ABŞ Prezidenti Donald Tramp ölkə silahlı qüvvələrinin Tren de Araqua cinayətkar qruplaşmasının liderinin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp açıqlamasında bildirib.
ABŞ liderinin sözlərinə görə, əməliyyat onun birbaşa göstərişi əsasında həyata keçirilib və hədəf qruplaşmanın rəhbəri olub.
Tramp əməliyyatın nəticələri və hədəfin zərərsizləşdirilib-zərərsizləşdirilməməsi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Tren de Araqua Venesuelə mənşəli transmilli cinayətkar qruplaşma hesab olunur və son illərdə ABŞ da daxil olmaqla bir sıra ölkələrdə fəaliyyəti ilə bağlı gündəmə gəlib.









