Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun məlumatına görə, məhkəmədə şahid qismində Tərlan Əliyev adlı şəxs ifadə verib.
O ifadəsində bildirib ki, Rüfətin atası Eldar Sabiroğlu ilə bu cinayət işində zərərçəkən kimi tanınan Natiq İmanquliyev arasında vasitəçi olub.
O, sərbəst ifadfəsində deyib ki, Səfərovlkara məxsus torpağın satılmasında iştirak etdiyi üçün Rüfət Səfərov onun kartına 800 manat xidmət haqqı ödəyib.
Proses zamanı dövlət ittihamçısı şahidə yönləndirici suallar versə də, şahid olayı olduğu kimi danışıb.
Bundan sonra söz alan Rüfət Səfərov şahidə obyektiv ifadəsinə görə təşəkkür edib.
Məhkəmə baxışı zamanı zərərçəkən kimi tanınan Natiq İmanquliyevin ifadəsində ziddiyyətlər ortaya çıxıb.
Məhkəmədə çıxış edən vəkil Rövşanə Rəhimli məhkəmənin bu ziddiyyətləri araşdırmalı olduğunu deyib.
Prosesdə, həmçinin bəlli olub ki, Natiq İmanquliyev istintaqa”West Hospital”dan təqdim etdiyi arayış da saxtadır.









