“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                 

Təhsildə islahatlar: Kağız üzərində uğur, reallıqda suallar - ARAŞDIRMA
Tarix: 13-01-2026, 07:28 | Çap et

Elm və Təhsil Nazirliyi son illər təhsilin inkişafı və keyfiyyətinin artırılması adı altında çoxsaylı islahatlar həyata keçirdi. Yeni qurumlar yaradıldı, struktur dəyişiklikləri edildi, mexanizmlər yeniləndi. Lakin bu dəyişikliklərin böyük bir hissəsi cəmiyyətin gözləntilərini doğrultmadı. Kağız üzərində müasir və səmərəli görünən modellər praktikada ciddi problemlər, narazılıqlar və idarəetmə boşluqları ilə müşayiət olundu.

MÜTDA: Ümidlərin doğrulmadığı struktur

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaradılması təhsildə çevik və effektiv idarəetmə vədi ilə təqdim edilmişdi. Amma bu gün demək olar ki, agentliyin fəaliyyəti ilə bağlı şikayət etməyən azdır. Vətəndaş qəbullarının formal xarakter daşıması, problemlərin real həllini tapmaması, idarəetmədə pərakəndəlik və məsuliyyətsizlik narazılığı daha da artırır.
Xüsusilə MİQ və sertifikasiya proseslərində müşahidə olunan qərəzli suallar, vakansiya verilməyən və ya süni şəkildə məhdudlaşdırılan yerlər, müəllimlərin haqlı etirazlarının cavabsız qalması sistemdə özbaşınalığın dərinləşdiyini göstərir. Təlimlərin formal keçirilməsi isə peşəkar inkişaf yox, “hesabat naminə fəaliyyət” təəssüratı yaradır.

TKTA: Şəffaflıq yerinə suallar doğuran mexanizm


Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) isə
cəmiyyətin gözündə təəssüf ki, keyfiyyət yox, daha çox rüsumlar və şübhəli qərarlarla assosiasiya olunur. Rüsumların ardıcıl şəkildə artırılması, diplomların tanınmasında qeyri-bərabər yanaşmalar, subyektiv qiymətləndirmələr və əsassız yoxlamalar bu qurumun fəaliyyətinə ciddi kölgə salır.

Təlimlərin ödənişli mexanizmə çevrilməsi, nəticələrin bəzən izah olunmaması və apellyasiya proseslərinin effektiv işləməməsi TKTA-nın “keyfiyyət təminatçısı” imicini zəiflədir və onu cəmiyyətin gözündə korrupsiya riski yüksək olan struktura çevirir.

Təhsil İnkişafı Fondu: Məqsədi anlaşılmayan qurum

Təhsil İnkişafı Fondu isə adından böyük gözləntilər yaratsa da, real fəaliyyəti ilə bu gözləntiləri doğrulda bilmədi. Rəhbərlikdə dəyişikliklər edilsə də, fond daha çox regional rəhbərlərə bahalı avtomobillərin verilməsi ilə yadda qaldı. Halbuki bu addımların nə təhsilin keyfiyyətinə, nə müəllimin sosial rifahına, nə də şagirdin inkişafına birbaşa təsiri var.

Cəmiyyət bu fondun konkret olaraq hansı problemi həll etdiyini, hansı strateji nəticələrə xidmət etdiyini hələ də aydın şəkildə görə bilmir.

Peşə təhsili: Sistemli problemlərin mərkəzində


Peşə təhsili sahəsi isə artıq illərdir korrupsiya ilə
yanaşı çəkilən sahələrdən biridir. Müəllim və koordinator seçimində şəffaflığın olmaması, yaxınlıq və rüşvət amillərinin önə çıxması, dərsə davam etməyən, amma stipendiya alan tələbələr, formal davamiyyət və real nəzarətin yoxluğu bu sahəni “təhsil”dən çox gəlir mənbəyinə çevirib.
Bu vəziyyət peşə təhsilinin əsas missiyasını – bazara real bacarıqlı kadrlar hazırlamaq məqsədini tamamilə kölgədə qoyur.

Nisbətən uğurlu nümunələr də var

Bütün bu mənzərənin fonunda iki qurumu xüsusi
qeyd etməmək haqsızlıq olar. Tələbə Krediti Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi fəaliyyətləri ilə nisbətən müsbət nümunə yarada biliblər. Burada sistemli yanaşma, aydın mexanizmlər və real nəticələr görünür. Məhz bu qurumların timsalında demək olar ki, düzgün idarəetmə olduqda islahatlar real fayda verə bilir.

Təhsildə problem islahatın olmaması deyil, islahatın ruhunun itirilməsidir. Struktur yaratmaq, ad dəyişmək, yeni qurum təsis etmək hələ inkişaf demək deyil. İnkişaf ədalətli qərarlarda, şəffaf mexanizmlərdə, məsuliyyətli rəhbərlikdə və cəmiyyətlə açıq dialoqda başlayır. Əks halda, ən yaxşı niyyətlə başlanan islahatlar belə etimadsızlıq və narazılıq doğurmaqdan o tərəfə keçmir.

Tehsil.Media











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru