112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                 

Sülh prosesinin tələləri - Yeni ildə onlardan necə yayınmaq olar?
Tarix: 23-01-2026, 05:40 | Çap et

Dünyanın müxtəlif guşələrində – həm bizdən çox uzaqda, həm də sözün coğrafi mənasında lap yaxınlığımızda – 2026-cı ili səciyyələndirən gərgin və sarsıdıcı hadisələr baş verir. Bu hadisələr fonunda belə bir təəssürat yarana bilər ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi “unudulub”, haradasa kölgədə qalıb.

Lakin hərbi əməliyyatlardan, sosial təlatümlərdən və digər ictimai kataklizmlərdən fərqli olaraq, sülh prosesi təkcə vaxt deyil, həm də nisbi informasiya sakitliyi, məqsədə doğru mərhələli və sakit şəkildə fəaliyyət göstərmək imkanı tələb edir. Bu baxımdan, sülh gündəminin zahirən “kölgəyə çəkilməsi” tamamilə təbiidir.

Eyni zamanda, bir sıra məqamlar (cəmiyyətlərimizin düşə biləcəyi “tələlər”) mövcuddur ki, məhz onlara diqqəti yönəltmək istərdim:

1) Sülh prosesi ilə bağlı şişirdilmiş gözləntilər

Həm erməni, həm də Azərbaycan cəmiyyətinin müəyyən hissəsində sülh prosesinə dair olduqca böyük gözləntilər müşahidə olunur. İnsanlar təkcə müqavilənin mümkün qədər tez imzalanmasını, xalqlarımız arasında düşmənçilik səhifəsinin bağlanmasını istəmirlər, onlar real olaraq düşünür və gözləyirlər ki, bütün bunlar çox qısa müddətdə baş verəcək. Onların təsəvvür edirlər ki, demək olar hər gün Ermənistan–Azərbaycan sülh gündəmində nəsə olmalıdır: ya sərhədyanı ərazilərin daha bir neçə kilometri demarkasiya edilməlidir, ya Bakıya və ya İrəvana növbəti sülhməramlı qrup gəlməlidir, ya da məmurlar hansısa məsələ üzrə yeni sənəd imzalamalı, görüş keçirməli, tədbir təşkil etməlidirlər… Nəticədə isə tez-tez məyusluq və pessimizm vəziyyətinə düşürlər: bircə həftəlik zahiri sakitlik kifayətdir ki, “gileylənməyə”, sülhün olmayacağını deməyə, hər şeyin mənasız olduğunu, hamının prosesi yalnız imitasiya etdiyini iddia etməyə başlayırlar və s.

Anlamaq lazımdır ki, hətta iki insan arasında münasibətlərin sadəcə normallaşdırılması belə xeyli vaxt tələb edir – təkcə keçmiş düşmənlə dinc yanaşı yaşamağın praqmatikliyini dərk etmək yox, bunu qəbul etmək də lazımdır. İnsan şüuru – dəyişiklikləri sevməyən, müəyyən mənada inersiyası olan mexanizmdir və o, yeni reallığa, yeni həyat tərzinə uyğunlaşmalıdır. Onilliklər boyu “biz–onlar” formatında yaşamış xalqlar və dövlətlər arasında sülhün qurulmasından danışırıqsa, burada daxili “mətbəxinin” inersiyası və danışıqların məxfiliyinin dəfələrlə artdığını qəbul etməliyik.

2) Ayrı-ayrı insidentlər və təxribatlar

Postmünaqişə cəmiyyətləri üçün bu hallar təbiidir: onlar sistemlidir, qəsdən törədilir, təhlükəlidir və mütləq reaksiya tələb edir.

Onilliklər ərzində bir-birinə qarşı nifrət təbliğatının aparılması, metodik şəkildə “düşmən obrazı”nın yaradılması nəticəsində dinc yanaşı yaşamağa hazır olmayan bütöv nəsillər formalaşıb. İctimai həyatın müxtəlif sahələrində (məmurlar, müəllimlər, KİV nümayəndələri, QHT-lər) karyeralarını məhz bu prosesdə fəal iştirak sayəsində quran “təbliğat” işçilərindən ibarət böyük ordu yaranı. Minlərlə məqalə, dissertasiya yazılıb, nifrət dili onlar üçün millətlərarası ünsiyyətdə adi dilə çevrilib. Hətta təhsil və elmi dairələrdə də digər xalq haqqında alçaldıcı tonda danışmaq, “gəlmə”, “köçəri barbarlar”, “soykökü bilinməyən səfil dəstəsi” kimi epitetlər işlətmək norma halını alıb. Əgər münaqişənin əvvəlində bu yanaşma ziyalıların bir qismini narahat edirdisə, zamanla onlar da buna alışdılar. Mifologiya iki ifrat arasında inkişaf edib: amplitudanın bir ucunda digər xalqın maksimum, hipertrofik şəkildə alçaldılması, digər ucunda isə ən adi məntiqdən və tənqidi düşüncədən uzaq, eyni dərəcədə nağılsayağı şəkildə öz millətinin ideallaşdırılması dayanır. Bu kateqoriyadan olan insanlar istənilən sülhyaratma təşəbbüsünü aqressiv şəkildə qarşılayırlar. Lakin onlar nəzərə almağa məcburdurlar ki, hər iki ölkənin hakimiyyəti sülh gündəmini dəstəkləyir, üstəlik müharibənin gətirdiyi ağır itkilər hələ də yaddaşlarda təzədir. Buna görə də açıq şəkildə sülhə qarşı çıxmaq, onun zəruriliyini inkar etmək artıq “trend” deyil (yeri gəlmişkən, ictimai müzakirələrin ciddi platformalarında belə bir trendin formalaşdırılması da hakimiyyətlərin aktivinə yazılmalıdır). Bunun əvəzinə informativ səs-küy, prosesin ayrı-ayrı detalları, hadisələri və iştirakçıları ətrafında qalmaqallar yaradılır: “Biz ictimai qrupların görüşlərinə qarşı deyilik, amma məhz bu adamın iştirakı yersizdir”; “Xalqlar arasında sülhün qurulmasının tərəfdarıyıq, amma bu qucaqlaşmalar, təbriklər, salamlaşmalar həddindən artıqdır”. Prosesi bütövlükdə açıq şəkildə inkar etmək istəməyən əleyhdarlar diqqəti hansısa detallara yönəldir, onları şişirdir, əlavə mənfi çalar verir və bununla da ictimai rəyi çaşdırmağa çalışırlar.

Belə insidentlərlə necə mübarizə aparmaq olar? Ümumiyyətlə, onlarla mübarizə aparmaq lazımdırmı?

Reaksiya verməmək – kifayət qədər effektiv üsullardan biridir, çünki bu cür təxribatların məqsədi məhz maksimal səs-küy, qalmaqal yaratmaqdır. Lakin bu, yeganə üsul deyil. Bəli, ayrı-ayrı hallar, insidentlər təbiidir. Amma onların kampaniyaya, fasiləsiz silsiləyə, paralel prosesə çevrilməsi təhlükəlidir və sülh gündəminə ciddi zərər vurur.

Biz sosial şəbəkələrdə, verilişlərdə, məqalələrdə və narazıların çıxışlarında çox vaxt ayrı-ayrı insanların təbii emosional reaksiyalarını, onların həyat təcrübəsindən doğan ağrılı hisslərini deyil, yaxşı redaktə olunmuş mətnlərə və ardıcıl şəkildə yayımlanan videomateriallara rast gəlirik. Bu materiallarda faktiki olaraq, mənim fikrimcə, həm Azərbaycan, həm də erməni xalqına qarşı cinayət törədən Robert Koçaryanın 20 il əvvəl səsləndirdiyi tezis təkrarlanır: “Ermənilər və azərbaycanlılar etnik baxımdan bir-birinə uyğun deyil”. Mahiyyət etibarilə faşist xarakterli bu tezis gah tarixi, gah dini, gah da etik müstəvidə təqdim olunur. Sülh əlaqələrinin qurulmasına dair istək isə “küfr” adlandırılır və sözün əsl mənasında belə yozulur (sitat):
“Onlar demək istəyirlər ki, biz qardaşıq. Bu, küfrdür. Onlar heç vaxt bizim qardaşımız olmayacaqlar. Qardaşlaşmaqdan danışanlar vətən xainləridir, pulla alınıblar. Onların kökündə, genetikalarında nəsə problem var”. Belə məqsədyönlü fəaliyyətin maliyyələşdirildiyi və koordinasiya olunduğu artıq şübhə doğurmur.

Bu kontekstdə həm Ermənistanda, həm də Azərbaycanda “ura-patriotlar” tərəfindən eyni klişelərin güzgü effekti ilə istifadəsini izləmək maraqlıdır. Kənardan baxanda onlar bir-birinə iki damcı su kimi bənzəyirlər.

Məsələ ondadır ki, real sülh prosesinin iştirakçılarından heç biri münasibətlərin normallaşdırılmasından danışarkən, “qardaş” və ya “qardaşlaşmaq” sözlərindən istifadə etmir. Əminəm ki, informasiya məkanında kontent-analiz aparılsa, qonşu xalqın nümayəndələrinə münasibətdə bu sözlər məhz sülh prosesinin qatı əleyhdarlarının mətnlərində daha çox işləndiyi üzə çıxar.

Niyə susmaq hər zaman qızıl deyil

Məhz buna görə də, susmaq hər zaman ən düzgün seçim deyil. Belə cəhdlərin böyük bir hissəsinə ümumiyyətlə reaksiya verməmək daha məqsədəuyğun olsa da, paralel olaraq tənqidi düşüncənin inkişafı ilə bağlı mövzularda yazmaq və çıxış etmək də vacibdir. Təbliğ etmək yox, məhz sülh prosesinin mahiyyətini və məqsədini məntiqi şəkildə izah etmək, ictimai təxribat mexanizmlərini açmaq, yuxarıda göstərilən yanaşmanın nə qədər məhsuldar olmadığını ortaya qoymaq, bunun sonda hamıya – xüsusilə də böyüyən nəslə necə zərər verdiyini göstərmək lazımdır.

Beləliklə, sülh prosesinə zahirən razılıq görüntüsü altında formalaşan həddindən artıq gözləntilər və sistemli təxribatlar sülh prosesinə eyni dərəcədə zərbə vurur.

Fikrimcə, hazırkı mərhələdə sülh prosesi reallıqlar və obyektiv şərtlər nəzərə alınmaqla, sərt praqmatik formada öz qanunauyğun, təbii axarı ilə irəliləyir: bir tərəfdən, çox tez-tez olmayan (təxribatlara əlavə imkan yaratmamaq üçün), lakin mütəmadi olaraq aktual problemlərin müzakirə edildiyi platformalarda görüşlər keçirilir; digər tərəfdən, qarşılıqlı etimadın qurulması üçün təmassız mexanizmlər (iqtisadi, hüquqi və s.) işə salınır.

Sülh prosesinin necə və nə zaman başa çatacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, həm demokratiyanın qurulması, həm də dinc münasibətlərin formalaşdırılması heç vaxt “tam bitmiş” proses olmur. Burada əsas olan prosesin özü, onun irəlilədilməsinə sistemli yanaşma, real niyyət, iradə və konkret alətlərin tətbiqidir.

Əminəm ki, bu il Ermənistan–Azərbaycan münasibətlərinin sülh yolu ilə tənzimlənməsində bir neçə müsbət irəliləyişin şahidi olacağıq. Lakin bu, nə səbirsizlərin gözləntilərini doğrultmaq, nə də yaxınlaşmanın əleyhdarlarının acığına olacaq – bu, sülh prosesinin öz məntiqinə uyğun şəkildə baş verəcək.

Anar Eyyubov pressklub.az

P.S. İnsanları “qırmızı, qanlı at ili” ilə qorxutmayın. Odapərəstlərin nəslində od qorxusu yaratmaq cəhdi gülməli deyilmi?! At isə sadəcə daşıyan vasitədir – haradan hara aparmaq artıq bizim öz seçimimizdir!











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru