"SOLO SUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
32gun.az yazır ki, şirkətin dövlət büdcəsinə olan ümumi vergi borcu hazırda 2 milyon 091 min 972 manat təşkil edir.
Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, ev 4, mənzil 4 olaraq qeyd edilən müəssisənin qanuni təmsilçisi Eltən Elcan oğlu Əzimovdur.
Şirkətin nizamnamə kapitalının cəmi 20 manat olmasına rəğmən, topladığı milyonluq borc öhdəliyi diqqətdən yayınmır.









