"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu olduğu üzə çıxıb.
32gun.az xəbər verir ki, hazırda şirkətin ümumi borc məbləği 66.547,19 manat təşkil edir.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8 ünvanında qeydiyyatda olan müəssisənin nizamnamə kapitalı 716,1 manatdır. Qeyd olunan şirkətin qanuni təmsilçisi isə Emina Khanum Omarievadır.









