Sabunçu sakinləri səkilərdə ticarətlə məşğul olan sahibkarların əlindən DAD deyirlər...
"DİA-AZ" xatırladır ki, neçə müddətidir bu problem ciddi şəkildə sosial şəbəkələrdə müzakirə olunmaqla yanaşı, "yuxarı" instansiyaların da diqqət mərkəzindədir.
Elə eyni məsələ üzrə şikayət edən Sabunçu sakinləri yollarının üstünü kəsən "Möcüzə" marketdən gileylənirlər.
Bu barədə aidiyyatı üzrə dükan sahibinə xəbərdarlıq etsələr də, sahibkar onları eşitməyib.
Nəticəsi isə fotodan da bəllidir. Sakinlər kiminsə ticari maraqlarına görə - maşınların hətəkət etdiyi yola baş vurmalıdırlar...
Məsələ diqqətimizdədir...









