İran ətrafındakı münaqişənin yaratdığı enerji böhranı Avropa Birliyini Rusiyaya olan bağlılıqdan azad edə bilər.
Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Ən pis böhranda heç kim bizə kömək etməyəcək. Buna görə də, maraqlarımızı qorumaq üçün bütün siyasi və hüquqi vasitələrdən istifadə etmək son dərəcə vacibdir”, - deyə Fitso bildirib.
O, AB və NATO xaricində Slovakiya hökuməti ilə əməkdaşlığa maraq göstərən hər bir dövlətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.








