Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,30% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,65 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin iyun ayının əvvəlinə olan məlumatda kreditlər üzrə orta faiz dərəcəsinin 13,65% olduğu göstərilib.
Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 15,04%-dən 15,65%-ə, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,66%-dən 5,75%-ə yüksəlib.
Onu da bildirək ki, verilən kreditlərin 75,7%-i (23,4 milyard manat) paytaxt Bakının payına düşüb və burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,92% olub.
Azərbaycanda ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Bu bölgədə kreditlər üzrə orta faiz dərəcəsi 20,54% olub.








