Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                 

Rusiya amerikalıları Bakıda izləyir - NƏ BAŞ VERİR?
Tarix: 8-01-2026, 10:57 | Çap et

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edərək iddia edir ki, bu layihə Transqafqaz regionunun geosiyasi mənzərəsini köklü şəkildə dəyişə bilər. Yazılarda bildirilir ki, sözügedən bəyanatlar ABŞ-ın Rusiya sərhədlərinə yaxın ərazidə qəsdən yeni hərbi-logistika forpostu formalaşdırmaq niyyətindən xəbər verir.

Qeyd olunur ki, Bakıda səsləndirilən açıqlamaların strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Rusiya mediasının iddiasına görə, Prezident İlham Əliyev beynəlxalq diplomatik dairələrdə “Tramp marşrutu” kimi təqdim edilən Zəngəzur dəhlizi layihəsinin həyata keçiriləcəyinə tam əminliyini açıq şəkildə ifadə edib. Bu isə, onların fikrincə, Rusiyanın cənub sərhədlərinə yaxın ərazidə ABŞ-a yaxın yeni mövqenin formalaşması prosesinin detalları deməkdir.

Yazılarda vurğulanır ki, Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin əsas məsələlərinin Bakının maraqlarına uyğun həll olunmasına imkan yaratdığını bildirib. İlham Əliyevin sözlərinə istinadla qeyd edilir ki, nəqliyyat marşrutunun işə salınması artıq şübhə doğurmur. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Türkiyə və İranla həmsərhəd olan Naxçıvanla birləşdirəcək yeni nəqliyyat arteriyasının inşasını nəzərdə tutur.

Rusiya mediası hesab edir ki, layihənin sırf logistika təşəbbüsündən hərbi-strateji forposta çevrilməsində əsas rol təhlükəsizlik məsələlərinə aiddir. Xatırladılır ki, əvvəllər dəhlizin müəyyən təhlükəsizlik funksiyalarının ABŞ-a məxsus özəl hərbi şirkətlərdən birinə həvalə edilməsi ehtimalı gündəmə gətirilmişdi. Onların iddiasına görə, bu yanaşma “regional logistika” adı altında Amerika təhlükəsizlik qüvvələrinin Qafqazda mövcudluğunu legitimləşdirə və Rusiyanın təhlükəsizliyi üçün birbaşa risklər yarada bilər.

Rusiya mediası vurğulayır ki, İlham Əliyevin açıqladığı məqamlar təkcə yol tikintisi ilə bağlı deyil. Yazılarda bu prosesin ABŞ-ın regional gərginliklərdən istifadə edərək, tərəfdaşlarının dəstəyi ilə Rusiyanın cənub sərhədində tamhüquqlu strateji mövqe formalaşdırmaq cəhdi kimi qiymətləndirildiyi qeyd olunur. Bu kontekstdə Moskvanın regiondakı “həyati maraqlarını qorumaq üçün daha sərt və qətiyyətli xarici siyasət yürütməli olduğu” çağırışları səsləndirilir.

Eyni zamanda iddia olunur ki, Zəngəzur dəhlizi layihəsi ilə paralel şəkildə NATO üzvü olan Türkiyənin himayəsi altında “Böyük Turan” ideyasının reallaşdırılması istiqamətində addımlar atılır. Bildirilir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr vahid əlifba, hərbi standartlar və birgə hərbi təlimlər barədə razılaşmalar əldə edir, eləcə də Rusiyadan yan keçən nəqliyyat marşrutlarını fəal şəkildə təşviq edirlər. Politoloq İqor Skurlatovun fikrinə istinadən qeyd olunur ki, “rus dünyası”nın mövqeləri keçmiş SSRİ-nin türkdilli respublikalarında tədricən zəifləyir.

Rusiya mediasında Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən iddialar təkcə nəqliyyat layihəsinə münasibət deyil, daha çox Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizənin informasiya müstəvisindəki təzahürüdür. Moskvanın bu layihəni ABŞ-ın Rusiyanın cənub sərhədlərində “hərbi-logistika forpostu” yaratmaq cəhdi kimi təqdim etməsi, əslində, regionda öz təsir imkanlarının zəifləməsi ilə bağlı artan narahatlığın göstəricisidir.

Zəngəzur dəhlizi Azərbaycan üçün ilk növbədə strateji, iqtisadi və suveren kommunikasiya xəttidir. Layihə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaradaraq Azərbaycanın regional nəqliyyat xəritəsində mövqelərini gücləndirir. Bununla yanaşı, Türkiyə və Orta Asiya ilə bağlantının möhkəmlənməsi Azərbaycanın Türk dünyasında rolunu artırır ki, bu da Moskvanın postsovet məkanında uzun illər formalaşdırdığı təsir balansını dəyişir.

Rusiya mediasının ABŞ və özəl hərbi şirkətlər mövzusunu qabartması isə daha çox qorxu narrativi yaratmaq məqsədi daşıyır. Hazırda dəhlizin təhlükəsizliyi ilə bağlı rəsmi səviyyədə ABŞ hərbi mövcudluğunu təsdiqləyən hər hansı açıq hüquqi mexanizm mövcud deyil. Buna baxmayaraq, Moskva mümkün ssenariləri öncədən təhlükə kimi təqdim etməklə həm daxili auditoriyanı səfərbər etməyə, həm də region ölkələrinə siyasi mesaj göndərməyə çalışır.

Eyni zamanda “Böyük Turan” və Türk Dövlətləri Təşkilatı ilə bağlı iddialar da klassik Rusiya geopolitik ritorikasının tərkib hissəsidir. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi hərbi bloklaşmadan daha çox iqtisadi, mədəni və logistika inteqrasiyasına əsaslanır. Lakin Rusiya mediası bu prosesi qəsdən təhlükəsizlik prizmasından təqdim edərək onu NATO və ABŞ-la eyniləşdirməyə cəhd göstərir.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru