Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Azərbaycanlıları “özgə müharibə”yə şirnikləndirən kimlərdir? - NƏ ETMƏLİ?
Tarix: 26-12-2025, 09:03 | Çap et

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının pul müqabilində Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqda məlumatlar yayılır. Artıq hər iki ölkədə döyüşən yüzlərlə azərbaycanlı haqda məlumatlar mövcuddur. 2010-2020-ci illər aralığında Azərbaycan Respublikasından xeyli sayda şəxs Suriyaya və İraqa gedərək müxtəlif silahlı qruplaşmalara qoşulmuşdu. Bu proseslər əsasən dini pərdə altında həyata keçirilirdi.

Bəllidir ki, dünyanın bir çox ölkələrində münaqişə zonalarında pul müqabilində insanlar müharibəyə cəlb edilir. Belə iddialar var ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf - həm Ukrayna, həm Rusiya hərbi təcrübəsi olan, könüllü döyüşmək istəyənlərə müxtəlif təkliflər verir. Sosial şəbəkələrdə çağırışlar yayılır, elanlar verilir.

Mümkündür ki, Azərbaycanda insanları müharibəyə cəlb edən xüsusi şəbəkə var. Onların bu işdən yaxşı qazanc da əldə etdiyi istisna deyil. Sosial şəbəkələrdə müxtəlif vasitələrlə bu çağırışları edənlərin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması və ciddi tədbirlərin görülməsi vacibdir. Azərbaycanlıları “özgə müharibə”yə şirnikləndirən kimlərdir? Hansısa nəzarət mexanizmi mümkündürmü?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsinə döyüşçü kimi qoşulan Azərbaycan vətəndaşlarının sayının, eləcə də həmin müharibədə ölən vətəndaşlarımızın sayının artmaqda olduğu barədə xəbərlərin intensivləşməsi bu qanunsuz prosesdə hansısa gizli təşkilatçılığın olduğu şübhəsini yaradır: “Düzdür, hələ ki belə bir şəbəkə, qrup və ya təşkilatçı şəxsin olduğu rəsmi qurumlar tərəfindən ifşa edilməyib, amma istisna deyil ki, əgər varsa gec-tez ifşa ediləcək. Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsinə pul müqabilində və ya qeyri-rəsmi yollarla cəlb edilməsi barədə narahatlıqlar artır. İstisna deyil ki, bəzi vətəndaşlarımız hansısa ölkənin kəşfiyyat mərkəzlərinin təsiri altına düşürlər, aldadıcı vədlərin təsirinə düşüb Rusiya-Ukrayna müharibəsinə qoşulurlar. Bir sıra beynəlxalq xəbərlərdə bildirilir ki, Rusiya müharibədə əcnəbiləri cəlb etmək üçün müxtəlif kanallardan istifadə edir: saxta mərkəzlər, özəl strukturlar, bəzən diplomatik və mədəni institutlar kimi maskalanmış vasitələrlə. Bu cəhdlər nəticəsində 128-dən çox ölkədən insanlar cəlb edilməyə çalışılıb və ölənlər, ələ keçirilənlər olub. Bu halların çoxunda ”gizli şəbəkə" və ya saxta “təkliflər” iddiası ortaya çıxıb".

Hüquqşünas xatırladıb ki, Azərbaycan dövləti rəsmi surətdə hər hansı xarici münaqişədə iştirak etmir və Azərbaycan vətəndaşlarının Azərbaycan dövlətinin iştirak etmədiyi hərbi əməliyyatlarda iştirakı qanunla qadağandır: “Dövlət hüquq-mühafizə orqanları da belə hallara qarşı tədbirlər görür. Azərbaycan vətəndaşının xarici ölkədə icazəsiz hərbi əməliyyatlarda iştirakı və ya silahlı qruplaşmalara qoşulması qanunla qadağandır və bu, cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası başqa dövlətlərin müharibələrində iştirak etmir və Azərbaycan vətəndaşlarının xarici ölkədə dövlətin rəsmi icazəsi olmadan silahlı münaqişələrdə iştirakını qanunsuz hesab edir. Bu, həm Cinayət Məcəlləsi, həm də Azərbaycanın beynəlxalq öhdəliklərindən irəli gəlir. Azərbaycan Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə, pul, imtiyaz və ya başqa fayda qarşılığında xarici ölkədə silahlı münaqişədə iştirak 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayət Məcəlləsinin 279-cu maddəsinə görə, vətəndaş rəsmi dövlət ordusu olmayan silahlı dəstəyə, batalyona, qruplaşmaya qoşulursa da 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur. Bu işdə təşkilatçı və ya fəal iştirakçı olduqda daha ağır cəza nəzərdə tutulur. Azərbaycan Cinayət Məcəlləsinə görə, Azərbaycan vətəndaşı cinayəti xarici ölkədə törətsə belə, Azərbaycan ərazisinə qayıtdıqda Azərbaycan qanunları ilə mühakimə edilə bilər. Qanun baxımından "təhlükəsizlik işi", “mühafizə xidməti”, “təlimçi”, “sürücü”, “tikinti briqadası” adı altında cəlb olunub sonradan döyüşlərə qatılmaq da cinayət məsuliyyətindən azad etmir. “Bilmirdim” arqumenti adətən qəbul edilmir. Bir sözlə, Azərbaycan vətəndaşının xarici müharibədə iştirakı qanunsuzdur və vətəndaşı bu qanunsuzluğa təşviq və təhrik etmək, bu qanunsuzluğun təşkilatçısı olmaq cinayətdir. Azərbaycanın müvafiq rəsmi qurumları şübhəsiz ki, haqqında söhbət gedən məsələni müvafiq mexanizmlərlə diqqətdə saxlayıb tədbirlər görəcək".

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan dövləti öz vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır (beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla). 2014-cü ildə qanuna edilən dəyişikliyə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs 1 ay ərzində bu barədə Dövlət Miqrasiya Xidmətinə (və ya xaricdədirsə, konsulluğa) yazılı məlumat verməlidir.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov modern.az-a açıqlama verib.

O qeyd edib ki, ilk növbədə belə şəxsin Azərbaycan Respublikası ilə hüquqi bağlılığı araşdırılmalıdır: “Çünki bəzi hallarda ikili vətəndaşlığı olan şəxslər mövcuddur: Azərbaycan Respublikası prinsip etibarilə ikili vətəndaşlığı tanımır. Yalnız 2014-cü ilə qədər əldə edilmiş ikili vətəndaşlıq istisna təşkil edə bilər. Bir çox hallarda ikili vətəndaşlığı olan şəxslər sənədlərini dəyişmək istədikdə onlara seçim təqdim olunur: ya Azərbaycan vətəndaşlığını saxlayır, ya da digər ölkənin vətəndaşlığını. Bu zaman şəxs Azərbaycan vətəndaşlığını saxlayaraq digər ölkənin vətəndaşlığından imtina edə və ya əksinə, Azərbaycan vətəndaşlığından imtina edərək, digər ölkənin vətəndaşlığını seçə bilər. Bu məsələlər ayrıca araşdırılır.

Əgər müəyyən edilərsə ki, Azərbaycan Respublikasının vətəndaşı, məsələn, Ukraynada hərbi əməliyyatlarda iştirak edib, bu halda onun barəsində cinayət işi başlanır. Hətta şəxs ölkə xaricindədirsə, barəsində qiyabi həbs-qətimkan tədbiri seçilə və beynəlxalq axtarışa verilə bilər.

Azərbaycan Respublikası heç bir ölkə ilə ikili vətəndaşlıqla bağlı müqavilə bağlamayıb. Bu yanaşma Rusiya ilə münasibətlərdə də, Türkiyə ilə münasibətlərdə də eynidir. Qanunvericilikdə bu məsələlərlə bağlı mexanizmlər mövcuddur. Azərbaycan vətəndaşı istədiyi halda ölkə prezidentinin adına müraciət etməklə vətəndaşlıqdan imtina edə bilər. Lakin bu zaman həmin şəxsin dövlət qarşısında bütün hüquqi öhdəlikləri yoxlanılır: hərbi xidmət, inzibati və ya cinayət məsuliyyəti, cərimələr və digər məsələlər araşdırılır. Əgər hər hansı öhdəlik mövcuddursa, əvvəlcə onlar icra olunmalıdır".


“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru