Demək, İranın xəbər səhifələrindən biri dostumuz, teleaparıcı Rusif Məmmədsoyun şəklini paylaşaraq onu İsrailin agenti kimi göstərib.
Şəkli gördüm yadıma düşdü: bir gün Rusif dedi gəl görüşək, görüşdük... Dedi efirə qaçıram, mənə dedi, bu gün hər iki kanalda qonağım sən ol. "Oldu, abi..." deyib qəbul etdim. Qaça-qaça metro ilə getdik "Elmlər"ə... Ordan da düşüb qaçdıq "Prime TV"yə piyada....
Orda verlişi yola verib yenə qaça-qaça metroya, "Elmlər"dən əzilə-əzilə "Neftçilər"ə, ordan da marşruta minib sıxıla-sıxıla gəldik "Razin"ə. Tələsik efir....
Efirdən sonra qayıtdım ki, sən idman eləmə... Dedi, niyə? Dedim, məzələnirsən... tamatlıq pomidora döndüm... ordan düş, ora min, burdan düş, ora get, əzil, yıxıl, ondan sonra da gəl efirdə motivasiyanı möhkəm tut danış...
İndi İran səhifələri deyir Rusif İsrailin agentidir. Gör, İsrail nə günə düşüb ki, onun efirdə danışan agenti hər gündə Bakıda konkret "Survivor yarışı"ndakı kimi həyatda qalma uğrunda mübarizə aparır. Yerə soxum belə agentliyi...
Zeynal Əmrəliyev - siyasi ekspert
"DİA-AZ "











