Bakcell artıq Apple məhsullarının Azərbaycandakı rəsmi satış mərkəzi statusunu əldə edib. Bununla da istifadəçilər ən yeni iPhone modellərini rəsmi şəkildə birbaşa Bakcell Shop-dan əldə edə biləcəklər.
Xüsusi kampaniya çərçivəsində müştərilər iPhone modellərini 18 ayadək faizsiz və ilkin ödənişsiz əldə etməklə yanaşı, seçilmiş modellər üzrə hər ay 2500 dəqiqə və 50 GB-dək internet hədiyyəsindən də yararlana biləcəklər.
Bu əməkdaşlıq Bakcell-in müştərilərinə qlobal texnologiya brendlərini təqdim etmək və premium xidmət təcrübəsini genişləndirmək istiqamətində atdığı növbəti addımdır. Rəsmi satış statusu istifadəçilərə orijinal məhsul və rəsmi zəmanət üstünlükləri təqdim edir.
Ən yeni iPhone modellərini artıq Bakcell Shop və Bakcell-in rəsmi satış mərkəzlərindən əldə etmək mümkündür.








