İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                 

Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Tarix: Bu gün, 08:16 | Çap et

Belə bir təəssürat yaranır ki, Azərbaycan rəhbərliyi Moskvanın AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və qəzaya uğraması ilə bağlı məsuliyyətini etiraf etməməsinə, həmçinin Rusiya ərazisində azərbaycanlı diaspor nümayəndələrinə təzyiqlərin davam etməsinə baxmayaraq, Rusiya ilə tam normallaşmaya razılaşıb.

Aprelin 15-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə bəyanatı yayılıb:

Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər:

Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək

Hava gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk və bu faciədən zərər çəkmiş hər kəslə birlikdə ağrını bölüşürük”.

Bundan bir gün əvvəl, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Gündəlikdə duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər qeyd ediblər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır və bu mexanizm çərçivəsində görülmüş işlər və perspektiv istiqamətlər müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Daha sonra aprelin 16-da Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir.

Onun sözlərinə görə, Bakı ilə Moskva arasındakı münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.

Matviyenko həmçinin 2024-cü ildə AZAL-a məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin tənzimlənməsi prosesinin başa çatmasının əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinə başsağlığı verib.

Danışıqlar zamanı tərəflər parlamentlərarası əlaqələrin müntəzəm xarakter daşıdığını qeyd ediblər. Ötən ilin sonunda Moskvada Federal Məclis ilə Milli Məclis arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclası keçirilib, növbəti iclas isə Bakıda baş tutacaq.

13-cü Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilmə vaxtı və yeri ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik. Hazırda Rusiya Federasiyasının yetmişdən çox subyekti Azərbaycanla münasibətləri inkişaf etdirir”, – Valentina Matviyenko bildirib.

Aprelin 16-da Zəngilanda Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin həmsədrlik etdiyi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası da keçirilib. Görüşdə iki ölkə arasında praktiki əməkdaşlığın bütün aktual məsələləri müzakirə olunub. Diqqət mərkəzində ticarət-iqtisadi, sənaye, energetika, nəqliyyat-logistika və aqrar-sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi olub.

Bu arada Yekaterinburqda Kirov Rayon Məhkəməsi Ural bölgəsində Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və onun oğlu Mütvalini həbs cəzasına məhkum edib. Onlar “hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiq etməkdə” təqsirli biliniblər. Mart ayında Şıxlinski-ata həm də qəsd və qətldə iştirakına görə məhkum edilmişdi.

Məhkəmə işinə səbəb olan hadisə 1 iyul 2025-ci ildə “Baku Plaza” ticarət mərkəzinin qarşısında baş verib. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Mütvalinin idarə etdiyi, atası Şahinin sərnişin olduğu “Mercedes” avtomobilini saxlayıblar. Onlar Şahinə dindirilmə üçün çağırış təqdim etmək istəyiblər, lakin Mütvali geri hərəkət edərək əməliyyatçı əməkdaşlardan birini vurub.

Ata və oğul barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Onlar günahlarını etiraf etməyiblər. Dövlət ittihamçısı onların hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Şahin Şıxlinskini təqsirli bilib və ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Əvvəlki hökm nəzərə alınmaqla yekun cəza 24 il müəyyən edilib. O, ilk 4 ili həbsxanada, qalan müddət isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməlidir.

Nə baş verir? Bakı geri addım atdı? Nəyin müqabilində? Bu aqressiv rejimlə mehriban qonşuluq münasibətlərini bərpa etmək həqiqətənmi bu qədər vacibdir?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Pressklub.az-a açıqlamasında bildirib ki, o, Azərbaycanın geri çəkilməsi ilə bağlı fikirlərlə razı deyil.

Əksinə, Azərbaycan sonda Rusiyanı rəsmi bəyanatda əks olunan reallıqları qəbul etməyə məcbur etdi.

Rusiya etiraf etdi ki, Qroznı üzərində Azərbaycan mülki təyyarəsi Rusiya HHM qüvvələrinin qeyri-ixtiyari atəşi nəticəsində vurulub. Bununla da Rusiya məsuliyyəti öz üzərinə götürdü. Bəyanatda bunun “qeyri-ixtiyari” baş verdiyi qeyd olunsa da, bu, günahı aradan qaldırmır. Çünki ağır nəticələrə (29–39 nəfərin həlak olması və sağ qalanlar arasında əlillərin yaranması) səbəb olan hərəkət və ya hərəkətsizlik hətta Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə də məsuliyyət doğurur. Günahını etiraf etməklə Rusiya zərərçəkənlərə və AZAL şirkətinə təyyarənin itirilməsinə görə kompensasiya ödəməyi öhdəsinə götürdü.

Bu mənada burada heç bir cəzasızlıqdan söhbət gedə bilməz. Əksinə, Rusiya bu məsələni uzun müddət uzadır, müxtəlif versiyalar irəli sürərək vəziyyətdən çıxmağa çalışırdı: qaz balonunun partlaması, quşlarla toqquşma, hətta Ukrayna PUA-larının məsuliyyətə cəlb edilməsi kimi ehtimallar səsləndirilirdi. Lakin aydın oldu ki, prosesin daha da uzadılması yalnız ikitərəfli münasibətləri zədələyəcək və Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan öz maraqlarını qətiyyətlə müdafiə etdi və bu nəticəyə nail oldu”, – analitik bildirib.

Azərbaycan diasporunun nümayəndələri ilə bağlı vəziyyətə gəlincə, o qeyd edir ki, burada həm həddindən artıq sərtlik, həm də sübutların olmaması müşahidə olunur. “Məsələn, vəkil və Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şıxlinskinin 25 il əvvəl baş vermiş qətl işində iştirakı ilə bağlı heç bir sübut yoxdur. Bütün ittiham yalnız bir nəfərin ifadələrinə əsaslanır və həmin şəxs ifadəsini dəyişə bilər, amma buna baxmayaraq, insana 24 il həbs cəzası verilib.

Bununla paralel olaraq Azərbaycanda internet üzərindən narkotik ticarəti ilə məşğul olan rusiyalı İT mütəxəssisləri də cəzalandırılıb. Çox güman ki, sonda mübadilə baş verəcək: Rusiyada məhkum olunmuş azərbaycanlılar vətənə qaytarılacaq, burada məhkum edilən Rusiya vətəndaşları isə Rusiyaya göndəriləcək. Hər halda, Bakı hətta Rusiya vətəndaşlığı olsa belə azərbaycanlılara qarşı özbaşınalığa göz yummayacaq. Rusiyada da bunu artıq anlayıblar.

Hazırda Azərbaycan diasporunun nüfuzlu nümayəndələrinə qarşı “ovun” dayandırıldığı görünür. Münasibətlərin normallaşmasında hər iki tərəf maraqlıdır, çünki bizi qonşuluq, ticarət, nəqliyyat və insan əlaqələri bağlayır. Ola bilsin ki, əvvəlki etimad və səmimiyyət artıq olmayacaq, lakin bugünkü sərt və praqmatik dünyada münasibətlər qarşılıqlı maraqlar və onları müdafiə etmək bacarığı üzərində qurulmalıdır”, – Musabəyov yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru