Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                 

Qafqazın böyük problemi: Su süzgəcindəki taleyimiz - NƏ ETMƏLİ?
Tarix: 11-02-2026, 07:01 | Çap et

Son onilliklərdə rütubətin az olduğu, yəni arid və yarımarid zonalara aid regionlarda su təhlükəsizliyi məsələsi təkcə sosial-iqtisadi deyil, həm də kəskin geosiyasi çağırışa çevrilib. İqlim dəyişiklikləri, əhalinin artımı, urbanizasiya və sənayeləşmə fonunda Cənub-Qərbi Asiya, Mərkəzi Asiya və Şimali Afrikada su resurslarına çıxış getdikcə daha çox ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatının dayanıqlılığına, enerji istehsalına, bəzi hallarda isə dövlətlərarası münasibətlərə və regional sabitliyə birbaşa təsir edən amilə çevrilir.

Cənubi Qafqaz da arid qurşağa daxildir. Lakin region daxilində su qıtlığı bərabər paylanmayıb. Bu məkan çərçivəsində dağlıq ərazilərdə yerləşən və iri transsərhəd çayların mənbə zonalarını təşkil edən ölkələr seçilir. Belə dövlətlər obyektiv olaraq daha üstün mövqedədir: əsas su axınları məhz onların ərazisində formalaşır və daha sonra aşağı axında yerləşən əraziləri qidalandırır. Əksinə, aşağı axında yerləşən ölkələr su axınının azalması, su ekosistemlərinin deqradasiyası, çayların tənzimlənməsi və ya süni şəkildə dəyişdirilməsi, həmçinin yağıntı rejiminin transformasiyası qarşısında daha həssas vəziyyətə düşür.

Bu cür asimmetriya yalnız Cənubi Qafqaza xas deyil, bütövlükdə geniş arid makroregion üçün səciyyəvidir. “Yuxarı axın” dövlətlərinin sayı azdır – onları bir əlin barmaqları ilə saymaq olar. Şimal-Şərqi Afrikada, Ön Asiyada, Mərkəzi Asiyada və Yaxın Şərqdə əsas rolu Efiopiya, Türkiyə, Əfqanıstan, Tacikistan və Qırğızıstan kimi ölkələr oynayır. Məhz bu dövlətlər Nilin, Dəclə və Fəratın, Sırdərya və Amudəryanın, Hilməndin mənbələrinə nəzarət edir. Eyni zamanda, aşağı axında yerləşən daha çox sayda ölkə su təchizatının sabitliyindən kritik dərəcədə asılı vəziyyətdədir. Çayların su tutumunun azalması, buzlaqların deqradasiyası, su istehlakının artması və texnogen təsirin güclənməsi fonunda transsərhəd ziddiyyətlərin dərinləşməsi riski də artır.

Cənubi Qafqaz da bu daha geniş kontekstə məhdud şəkildə daxil olur. Regionda oxşar məntiqi struktur Kür və Araz hövzələri vasitəsilə ortaya çıxır. Məhz bu çaylar regional su sisteminin əsasını təşkil edir. Yuxarı axında yerləşən dağ-buzlaq zonaları təbii “su akkumulyatorları” kimi strateji funksiya daşıyır. Eyni zamanda, əhalinin və kənd təsərrüfatı istehsalının əhəmiyyətli hissəsi su axınının sabitliyindən asılı olan vadilərdə və quraq ərazilərdə cəmləşib. İqlim aridləşməsinin güclənməsi, suvarma sistemlərinə artan təzyiq, sovet dövründən qalma meliorasiya infrastrukturunun deqradasiyası və transsərhəd su idarəçiliyinin parçalanmış xarakteri əlavə risklər yaradır.

Beləliklə, Cənubi Qafqazda su təhlükəsizliyi yalnız ekoloji və ya təsərrüfat problemi kimi qiymətləndirilə bilməz. Bu məsələ regional siyasətin və dayanıqlı inkişaf modelinin struktur elementinə çevrilir, ərzaq sabitliyi, energetika, regionlararası əməkdaşlıq və perspektivdə hətta geosiyasi konfiqurasiya ilə birbaşa əlaqələnir.

***

Zaman keçdikcə Cənubi Qafqazda su ehtiyatlarından istifadə problemi qaçılmaz olaraq daha aydın siyasi çalar alacaq. Sürətlənən iqlim dəyişiklikləri və şirin su çatışmazlığının sistemli artımı fonunda region elə bir mərhələyə daxil olur ki, su təkcə ekoloji və iqtisadi resurs deyil, həm də strateji dayanıqlılıq amilinə çevrilir. Bu tendensiya xüsusilə Azərbaycan üçün kəskin xarakter daşıyır. Ölkə artıq bu gün Avrasiyada ən gərgin su qıtlığı yaşayan dövlətlərdən biridir. Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri onun hüdudlarından kənarda, əsasən Kür və Araz hövzələrində formalaşır ki, bu da transsərhəd su axınlarının sabitliyini milli təhlükəsizlik məsələsinə çevirir.

Son onilliklərdə hər iki çayın hidroloji rejimi ciddi transformasiyaya məruz qalıb. XX əsrin ortaları ilə müqayisədə regionda temperaturun 1,2–1,6°C artması, Türkiyə, Gürcüstan və Ermənistanın dağlıq ərazilərində qar örtüyünün azalması, qar sularından formalaşan daşqınların su tutumunun zəifləməsi və il ərzində axının dəyişkənliyinin artması nəticəsində təbii nivo-pluvial (qar əriməsi və yağıntı hesabına) rejim tədricən qarışıq, daha çox idarə olunan rejimlə əvəzlənir. Axının mövsümi strukturu deformasiyaya uğrayır: yaz pikləri daha qısa və zəif ifadəli olur, yay aralığı – yəni suyun ən aşağı səviyyəsi – daha dərin və uzunmüddətli xarakter alır, payız yağışlarının payı isə illik balansda getdikcə artır.

Kür çayı mənbəyini Qars və Ərdəhan yaylalarından götürərək illik orta hesabla 90–110 m³/s sərfiyyatla Türkiyə ərazisini tərk edir. Gürcüstan ərazisinə daxil olduqdan sonra çay qollar hesabına güclənir və orta axında, Azərbaycan sərhədinə çıxmazdan əvvəl onun sərfiyyatı 350–380 m³/s səviyyəsinə çatır. Son onilliklərin hidroloji müşahidələri göstərir ki, məhz Türkiyə-Gürcüstan hissəsində qar ehtiyatının azalması və daha erkən ərimə ilə bağlı yaz axınında davamlı azalma qeydə alınır. Kürün yuxarı axarında hava temperaturu qlobal orta göstəricidən daha sürətlə – hər onillikdə təxminən 0,4°C artım tempi ilə yüksəlir ki, bu da hidroqraf fazalarının yer dəyişməsinə səbəb olur.

Nəticədə, ənənəvi olaraq illik axının əsas hissəsini formalaşdıran yaz daşqını zəifləyir və onun illik balansdakı payı azalır. Paralel olaraq, xüsusilə azsulu illərdə baza, yəni minimal axın da aşağı düşür. Hələlik bu hissədə antropogen tənzimləmə nisbətən zəif olsa da, Türkiyə tərəfində su sərfiyyatının mərhələli şəkildə artması aşağı axında yerləşən ərazilərə təzyiqi gücləndirir.

Araz çayı Türkiyə ərazisində formalaşır və xeyli hissədə Ermənistanla dövlət sərhədi funksiyasını daşıyır. Tarixən Arazın yuxarı axarında “təbii” orta çoxillik su sərfi 180–220 m³/s səviyyəsində qiymətləndirilirdi, lakin müasir ölçmələr onun azalma meylini göstərir. Türkiyə tərəfində yeni su anbarlarının və hidroelektrik stansiyaların tikilməsi daşqınların səviyyəsinin balanslaşmasına və xüsusilə yaz–yay dövründə Ermənistan sərhəd hissəsinə daxil olan suyun həcminin azalmasına gətirib çıxarıb.

Burada iqlim amili idarəetmə faktoru qədər əhəmiyyət kəsb edir. Şərqi Türkiyədə temperaturun sabit və yüksək artımı, qış yağıntılarının azalması müşahidə olunur; nəticədə “böyük sular” daha tez gəlir, ərimiş qar sularının həcmi isə azalır. Ermənistan üçün bu, su ilə bağlı qeyri-müəyyənliyin artması deməkdir: yay–payız arası minimum səviyyə daha da dərinləşir, illik ümumi axın isə uzunmüddətli eniş dinamikası nümayiş etdirir. Ayrı-ayrı sahələrdə su axının 40–60 m³/s-dək düşdüyü dövrlər qeydə alınır ki, bu da ekosistemlər və su istifadəçiləri üçün ciddi məhdudiyyət yaradır.

Kür çayının Gürcüstan–Azərbaycan sərhədindəki hissəsi kritik əhəmiyyət daşıyır. Çünki Kür Gürcüstan ərazisini tərk edərkən Azərbaycanın su balansını müəyyən edən əsas həcmi daşıyır. Sərhəddə orta illik su sərfi təxminən 378 m³/s təşkil edir, lakin axının mövsümi bölgüsü artıq təbii rejimə uyğun gəlmir. Əvvəllər 600–900 m³/s-ə çatan yaz pikləri Gürcüstandakı su təsərrüfatı fəaliyyəti və Azərbaycanda intensiv su götürülməsi nəticəsində əhəmiyyətli dərəcədə azalıb.

Kürün aşağı axarı Cənubi Qafqazın ən çox tənzimlənən su sahələrindən biridir. Xüsusilə Şirvan, Mil–Muğan və Salyan düzənliyinin quraq rayonlarında suvarma üçün götürülən suyun miqyası aşağı axında kəskin azalmalara səbəb olur. Ayrı-ayrı azsulu illərdə su sərfi 70–90 m³/s-dək enə bilər ki, bu da şəhərlərin və aqrar zonaların su təminatı üçün risk yaradır. Suyun keyfiyyətinin pisləşməsi problemi daha da kəskinləşdirən başqa bir amildir. Gürcüstandan daxil olan kənd təsərrüfatı, sənaye və kommunal tullantı suları kifayət qədər təmizlənmədən Kürə axıdılır və bu da Azərbaycanda ekoloji yükü artırır.

(davamı var)

İlqar Vəlizadə - Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru