33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                 

Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Tarix: Bu gün, 09:29 | Çap et

Dünən təqdim etdiyimiz “Amerikadakı erməni mafiyası Qarabağı geri istəyir?” yazısı gözlənildiyindən daha böyük rezonans doğurdu.

Oxucuların reaksiyası və müzakirələrin istiqaməti göstərdi ki, məsələ təkcə bir serial səhnəsi ilə məhdudlaşmır, daha geniş və sistemli yanaşmanın tərkib hissəsidir.

Səslənən fikirlər, xüsusilə diaspor mühitində formalaşan narrativlər və onların mədəni platformalarda təzahürü əlavə suallar doğurdu. Məhz bu səbəbdən mövzunu daha dərindən araşdırmaq zərurəti yarandı. Təqdim olunan bu yazı da həmin ehtiyacdan irəli gəlir.

Bir daha qeyd edək: ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu səhnədə mafiya başçısı qızının toy məclisində çıxış edərkən açıq şəkildə belə deyir:

“I am proud to announce that I will be sending my son Tarik to join the Armenian military, to help reclaim our land from Azerbaijan. I am sure he will make us all proud”.

Tərcüməsi isə aydındır: oğlunu Ermənistan ordusuna göndərəcəyini və Azərbaycanın əlində olan torpaqları “geri almağa” kömək edəcəyini bildirir.

Maraqlıdır ki, Tarik atasının bu bəyanatından heyrətlənir. Sanki özü belə bir qərardan xəbərsizdir və bu çıxış onun üçün də gözlənilməz olur.

Üstəlik, serialda Arman Morales obrazının cinayət yolu ilə qazandığı pulları Ermənistan ordusuna yönəltməsi kimi xətt də təqdim olunur. Bu isə narrativi daha da sərtləşdirir. Başqa sözlə, kriminal fəaliyyət nəticəsində əldə olunan vəsaitlərin hərbi məqsədlərə yönəldilməsi ideyası açıq şəkildə romantikləşdirilir.

“The Cleaning Lady” — Miranda Kvok tərəfindən hazırlanmış və 2017-ci ildə Argentinanın “La chica que limpia” serialı əsasında çəkilmiş Amerika kriminal dramıdır. Serialın premyerası 3 yanvar 2022-ci ildə Fox kanalında baş tutub. Bu dövr regionda hərbi-siyasi reallıqların dəyişdiyi mərhələyə təsadüf edirdi. Bu kontekstdə serialda səslənən mesajların təsadüfi olmadığı qənaəti güclənir. O vaxt keçmiş Dağlıq Qarabağın ətrafındakı beş rayon Azərbaycan Ordusu tərəfindən geri qaytarılmışdı. Belə çıxır ki, bu filmdə söhbət həmin beş rayondan gedir. Çünki o vaxt ermənilər hələ Qarabağda yaşayırdı.

Aydındır ki, “The Cleaning Lady” serialındakı səhnə təsadüfi deyil. Bu, illərlə formalaşmış ideoloji və emosional xəttin ekrandakı əksidir. Kino burada sadəcə əyləncə vasitəsi deyil. O, yaddaşı formalaşdırır, mövqeləri möhkəmləndirir və bəzən reallıqdan daha güclü təsir göstərir. Özü də bu xətti təkcə “The Cleaning Lady”də yox, digər filmlərdə də görmək mümkündür.

Məsələn, “Gates of Heaven”də (2016) Qarabağ ermənilərin “müdafiə etdiyi torpaq” kimi təqdim olunur, “The Last Inhabitant”də (2016) ermənilərin faciəsi ön plana çıxarılır, “Spitak” (2018) filmində zəlzələ fonunda milli travma ilə yanaşı siyasi yaddaş da gücləndirilir, “Songs of Solomon”da (2020) tarixi və dini motivlər üzərindən milli kimlik və iddia narrativi qurulur.

Bu filmlərdə açıq şəkildə siyasi şüar səslənməsə də, ümumi fon dəyişmir: Qarabağ erməni yaddaşına “öz torpağı” kimi təqdim olunur.

Kino həm də düşüncə formalaşdırır. Xüsusilə münaqişə bölgələrində kino çox vaxt siyasi və ideoloji funksiyanı da öz üzərinə götürür.

Erməni kino mühitində Qarabağ mövzusu uzun illərdir müəyyən çərçivədən yaddaşlara ötürülür: Qarabağ “itirilmiş vətən”, “ədalətsiz müharibə”, “geri qaytarılmalı torpaqlar” kimi tamaşaçıya təqdim olunur.

Bu narrativlər təsadüfi deyil. Onlar milli kimliyin və siyasi baxışların formalaşdırılmasında istifadə olunur.

Bu ideoloji xəttin əsas daşıyıcısı isə diaspor mühitidir.

Erməni İnqilabi Federasiyası - Daşnaksütyun kimi tanınan siyasi xətt uzun illərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını, “geri almaq” ideyasını, milli travma üzərindən siyasət qurmağı təbliğ edir.

Diaspor bu ideologiyanı media vasitəsilə, mədəni layihələrlə, kino və seriallarla qoruyur və yayır.

Problem ondadır ki, bu ideologiya reallıqla toqquşur. Bu gün Ermənistanın rəsmi hakimiyyəti, baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Qarabağ məsələsinin bağlandığını qəbul edir, Azərbaycanla sülhə çalışır və yeni müharibənin qarşısını almağa yönəlmiş siyasət aparır. Türkiyə ilə sərhədlərin açılması istiqamətində davamlı iş görür. Yəni Ermənistan dövləti artıq revanşizmdən imtina edir. Amma diaspor hələ də keçmişlə yaşayır.

Tarix göstərir ki, münaqişələr çox vaxt silahla yox, əvvəlcə ideologiya ilə başlayır. Əgər kino, media və mədəniyyət revanşist düşüncəni normallaşdırırsa, “geri almaq” ideyasını romantikləşdirirsə, bu, gələcək üçün təhlükəli zəmin yaradır.

Reallıq dəyişib.

Sərhədlər dəyişib.

Siyasi xətt dəyişib.

Amma bəzi dairələrdə düşüncə dəyişməyib. Və problem də məhz bundadır.

Eyni xətt Türkiyədən “tarixi torpaqların geri alınması”, Ağrı dağı - Ararat simvolunun siyasi anlamda təqdim olunması və “Böyük Ermənistan” ideyasının mədəni formada yaşadılması kimi məsələlərdə də özünü aydın şəkildə göstərir. Digər əsas xətt isə 1915 hadisələrinin təqdimatı ilə bağlıdır. Bu mövzuda çəkilən filmlərdə hadisələr tək tərəfli təqdim olunur, siyasi kontekst arxa plana keçir, emosional təsir ön plana çıxarılır. Bu filmlər yalnız tarix danışmır, onlar müasir siyasi mövqe formalaşdırır.

Burada bir reallıq da var: bu tip layihələr üçün maliyyə tapmaq, tutaq ki, 5-10 milyon ortaya qoymaq erməni diasporu üçün heç vaxt problem olmayıb. ABŞ-da güclü diaspor şəbəkəsi, mədəni fondlar və geniş lobbi imkanları bu kimi narrativlərin kino və media vasitəsilə davamlı şəkildə gündəmdə saxlanmasına şərait yaradır.

Ortada iki fərqli dünya var: rəsmi İrəvan praqmatik siyasət yürüdür, diaspora isə emosional və revanşist yanaşma sərgiləyir.

Bu proseslərin fonunda Ermənistanı yaxın perspektivdə daha bir ciddi sınaq gözləyir — mümkün seçkilər.

Bu seçkilər sadəcə hakimiyyət uğrunda mübarizə olmayacaq. Bu, faktiki olaraq iki fərqli yolun qarşıdurması kimi tarixə keçəcək: bir tərəfdə reallığı qəbul edən, sülhə yönələn xətt, digər tərəfdə isə keçmiş iddialarla yaşayan revanşist düşüncə.

Sual isə çox sadədir, amma cavabı region üçün həyati əhəmiyyət daşıyır: Ermənistan hansı yolu seçəcək? Əgər praqmatik xətt qalib gələrsə, regionda sabitlik şansı artacaq, münaqişə səhifəsi bağlanacaq. Əgər revanşist qüvvələr güclənərsə, kino və diaspor mühitində səslənən şüarlar real siyasətə çevrilə bilər.

Məhz buna görə Ermənistan daxilində hansı xəttin qalib gələcəyi təkcə bu ölkə üçün yox, bütün region üçün son dərəcə önəmlidir.

Elbəyi Həsənli, Bakı

musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru