Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq .....                     Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir .....                     " Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." .....                     Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb .....                     Kürdəmirdə kəndlilər SUSUZ QALIB .....                     Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır .....                     Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib .....                     Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi .....                     Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU .....                     Daha bir Qazimizin əlilliyi ləğv olundu .....                     Putinin hesablamaları iflasa uğrayıb .....                     ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub .....                     Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama .....                     Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? .....                     Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur .....                     "Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz .....                     "Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?" .....                     Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? .....                     Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR .....                     Tovuz İcra Hakimiyyəti 139 min manat xərcləyəcək .....                     Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu .....                     Tramp Tren de Araqua dəstəsinin liderinin zərərsizləşdirilməsi barədə göstəriş verib .....                     İrəvan Kremllə dil tapmağa çalışır .....                     İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir .....                     Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı .....                     Türkiyə-Ermənistan sərhədləri yayda açılır? .....                     Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: .....                     “Sədərək”də biznesmen bıçaqlandı .....                     Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib .....                     Qəbələdə dağıntılar var? .....                     Azərbaycan Beynəlxalq Bankının filiallarında xidmət dayanıb: vətəndaşlar saatlarla növbədə qalır .....                     İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir .....                     Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq .....                     Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə təyin edildi .....                     İrəvanın Kremlə qarşı “siyasi şou”sunun pərdəarxası: .....                     Həsən Əblucun həyat yoldaşı komadan ayılıb .....                     Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər... .....                     Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı .....                     Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır? .....                     Rusiyalı oliqarx hədələdi .....                 

"Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz - Bahəddin Həzi yazır...
Tarix: Bu gün, 06:40 | Çap et

Əlli il bundan əvvəl mən kənddə uşaq idim; kənddə yaşayırdıq - kənddəki kimi yaşayırdıq. İyirmi beş il bundan əvvəl isə mən şəhərdə bir yazıçıdan müsahibə götürmüşdüm. Yazıçı da mənim kimi Qarabağın kəndindən Bakıya gəlmiş, Bakıda yaşayan keçmiş uşaq idi - Seyran Səxavət.

Daha iyirmi beş il sonra isə mən də kəndin yolunu "itirmiş" kəndsiz "şəhərli" yazıçı olmuşdum. Amma müsahibə aldığım Seyran Səxavət ola bilməmişdim...

Bax, həmin o söhbətdə yazıçı mənə demişdi: "Dədə, dünyanın paytaxtı kənddir..."

Bilmirəm, deyəsən, ya sualda, ya cavabda Viktor Hüqonu xatırlamışdıq: "Dahilər kənddə doğulur, şəhərdə ölür".

Bu metaforanın müəllifliyi adətən Hüqoya aid edilir, amma heç o da dəqiq deyil. Hər halda maraqlı fikirdir. Seyran Səxavətin də dediyi: "Dünyanın paytaxtı kənddir" deyimi Hüqonun söylədiyi (ya da onun adına çıxılan) metaforadan qidalanıb və "qanadlanıb".

Ancaq Seyran Səxavət "Dünyanın paytaxtı" adlandırdığı kəndə "Nekroloq" yazıb. Romanda çox təsirli bir təhkiyə var: kənd məktəbinin "bədən tərbiyəsi müəllimi" məktəbin "arıq-uruq, sınıq-salxaq" şagirdlərini hər gün kəndin çıxışına piyada aparır, bir də geri qaytarıb gətirir.

Nədən ötrü?!

Ondan ötrü: kəndin yolları itməsin. Gələn, gedən yoxdu deyə, kəndin yolları da "ölür". Kənd müəllimi və uşaqlar hər gün yolu ayaqlayıb, ayıldır, ölməyə qoymur...

Hüqonun dediyi o dahilər kənddən gedib şəhərdə öldüyünə görə, "Nekroloq"dakı kənd də romanda "ölür", ya da "ölüm ayağındadır"...

İndi ölkə rəhbəri İlham Əliyev də şəhərdən kəndə qayıdış çağırışı edib.

Bu, sadəcə, çağırış da deyil, özə dönüş proqramıdır: "Biz... elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır".

Prezidentdən kənd müəlliminə qədər hər kəs bir gerçəyin də fərqindədir: kəndin işığı söndüyü gün şəhərin qaranlığı başlayar...

Şəhərdən kəndə qayıdış, doğrudur, dünyanın çox ölkəsində artıq çoxdan başlanmış prosesdir - hətta ABŞ-da da, Avropa ölkələrində də, hər yerdə bu tendensiya var.

Kəndə, yəni özə dönüş həm kəndi, həm şəhəri xilas etməyim tək doğru yoludur. Azərbaycanda ölkənin birinci şəxsinin dilindən səslənmiş bu cümlə heç də, sadəcə, bitmiş bir fikri ifadə etmir, başlanacaq bir fikri - tarixin gələcəyini ifadə edir.

Kəndə dönüş çağırışı, daha doğrusu, kəndə dönüş üçün zəmin yaradılması haqqında Prezident tapşırığı təkcə aqrar inkişafın dövlət proqramı deyil. Bu, maraqlı, birləşdirici milli ideyadır.

Bəli, kənddə yaşamaq üçün bütün gərəkli şərtlər olmasa, şəhərdən geriyə köç olmayacaq. Ona görə Prezident şəhərlə kəndin arasındakı fərqlərin azaldılmasından danışır. Kənddə yaşamaqdan, kənddəki şəhər rahatlığını yaşamaqdan söhbət gedir, şəhərlə kəndin fərqlərinin silinməsindən yox.

Dövlətin bu məsələyə həssaslığı boşuna deyil; əvvəl də yazmışdıq: kənd yığışıb bütünlüklə şəhərə köçəndə kənd özü də yoxa çıxır, müəyyən mənada elə şəhər də. Çünki şəhər dönüb özü boyda kənd olanda öz şəhərliyindən də olur. "Bu boyda" kənddə isə yaşamaq mümkünsüzləşir. Kənd şəhərə köçdükcə, şəhərin ürəyi də sıxılır, nəfəsi də daralır...

Bu, şəhərlə kəndi qarşı-qarşıya qoymaq deyil, hərəsini öz yerinə, özü kimi ola bildiyi yerə qoymaqdır.

...Kənddə doğulan dahilər niyə şəhərdə ölsün ki?! Elə doğulduqları yerdə yaşayıb yaşlansalar yaxşı olmazmı?!

Şəhərlinin şəhərdəki kimi, kəndlinin kənddəki kimi yaşaması hər ikisinə özünü, məncə, daha xoşbəxt hiss etdirər.

Bu, o demək deyil ki, kənddən şəhərə və ya əksinə heç kəs getməməldir.

Yox, bu, doğru olmaz. Ancaq hər kəsin hər yerdən axıb, bir nöqtəyə toplaşması ölkənin də tarazlığını pozur - bir tərəfinə düşən aşırı ağırlıqdan ölkə "aşa" bilər. Belə bir təhlükə var.

Gördüyünüz kimi, kəndi kənd olaraq yaşatmaq təhlükəsizlik məsələsidir. O cümlədən, ərzaq təhlükəsizliyi məsələsi.

Prezident də aqrar müşavirədə deyib ki, biz "özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin etməliyik".

Bu, kiçik bir məsələ deyil, böyük, durmadan da böyüyən strateji hədəfdir.

Dünyanı təkcə susuzluq təhdid etmir, həm də aclıq ehtimalı qorxudur. Planetin dörd bir yanında gedən müharibələr də, münaqişələr də bu təhdidləri körükləyir. Qaniçənlərin su içənlərə qarşı savaşıdır bu.

Ona görə də hər bir ölkənin qarşısında duran əsas çağırışlar sırasında su ehtiyatlarını qorumaq və artırmaq, eləcə də, təbii ki, öz ərzaq təhlükəsizliyini təmin etmək də var. Bunların əsasında isə kənd dayanır.

Dövlət də fərqindədir: kəndi itirsək, hər şeyi itirə bilərik... Bu, heç də təhlükənin miqyasını qəsdən şişirtmə deyil, uydurulmuş fəlakət ssenarisi də deyil. "Dünyanın paytaxtı" "vəfat" etsə, dünyanın "əyaləti" də süqut edər - Dünyada dünyalıq qalmaz.

Odur ki, mən də ölkə rəhbərinin çağırışına qoşulmağa çağırıram. Elə özüm də qoşuluram...

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 08:05
Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT
Bu gün, 08:04
" Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." - deputat
Bu gün, 08:02
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb - DETALLAR
Bu gün, 08:00
Kürdəmirdə kəndlilər SUSUZ QALIB - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:59
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır - AÇIQLAMA
Bu gün, 07:54
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib - ANIM
Bu gün, 07:45
Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi - Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
Bu gün, 07:39
Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU - BU DA SON!
Bu gün, 07:29
Daha bir Qazimizin əlilliyi ləğv olundu - "Etməyin belə!"
Bu gün, 07:21
Putinin hesablamaları iflasa uğrayıb - Mur
Bu gün, 07:05
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub - Reuters
Bu gün, 07:00
Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama -Mirələm Cəlalovu nə gözləyir?
Bu gün, 06:58
Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Qərb mediası: Paşinyanın zəif qələbəsi sülh sazişini sual altına qoyur - Görünəni odur ki...
Bu gün, 06:42
"Kəndsiz" şəhərlilərə çağırış və ya yeni milli ideya haqqında bir neçə söz - Bahəddin Həzi yazır...
Bu gün, 06:40
"Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?" - QALMAQAL
Bu gün, 06:37
Pulumuz boldur, bəs iqtisadiyyat niyə tənəzzül edir? - Nazirin açıqlaması və keçmiş nazirin şərhi
Bu gün, 06:33
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
Bu gün, 06:29
Tovuz İcra Hakimiyyəti 139 min manat xərcləyəcək – Siyahıda "smart" qol saatlar da var
Bu gün, 06:22
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 06:20
Tramp Tren de Araqua dəstəsinin liderinin zərərsizləşdirilməsi barədə göstəriş verib
Bu gün, 06:18
İrəvan Kremllə dil tapmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 06:16
İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir - Müdafiə naziri
Bu gün, 06:13
Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı - SİYAHI
Dünən, 17:50
Türkiyə-Ermənistan sərhədləri yayda açılır?
Dünən, 17:35
Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: - "Məni şantaj etdi"
Dünən, 17:29
“Sədərək”də biznesmen bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 17:26
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
Dünən, 17:22
Qəbələdə dağıntılar var? - İcra başçısı: “Tapşırıqlar vermişəm”
Dünən, 17:17
Azərbaycan Beynəlxalq Bankının filiallarında xidmət dayanıb: vətəndaşlar saatlarla növbədə qalır - NƏ BAŞ VERİR?
Dünən, 17:13
İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir - CNN
Dünən, 17:08
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq - İTTİHAM VAR...
Dünən, 16:54
Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə təyin edildi - BUNDAN SONRA
Dünən, 16:49
İrəvanın Kremlə qarşı “siyasi şou”sunun pərdəarxası: - Putin Paşinyanın oturduğu “iki stul”dan birini niyə “sındırır”
Dünən, 16:28
Həsən Əblucun həyat yoldaşı komadan ayılıb - Qızından açıqlama
Dünən, 16:26
Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər... - AÇIQLAMA
Dünən, 16:02
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı – Rayonlar üzrə siyahı
Dünən, 16:00
Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır? - İDDİA
Dünən, 15:56
Rusiyalı oliqarx hədələdi – “Paşinyanı devirəcəyik”
Dünən, 15:48
“Azərsun Holdinq”də yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:31
Vüsal Aslanovun müşaviri AZCON-un layihə rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:29
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
Dünən, 15:27
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - AÇIQLAMA
Dünən, 15:19
Məhkəmə hakimindən Fuad Ələsgərova ŞİKAYƏT - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:07
Məhkəmə Seyran Ohanyan haqqında həbs qərarı verdi
Dünən, 15:00
Məktəblilərin qəfil ölümü: Kütləvi müayinə başlayır? - AKTUAL
Dünən, 14:57
Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar: Həbs olunublar - TƏFƏRRÜAT
Dünən, 14:53
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
Dünən, 14:47
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi MÜƏYYƏNLƏŞİR
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru