Təmayül Liseyi, yoxsa şəxsi idarəetmə obyekti? - İTTİHAM VAR...
Tarix: 13-01-2026, 07:14 | Çap et

Fizika, riyaziyyat və informatika təmayüllü liseylər ölkədə istedadlı şagirdlərin yetişdirilməsi, olimpiadalara hazırlanması, gələcək elm və texnologiya kadrlarının formalaşdırılması üçün yaradılıb. Kağız üzərində bu liseylər “elit”, “nümunəvi”, “strateji” təhsil müəssisələri kimi təqdim olunur.
Bəs reallıqda nə baş verir?
Son iki tədris ilində adıçəkilən liseydə baş verənlər göstərir ki, təmayül anlayışı formal etiketə, idarəetmə isə şəxsi maraqlar müstəvisinə keçirilib. Direktor əvəzi, II qrup əlil Elçin Məmmədov bu qədər qanunsuzluq edərkən kimə arxayındır? Elçin Məmmədova kim "yaşıl işıq" yandırır. Bir Liseyi əgər bu qədər qanunsuzluq və özbaşınalıqla idarə edirsə, buna kim susur, niyə susur?
1. Alimin liseydə yeri olmadı?
Kimya müəllimi, dosent, 4 ixtira patenti, 4 müəlliflik şəhadətnaməsi olan, MDB ölkələrinin alimləri tərəfindən müsbət rəy almış, Mendeleyev cədvəlinin şagirdlər üçün sadələşdirilmiş modelini hazırlayan Firudun Quliyev…
Belə bir alimlə əmək müqaviləsi uzadıldığı halda, sonradan ərizəsi “alınaraq” işdən çıxarılır. Müəllim məhkəməyə müraciət etdikdə isə “xahiş-minnət” yolu ilə məsələ ört-basdır edilir.
Sual açıq qalır:
Təmayül liseyində alimə yer yoxdursa, kimə var?
2. Azərbaycan dili dərs bölgüsü: qanun kənarda qaldı
Qaydalara əsasən hər bir müəllim minimum 18 saat dərs yükü ilə təmin edilməlidir. Amma liseydə: 5 Azərbaycan dili müəllimindən 3-nün dərs yükü 10, 12 və 17 saatdır; Eyni zamanda direktor əvəzi özünə 12 saat dərs götürüb. Bu artıq sadəcə pozuntu deyil, açıq-aşkar qanunsuzluqdur.
3. Riyaziyyat: təmayül fənni, amma paradoksal idarəetmə
Liseydə 17 riyaziyyat müəllimi var. Onlardan: yalnız 6 nəfərin dərs yükü 18 saatdan yuxarıdır; digərlərinə 14–16 saat dərs verilib; buna baxmayaraq, 3 yeni riyaziyyat müəllimi müqavilə ilə işə götürülüb.
Daha da maraqlısı:
müəllimlərdən biri MİQ-də cəmi 67% nəticə göstərib (halbuki liseylərə 90%+ tələb olunur); digəri isə ümumiyyətlə pedaqoji təhsilli deyil, ixtisasca mühəndisdir, MİQ-də iştirak etməyib. Üstəlik, təmayül fənlər üzrə direktor müavininin də 8 saat dərs yükü var.
Halbuki daimi müəllimlərin dərs yükü normaya çatmadan: yeni müəllim götürmək olmaz
müavinlərə dərs vermək olmaz
4. Tibb bacısı ilə qanun savaşı
Liseyin tibb bacısı Mətanət Məmmədovanın SİMA-da müqaviləsi dəyişdirilərək 40 saat işləməyə məcbur edildiyi bildirilir. Halbuki qanunvericiliyə əsasən tibb işçilərinin iş vaxtı 36 saatdır. Bu məsələ hazırda da münaqişəli vəziyyətdə davam edir.
5. Bir nəfər – neçə vəzifə?
Direktor əvəzi, II qrup əlil Elçin Məmmədov: ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir; eyni vaxtda: tədris üzrə direktor müavini, direktor əvəzi, baş tərbiyəçinin işini əvəz edən şəxs, 12 saat dərs deyən müəllim, Dilçilik İnstitutu ilə əməkdaşlıq edən mütəxəssisdir.
Bu qədər vəzifəni eyni vaxtda icra etmək: effektiv idarəetmədir, yoxsa səlahiyyətlərin təhlükəli şəkildə cəmləşməsi?
Liseydirsə, niyə bu gündədir? Olimpiadalardan danışanda deyilir: “Aparın təmayül liseyinə, orada hazırlaşsın.” Bəs bu lisey: qanunsuz dərs bölgüsü, MİQ qaydalarının tapdanması, pedaqoji təhsili olmayanların işə götürülməsi, alimlərin kənarlaşdırılması fonunda necə nümunə ola bilər? Bu halda haqlı sual yaranır: Belə idarə olunan müəssisənin lisey adlanmasının nə mənası var?
Davamı var… Sonda bildiririk ki, əməkdar müəllim, riyaziyyat müəllimi Əhmədov Zabul Habil oğlu ilə bağlı problemi daha geniş şəkildə növbəti yazımızda təqdim edəcəyik. Gözünüz bizdə olsun.
Gudemxeber.com


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57 |
|
|
|
|