“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                 

Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?.. - ETİRAZ
Tarix: 12-01-2026, 12:29 | Çap et

“Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq…”
“Əslində, “bizdə təhsil eksperti yoxdur” demək - ETN-nin üçün çox mənfi haldır. Əgər, həqiqətən ölkənin 250 minlik elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu illər ərzində nə ilə məşğul olub?..”
“Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz. Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar…”
“ETN heç vaxt təcrübə və biliyi olan mütəxəssislərin potensialından səmərəli istifadə edə bilmədi (daha doğrusu, istəmədi), səmərəli intellektual dialoq qurmadı. Bu mənada 25 il vaxt sanki boşuna getdi…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?..” başlıqlı növbəti analitik məqaləsini təqdim edir:
“…Bu ərəfədə ölkə prezidenti jurnalistlərlə müsahibəsində elm və təhsillə əlaqədar ciddi məsələlərə toxundu. Bu fikirlər son günlər ölkə gündəmini zəbt edib. 2 ay əvvəl prezident AMEA-nın 80 illik yubileyindəki çıxışında da bu mövzuya toxunmuş, elm-təhsil sistemi qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu…
Məlum olduğu kimi, hər bir ölkənin perspektivləri: iqtisadiyyatı, milli təhlükəsizliyi, beynəlxalq mövqeyi elm və təhsilin durumundan asılıdır.
22 il əvvəl ölkə prezidenti ETN qarşısında “neft kapitalını insan kapitalına çevirmək” kimi mühüm vəzifə qoymuşdu. Təəssüf ki, ETN bu illər ərzində həmin tapşırığı icra edə bilmədi.
Elm-təhsil sisteminin idarəedilməsi və inkişafı çox amillərdən, o cümlədən illər ərzində toplanmış təcrübə, ənənə və varislik, səmərəli kommunikasiyadan asılıdır. Əgər bu sahənin menecerləri təcrübəsizdirlərsə, bu amillər daha vacibdir. ETN heç vaxt təcrübə və biliyi olan mütəxəssislərin potensialından səmərəli istifadə edə bilmədi (daha doğrusu, istəmədi), səmərəli intellektual dialoq qurmadı. Bu mənada 25 il vaxt sanki boşuna getdi. Amma bu müddətdə çox iş görmək olardı...
Bu problem texniki xarakterli deyil, təhsildəki idarəetmə fəlsəfəsinin böhranıdır. Belə yanaşma təhsilin idarəedilməsinə sistemli yanaşmanın olmadığını göstərir.
İntellektual dialoq nədir? Niyə elm və təhsil sistemi üçün bu vacibdir?..
İntellektual dialoq tərif demək, hesabat dinləmək, “PR” tədbirləri, brifinqlər təşkil etmək deyil. İntellektual dialoq alternativ fikirlərə dözümlü olmaq, tənqidi təhlillərə açıq olmaq, qərarları intuisiya və emosiyalarla yox, elm təhlil əsasında qəbul etmək, qərar qəbulunu “yuxarıdan aşağıya” göstərişlərlə yox, səmərəli ekspert müzakirələri ilə aparmaqdır...
Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz. Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar. Təhsil sərəncam və əmrlə təkmilləşmir, innovasiyalar inzibati və avtoritar mühitində yox, tənqidi mühitdə formalaşır…
ETN-nin mühüm səhvlərindən biri mütəxəssisləri, ekspertləri tərəfdaş kimi yox, risk, təhlükə mənbəyi kimi görməkdir. Nazir deyir ki, mən ölkədə təhsil eksperti tanımıram (tanımaq istəmirəm). Bəli, onların sayı azdır (ETN yaratdığı, himayə etdiyi, KİV-lərə “tövsiyə” etdiyi bəzi fəal “ekspert”ləri nəzərə almasaq). Çünki təhsil ekspertinin formalaşmasına 10 illərlə vaxt (“bir alimin yetişməsinə 20-30 il vaxt lazımdır” (E.Əmrullayev)), sistematik elmi fəaliyyət tələb edilir. Necə deyərlər, “hər oxuyan Molla Pəhah olmaz”...
Ümumən belə yanaşma ETN menecerlərinin məsuliyyətsiz və səriştəsizliyinin təzahürüdür. Əslində, “bizdə təhsil eksperti yoxdur” demək - ETN-nin üçün çox mənfi haldır. Əgər, həqiqətən ölkənin 250 minlik elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu illər ərzində nə ilə məşğul olub? Bu mövzu KİV-lərdə zaman-zaman müzakirə edilib. ETN-nin məsələyə səthi yanaşmasından fərqli olaraq, DİM təhsil eksperti anlayışına daha doğru yanaşma sərgiləyir...
Təəssüf ki, ETN müstəqil düşünən mütəxəssislərə əməkdaşlıq etmir. İslahat proseslərinə (əgər bu varsa), müzakirə və araşdırmalara ekspert və mütəxəssislər ya cəlb edilmir, ya da təcrübəsizləri cəlb edir (rəy bildirmək üçün yox, tərif demək üçün). ETN elmi-pedaqoji ictimaiyyətlə sistemli məsləhətləşmələr aparmır, obyektiv (yəni, tənqidi) mövqe bildirənlər narahatlıq amili kimi qəbul edilir. Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq”. Bu əməkdaşlıqda kim maraqlı olmalıdır? Məmur yoxsa, mütəxəssislər? Kim-kimə möhtacdır?..
Təhsildə olan 25 illik saxta təriflər kifayət deyilmi? Bu təriflərin yekununda, təhsil tərsinə quruldu, təhsilimizin (həm də ölkənin) beynəlxalq imici aşağı endi, keyfiyyət korlandı, amma saxta təriflər azalmadı...
Bu sahədəki real durumu ETN hamıdan yaxşı bilir və yeri gələndə hamıdan da kəskin tənqid edir. Amma tənqidə monopoliyanı da özündə saxlamaq istəyir. Məsələ bundadır ki, ETN-nin tənqidi məyyən faktları (nəticələri) bildirməkdən o yana getmir, amma səbəblər düzgün göstərilmir. Ona görə də eyni problemləri hər il sadalayır, amma heç birini həll etmir. Lakin kənar, müstəqil, qərəzsiz tənqidlər neytral, sistemli, ardıcıl, səbəb, həll təklifi, mümkün nəticələr göstərilməklə təqdim edilir. Belə təkliflərin nəzərə alınmaması göstərir ki, ETN ümumiyyətlə, heç bir problemi həll etmək niyyətində deyil.
Menecerlər təcrübəni, bilgini dialoq üçün resurs kimi yox, öz mövqeləri üçün təhlükə hesab edirlər. Belə idarəetmə modeli elmə yox, statistikaya xidmət edir. Bu idarəetmə modeli keyfiyyətə yox, hesabatlara, gələcəyə yox, qısa müddətli görüntüyə, “PR”-a fokuslanır. ETN mütəxəssislərlə açıq disskussiyadansa, nəticəsiz brifinqlərə üstünlük verilir.
Bu yaxında, ölkənin baş naziri bildirmişdi ki, universitetlərimizin diplomları hətta qardaş Türkiyədə tanınmır. Bu ölkə təhsilinin ağır vəziyyətini göstərən narahatedici faktdır. ETN niyə ictimaiyyətə bu durumun səbəblərini izah etmədi? Problem nə vaxta həll ediləcəyini demədi?..
“PR”-ın reallığı əvəzləməsi...
ETN-nin digər səhvi real islahat əvəzinə “PR” mexanizmlərinə üstünlük verməsidir. Bunun ən bariz nümunəsi son vaxtlar blogerlərlə görüşlərin keçirilməidir. Bu təşəbbüs sosial şəbəkələrdə təhsilyönlü “uğur hekayələri” yaratmaq, olmayan keyfiyyəti üstünlük kimi təqdim etmək cəhdidir...
Belə yanaşma zərərlidir, çünki, cəmiyyətdə təhsil sisteminin real vəziyyəti barədə yanlış təsəvvür yaradır, problemlərin etirafını və həllini gecikdirir. Amma hamı hər şeyi görür, bilir. Çünki hər bir ailə təhsillə əlaqəlidir, repetitorlara ayda ən azı 500 manat ödəyir, bu biabrçılığı necə unuda bilərlər?..
“PR” islahatın əvəzi deyil. “PR” islahat olanda məna kəsb edir. Zəif təhsili heç bir “PR” xilas edə bilməz. Amma ETN təhsili xilas etmək yox, hay-küylü reklam və mənasız təqdimatlar maraqlandırır…
Problemlərin kökü menecerlərin məsuliyyətsizliyi və səriştəsizliyidir. Qərarların nəticəsinə görə cavabdehlik yoxdur, səhvlər sistemli təhlil edilmir, uğursuzluq şəxsi məsuliyyətə çevrilmir...
Bu problemlərin kökündə menecerlərin müasir elm və təhsilin fəlsəfəsini, qlobal təhsil trendlərini bilməməsi, onların süni intellekt dövrünün çağırışlarını aydın dərk etməməsi dayanır.
Bu sahənin idarəedilməsində texnokratik deyil, formallıq özünü göstərir. Belə təhsil siyasəti dövlətin inkişafını da ləngidir. Bu təkcə təhsil sistemi üçün deyil, dövlətin uzunmüddətli inkişafı üçün də risklidir. Çünki zəif təhsil zəif insan kapitalı yaradır, zəif insan kapitalı zəif iqtisadiyyat yaradır, zəif iqtisadiyyat zəif dövlət modeli qurur...
Süni intellekt və qlobal rəqabət dövründə təhsil sahəsində ləngimə ciddi problemlər yaradır. Bu uzunmüddətli dövr üçün də itkidir. Bu səbəblərdən səmərəli intellektual dialoq əsasında idarəetmə vacibdir...
ETN-nin problemi ayrı-ayrı şəxslərdə yox, bu qurumda uzun illər formalaşan səhv idarəetmə üslubudur. İntellektual dialoqdan qaçan, tənqidi düşüncəni təhlükə sayan, “PR”-la reallığı əvəz etməyə çalışan struktur nə elm yarada bilər, nə keyfiyyətli təhsil qura bilər, nə də gələcəyə hazır cəmiyyət formalaşdıra bilər...
Təhsil sahəsində islahat sükutla yox, dialoqla başlanır, davam edir. Dialoqdan qorxan idarəetmə isə inkişafın yox, durğunluğun daşıyıcısıdır.
25 illik təhsil təcrübəsi göstərdi ki, belə qüsurlu idarəetmə təhsilə, cəmiyyətə, dövlətə heç nə verə bilmir. Gözləməyə daha vaxt yoxdur, amma gələcək naminə təhsildən gözləntilər də çoxdur...
ETN bu yolda ictimaiyyətlə intellektual dialoqdan yenə də qaçacaq?..
Dosent İlham Əhmədov”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru