" "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2025-ci il üzrə qaz ixrac idarəsindən ümumilikdə 8 445 756 044 m³ (səkkiz milyard dörd yüz qırx beş milyon yeddi yüz əlli altı min qırx dörd kubmetr) qaz qəbul edilmişdir". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Rəhbəri olduğu təşkilatın ekspertinə istinadla məlumat paylaşan NHMT sədri daha sonra bildirir: "Bu həcmdən
7 562 866 760 m³ (yeddi milyard beş yüz altmış iki milyon səkkiz yüz altmış altı min yeddi yüz altmış kubmetr) satışa yönəldilmiş,
✅882 346 423 m³ (səkkiz yüz səksən iki milyon üç yüz qırx altı min dörd yüz iyirmi üç kubmetr) isə itki kimi qeydə alınmışdır..."
Hər halda bu, olduqca ciddi rəqəmdir və əlaqədar qurum və şəxslərdən havaya uçurulan büdcə pullarının hesabı mütləq sorulmalıdır...











