7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... .....                     Astarada anasını öldürən şəxs: .....                     Acqarına imperiya ambisiyaları: .....                     Tikinti materialı şirkəti zərərdən qurtula bilmir .....                     Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü .....                     Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                 

"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Tarix: 19-04-2026, 06:31 | Çap et

"İkinci Qarabağ savaşı və Antiterror əməliyyatından sonra ölkəmiz yeni dövrə qədəm qoydu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Ümid Partiyasının sədri İqbal Ağa-zadə qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Təbii olaraq, müharibənin vurduğu yaraları sağaltmaq, məcburi köçkünlərin məskunlaşmasını təmin etmək elə də sadə məsələ olmadığı kimi, kifayət qədər nəhəng vəsait və zaman tələb edir.
Lakin dövlət bu işi təkbaşına həll etməlidirmi, bütün məsuliyyət və yük dövlətin üzərində olmalıdırmı?
Qarabağda məskunlaşma və bərpa işləri aparılan müddətdə əhalinin vəziyyəti ümumi proseslərə necə təsir edə bilər?
Nə qədər ki, Qarabağ işğalda idi, hamı gözləməyə, hətta ac qalmağa belə razı kimi görünürdü.
Qələbədən 6 il (3) keçdikdən sonra cəmiyyət qələbənin özünü belə adiləşdirib, olmalı bir hadisə kimi qəbul edib. Baxmayaraq ki, son 200 ildə Azərbaycan belə bir qələbə yaşamamışdı.
Hakimiyyət nümayəndələri bunu görməli və adekvat siyasət yürütməlidirlər.
Qələbədən zaman etibarı ilə uzaqlaşdıqca , onun dividentləri də azalacaq.
Ölkədə köklü islahatlar həyata keçirilməlidir.
Nədən başlamalı?
İqtisadi vəziyyət ürəkaçan olmayanda islahatlar siyasətdən, siyasi vəziyyət qaneedici deyilsə, iqtisadiyyatdan başlanılır. Bu, uzun illər sınaqdan keçirilmiş bir modeldir.
Ölkə vətəndaşı bu gün daha çox iqtisadi və sosial vəziyyətdən narazıdır.
Obyektiv və subyektiv səbəbləri təhlil etmək sadə insanların vəzifəsi deyil.
Ona görə də islahatlar ilk növbədə siyasi sferanı əhatə etməlidir.
1. Referendum
Hakimiyyət uzun illərdir, mərkəzləşdirilmiş idarəetmə forması yaradıb. Və haqlı olaraq, bu yolu seçmişdi, çünki həm torpaqların işğaldan azad edilməsi, həm xarici dövlətlərin təsir imkanlarını minimuma endirmək üçün ən effektiv idarəetmə şəkli bu idi.
Bu mərhələnin son aşamasındayıq.
Ermənistanla bağlanacaq sülh müqaviləsi, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi, 8 avqust 2025-ci il ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi, Yaxın Şərqdə və Rusiya ətrafında baş verən hadisələr bu qənaətə gəlməyimizə əsas verir.
İndi xalqın daha çox iştirak etdiyi idarəetmə modelinə keçilməlidir.
Bunun üçün:
- Konstitusiyada bələdiyyələrə xüsusi status verilməli, iri şəhərlərdə bələdiyyə başçısını açıq və birbaşa seçkilərlə xalq seçməli, bələdiyyə məclisləri formalaşdırılmalı, bələdiyyə büdcəsinin formalaşması üçün icra hakimiyyətinin nəzarət etdiyi əksər sahələr bələdiyyələrin nəzarətinə verilməlidir. Bir sözlə, xalq özü seçməli və seçdiyindən tələb etməlidir.
- İcra hakimiyyəti prezidentin xüsusi nümayəndəsi statusunda (vali tipli) olmalı, nəzarət funksiyasını həyata keçirməlidir.
Heç bir halda Azərbaycanda vilayət və ya iqtisadi zona tipli idarəetmə formasına keçid edilməməli, mövcud inzibati struktur saxlanılmalı, hətta bələdiyyə idarəçiliyində daha kiçik struktura keçilməlidir.
Ona görə ki, 2020 və 2023 - cü illərdə böyük qələbəmizi həzm etməyənlər indi fərqli yerlərdə separatçılıq elementləri axtarır, bunun üçün bütün resursları işə salırlar.
Bu gün güclü idarəçilik sabah üçün təminat deyil, formalaşan vilayət və ya iqtisadi zonalarda separatizmə hüquqi don geyindirmək daha asan və rahatdır. (Bu barədə başqa yazıda) Qarabağda tam məskunlaşmaya qədər mövcud idarəetmə optimal hesab olunmalıdır.
- Milli Məclisə seçkilər proporsional əsaslarla keçirilməli, münasibətlər sistemi partiyalaşdırılmalı, vətəndaş liderləri vasitəsilə proseslərə təsir imkanları minimuma endirilməli, parlamentdənkənar siyasi proseslər sıradan çıxarılmalıdır.
Seçkilər reallığa söykənməli və demokratikliyə əsas yaratmalı, fazalı demokratiyaya keçidi təmin etməlidir.
Parlamentin səlahiyyətləri artırılmalı, daxili nizamnamədə dəyişikliklər edilməlidir.
- Baş Nazirlik institutu ləğv edilməli, onun səlahiyyətləri vitse-prezident institutuna verilməlidir. (yeni vitse-prezidentlər təyin edilə bilər)
- İdarəetmənin təkmilləşdirilməsi üçün dağınıq və pərakəndə strukturlardan təmərküzləşmiş hakimiyyət modelinə keçid edilməli, publik hüquqi şəxslər, komitə və nazirliklər minimum sayda olmalıdır.
2. Məhkəmə islahatları
Məhkəmələr azad və ədalətli olmayana qədər inkişafı təmin etmək, məmur və vətəndaş məsuliyyəti yaratmaq mümkün olmayacaq. Məhkəmələrin müstəqil hakimiyyət qolu kimi formalaşmasına yol açılmalı, ölkənin inkişafının böyük mənada bundan asılı olduğunu qəbul etmək lazımdır.
Bunun üçün:
- Məhkəmələrin ittihamedici orqandan (prokurorluqdan) asılılığı aradan qaldırılmalıdır.
- Vəkillik institutu dövlətin və Vəkillər Kollegiyasının nəzarətindən tam çıxarılmalı, vəkil fəaliyyəti üçün bütün məhdudiyyətlər qaldırılmalı, hüquq təhsili diplomu tanınan şəxslərə bu sahədə azad və sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır.
- Hakimlərin təminatı gücləndirilməli, eyni zamanda, məsuliyyətləri artırılmalı, qərarları yuxarı instansiya məhkəmələrində bir neçə dəfə ləğv olunan hakimlərə cəza tədbiri müəyyən edilməlidir. (Birinci instansiya məhkəməsinin qərarı Appelyasiya Məhkəməsi tərəfindən, Appelyasiya məhkəməsinin qərarı Ali Məhkəmə tərəfindən, Ali Məhkəmənin qərarı Avropa Məhkəməsinin qərarı ilə)
3. Siyasi partiyalarla iş
Siyasi partiyaların cəmiyyətdəki rolu və yeri sabit, proseslərə təsir edən, ictimai rəyi formalaşdıran, dövlət və cəmiyyət maraqlarını qoruyan vəziyyətə çatdırılmalı, ölkədə milli və vətəndaş həmrəyliyi qorunmalı, davamlılıq təmin edilməli, partiyalar institutlaşdırılmalı, idarəetmənin tərkib hissəsinə çevrilməlidir.
Bunun üçün:
- Dialoq davam etdirilməli, etimad və inam mühiti sabitləşdirilməlidir.
- Seçki Məcəlləsinə dəyişiklik edilməklə, seçkilərdə partiya kimi iştirak etmiş bütün partiyalar müvafiq olaraq, mərkəzi, dairə və məntəqə komissiyasının formalaşmasında iştirak etməlidir.
- Siyasi partiyaların dövlət təminatı daha da gücləndirilməli, yerli və regional qərargahlar üçün imkanlar yaradılmalıdır
4. Mətbuat və Vətəndaş cəmiyyəti ilə iş
- Dövlət mərhələli şəkildə təsisçisi olmadığı Mətbu orqanına himayəçilikdən (açıq və ya fərqli yollarla) imtina etməlidir. O cümlədən, qeyri-hökumət təşkilatlarına dəstək dövlətin ayırdığı vəsaitlə deyil, fondların qəyyumluğu və ya iri şirkətlərin cəmiyyət mənafeyi üçün hesablanmış proqramları vasitəsilə maliyyələşdirilməlidir.
- Reklam bazarı sərbəst buraxılmalı, Mətbuat orqanlarının reklam alması üçün şirkətlərlə təşviqedici iş aparılmalıdır.
O cümlədən, iri şirkətlərin də qeyri-hökumət təşkilatlarına cəmiyyət maraqlarını qoruyan layihələr həyata keçirməsinə və bu məqsədlə sərf olunan gəlirdən vergi tutulmamasına şərait yaratmaqla, maarifləndirici iş aparılmalıdır.
- Dövlət və cəmiyyət maraqlarının qorunması üçün xaricdən alınan vəsaitlərin məqsəd və məramları həm donor, həm də vəsait alan tərəfindən müvafiq qurumlara əsaslandırılmış proqram təqdim edilməlidir.
- Bəlli zamandan sonra KİV və Qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi tam dayandırılmalıdır.
5. Beynəlxalq təşkilatlarla iş
Azərbaycanın xarici siyasəti məqsədyönlü, ardıcıl və dövlət maraqlarını qoruyacaq qədər sistemli aparılır. Mövcud beynəlxalq kataklizmlərə baxmayaraq, diplomatiyamız Azərbaycanın maraqlarını kifayət qədər peşəkar səviyyədə qoruya bilir.
Bu sahədə görülməli işlər, xüsusilə, Avropa ölkələri və təşkilatları ilə bağlıdır.
Biz Avropa coğrafiyasının bir parçası olduğumuz üçün Avropa təşkilatları ilə də son illər korlanmış münasibətləri bərpa etməliyik ki, şaxələndirilmiş diplomatik münasibətlər fonunda ölkəmizin mənafeyini daha yaxşı qoruya bilək.
ABŞ, Türkiyə və türkdilli dövlətlər, İslam dünyası, Qoşulmama Hərəkatının üzvü olan ölkələr, Çin, İsraillə qurulan əlaqələr fonunda Avropa Birliyi və Şurası ilə əlaqələr zəif həlqə hesab oluna bilər.
Bunun üçün:
- Müvafiq şərtlərlə Avropa Şurasının işinə qatılmalı və ölkəmizin maraqlarını qorumalıyıq.
- İqtisadi əlaqələrimizin dividendini siyasi müstəviyə daşımalıyıq.
- Azərbaycanda fəaliyyət göstərən iri korporasiya və şirkətlərin Avropada ölkəmizə siyasi lobbiçilik etməsini təşkil etməliyik.
- Cənubi Qafqazın ən iri və güclü dövləti olduğunu Avropa ölkələrinə çatdırmağı bacarmalı və Cənubi Qafqaz Birliyi modelinin müəllifinə çevrilməliyik.
- Dövlətin əsaslarını və Konstitusiya quruluşunu dəyişməyə cəhd etməyən, beynəlxalq strukturlar tərəfindən həbsi şübhə və ya mübahisə doğuran bütün məhbusların azad olunması üçün Amnistiya Aktı elan edilməlidir.
- Əməkdaşlığın yeni formasında dövləti təhdid edən heç bir xüsusi imtiyaz hansısa birliyə və təşkilata tanımamalıdır.
Azərbaycan dövlətinin və vətəndaşlarının marağı, suverenliyimiz və ərazi bütövlüyümüz hər şeydən öncədir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru