəhd etsək də aidiyyəti qurumlardan sakinlərin suallarına cavab ala bilmədik…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tokayev Paşinyana jest etdi və... - ORTAYA FƏRQ QOYDU...
Bu gün, 05:14
1500 manat xərclə, axırı da belə... - AXI NİYƏ?..
Bu gün, 05:09
AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! - BU DA FAKT...
Bu gün, 04:50
Adamı heç YÜK YERİNƏ də qoymurlar - GİLEY
Bu gün, 04:41
Dini posterlər ilə biznes quranların yalanları - İFŞA
Bu gün, 04:32
Biz bu dilin fatihəsini ÇOXDAN OXUMUŞUQ... - MALƏSƏF...
Bu gün, 04:28
Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır... - Taleyin ən böyük ironiyası!
Bu gün, 04:16
Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... - HƏM DƏ...
Bu gün, 04:13
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
Bu gün, 04:03
Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı - TƏFƏRRÜAT
Bu gün, 03:59
Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt - SƏN DEMƏ...
Bu gün, 03:57
Hacı Əliyev bu vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:53
BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır - KİV
Bu gün, 03:49
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Dünən, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Dünən, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Dünən, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Dünən, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Dünən, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dünən, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Dünən, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Dünən, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Dünən, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Dünən, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Dünən, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Dünən, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Dünən, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Dünən, 16:41
Qan ver, həyat xilas et!
Dünən, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Dünən, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Dünən, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Dünən, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Dünən, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Dünən, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Dünən, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Dünən, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Dünən, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Dünən, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Dünən, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Dünən, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Dünən, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Dünən, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Dünən, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 13:18
Ruslan Quliyev vəfat etdi
Dünən, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru