"Hökumət rəsmi olaraq elan etdi ki, Azərbaycanda ÜDM 2025-ci ildə cəmi 1,4% artıb. Qunşularımızda ÜDM-in artım tempi bizdən 4-5 dəfə çoxdur". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Yaxşı, rəsmən özünüz etiraf edirsiniz ki, ÜDM artımı, iqtisadi aktivlik zəifləyib, 1,4% artım, ümumiyyətlə, artım sayılmır, bizim kimi inkişaf etməkdə olan ölkələrdə 2%+ olmasa, iqtisadiyyatın artdığını söyləmək mümkün deyil.
Hörmətli hökumət, deməli iqtisadi aktivlik azdırsa, əsas hədəf kimi iqtisadiyyatın çarxlarının dönmə sürətini artırmaq olmalıdır, elə deyilmi? Siz isə büdcə gəlirlərini artırmağı əsas hədəf elan etmisiniz - ən böyük yanlış, ölkə iqtisadiyyatını boğan yanaşma da məhz budur. Büdcə gəlirlərini çoxaltmaq üçün vergi-rüsum-cərimələri, iqtisadiyyatda aşırı tənzimləməıni artırırsınız, bu isə əks-effekt verir, iqtisadiyyat daha da daralır, faktiki olaraq, sizin addımlar, səhv fəlsəfi yanaşmanız, ölkədə iqtisadiyyatı zəiflədən faktora çevrilib.
Bunu iqtisadiyyat öyrənən istənilən yaxşı oxuyan tələbə artıq 2-ci kursda bilir, siz bilmirsinizmi, anlamırsınızmı?!"










