Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

Ramiz Mehdiyev şifrəsi: hakimiyyəti bu adamlarla devirmək istəyib – şok plan
Tarix: 15-10-2025, 07:22 | Çap et

Oktyabr ayı Azərbaycanda dövlət çevrilişinə və hakimiyyəti zorakı yolla ələ keçirməyə cəhd əməlləri ilə zəngindir. 31 il öncə də belə olmuşdu, 22 əvvəl də, 20 il bundan qabaq da. Dəyişən şəxslərdir, xəyanət ssenarisi eynidir…

Heydər Əliyev xəyanəti meydanda məğlub etdi

1994-cü ilin 4 oktyabr tarixində ovaxtkı baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd etdi. Onun əsas müttəfiqləri daxildə Rövşən və Mahir Cavadov qardaşları, xaricdə Rusiyadakı bəlli dairələr idi. Həmin vaxt Cavadovlar məsuliyyətdən yayına bildilər. Heydər Əliyev onları bağışladı. Fürsət verdi. 5 ay sonra Surətsiz sürətli hərbi qiyama növbəti dəfə əl atdılar. Bu haqda bir qədər sonra…

S.Hüseynov 1993-cü ilin iyununda Gəncədə Elçibəy iqtidarına qarşı etdiyi hərbi itaətsizliyi, ardınca da qiyamı növbəti dəfə sınaqdan çıxarmaq istəyirdi. İlk cəhddə uğursuzluqla üzləşdi. Əliyev Elçibəy deyildi – Surət və arxasındakı daxili-xarici güclər bunu hesablaya bilməmişdi. Hərbi və siyasi müxalifət Heydər Əliyevə qarşı səfərbər olmuşdu. Onu tezliklə devirib, dövləti ələ keçirməyi planlaşdırırdılar. Heydər Əliyev 4 oktyabrda (1994-cü il) televiziya ilə xalqa müraciət etdi. Dövlətə qarşı bu xain planın qarşısını almaq məqsədi ilə hər kəsi Prezident Aparatının qarsısın dəvət etdi. Qısa vaxtda minlərlə vətəndaş prezidentin çağırışı ilə ora yığışdı. Qiyam beşiyindəcə boğuldu. H.Əliyev Hüseynov-Cavadov tandemini və arxalarındakı qüvvəni ilk həmlədə darmadağın edə bildi. Həmin gecə Surət Hüseynov tribunada yox idi. Bir gün sonra – 5 oktyabrda Azadlıq meydanındakı mitinqdə isə Surət tribunaya gətirilmişdi. Onu xalqın qarşısında ifşa etdi mərhum prezident Heydər Əliyev. Sonra Milli Məclisin iclasında baş nazir səlahiyyəti əlindən alınaraq istefaya göndərildi.

Cavadovların uğursuz qiyam cəhdi – yeni mərhələ başladı

OMON-un rəhbəri olan Rövşən Cavadov isə revanşa hazırlaşdı. 1995-ci ilin martın 13-də Qazax istiqamətində OMON-la ilk toqquşması baş verdi. 17 martda Bakıda daha miqyaslı hərbi qiyama qalxdı Rövşən Cavadov və qardaşlı Mahir Cavadov. Bu hərbi qiyama cəhd Rövşən Cavadovun həyatı bahasına başa gəldi. OMON komandiri ayağından aldığı güllə yarasının yaratdığı qanaxmadan həyatını itirdi.

Bu hadisələrin başlanğıc nöqtəsi 1994-cü ilin sentyabrına gedib çıxırdı. Azərbaycan dövləti “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft müqavilələrini imzalayaraq ölkənin iqtisadi və siyasi müstəqilliyini ciddi şəkildə möhkəmlətdi. Düşmən buna səssiz qala bilməzdi. Burdakı tör-töküntüləri vasitəsilə dövlət xadimlərinə qarşı sui-qəsd təşkil olundu. Nəticədə Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov öldürüldü. Ölkədə xaos, qorxu yaradıb, həm Qərb şirkətlərini uzaqlaşdırmaq istəyirdilər, həm də bu yolla hakimiyyəti ələ keçirməyə çalışırdılar.

Hər üç cəhd iflasa uğradıldıqdan sonra Azərbaycanda sabitlik yaradıldı. Hərbi müxalifət sıradan çıxarıldı. Daha kimsə ürəyi istəyəndə əlinə silah alıb dövlətə qarşı çıxmırdı – mexanizm ortadan qaldırılımışdı. Bu prosesdə siyasi müxalifətin bəzi hissəsi də yaxından-uzaqdan iştirak edirdi. Hətta Türkiyədəki bəzi dairələrində “pastadan paylarını almaq” həvəsi baş qaldırmışdı. Fərman Dəmirqolun burdakı fəaliyyətini yəqin ki, xeyli adam xatırlayır.

22 il öncə bu gün Bakıda nə baş verirdi? 

2003-cü ilin oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisi ölkədə siyasi hərarəti son dərəcə artırmışdı. “Bizim Azərbaycan” seçki blokunun namizədi İsa Qəmbər istəyərək, ya da istəməyərək revanşa hazırlaşırdı. 1993-cü ilin iyununda devrilən hakimiyyəti 10 il sonra konstitusion yolla geri qaytarmaq üçün ağır bir işin altına girmişdi. Söz vaxtına çəkər, 22 il öncə bu gün – 15 oktyabrda sandıq başına gedən vətəndaş seçkidə aktiv iştirak etdi. Yarış əsas iki namizəd – İlham Əliyev və İsa Qəmbər arasında gedirdi. Nəticələrdən narazı qalan İsa Qəmbər və tərəfdarları gecə ilə Müsavat Partiyasının şəhərin mərkəzindəki qərargahına toplaşdı. İlk etirazlar oradan başladı. 16 oktyabrda isə paytaxtın mərkəzi küçələrində iğtişaş, qarşıdurma yaşandı. Azadlıq meydanını götürmək istəyən kütlə, bununla hakimiyyəti zorla ələ keçirməyə çalışırdı. Proseslər nəzarətdən çıxmışdı. Emosiyalar o qədər artmışdı ki, İsa Qəmbərin Azadlıq meydanına gəlməsi belə vəziyyəti xilas etməyəcəkdi. Bu “xalq üsyanı” az sonra yatırıldı.

Nazirləri kabinetlərində qandalladılar…

Bundan iki il sonra Azərbaycanda növbəti seçkiyə sayılı günlər qalırdı. 2005-ci ilin 5 noyabr tarixində Milli Məclisə seçkilər keçiriləcəkdi. Bu dəfə müxalifət 2003-cü ilin qisası üçün səfərbər olmuşdu. “Azadlıq” seçki blokunda birləşən Müsavat, ADP və AXCP parlament seçkisində 20-30 mandatla qane olmaq istəmirdi. Onlar bütövlükdə hakimiyyəti ələ keçirməyi planlaşdırırdı. Bunu yüksək səslə elan edirdilər. Gürcüstanda Saakaşvilinin, Ukraynada Yuşşenkonun seçkisonrası “Qızılgül” və “Narıncı inqilab”la hakimiyyətə gəlmələri Bakıda müxalifəti hərəkətə gətirmişdi.

Paraleldə başqa bir müxalifət də vardı. Hakimiyyətin içindəki narazılar təşkilatlanıb, təşəbbüsü götürməyə çalışırdı. Onlar siyasi müxalifətlə gizli əlaqəyə girib, onları qabağa verərək hakimiyyətə gəlmək üçün plan qururdular. Səhiyyə naziri Əli İnsanov, iqtisadiyyat naziri Fərhad Əliyev həm birlikdə, həm də ayrı-ayrılıqda hakimiyyətə hazırlaşırdılar. Gizli ittifaqda Rəsul Quliyev, Əli Kərimli, Lalə Şövkət və başqa siyasi avtoritetlər də yer alırdı. Müttəfiqləri İsa Qəmbəri oyundan kənar vəziyyətə qoymuşdular. Ona bu gizli ittifaqda təmsilçilik imkanı verməmişdilər. Hakimiyyəti öz aralarında “bölmüşdülər”.

Mehdiyevin “böyük oktyabr” planı…

2005-ci ilin 19 oktyabr günü ölkədə siyasi zəlzələ baş verdi. Nazirlər Əli İnsanov, Fərhad Əliyev kabinetlərində qandallanaraq istintaqa cəlb edildilər. Ardından siyasi müxalifətin Rəsul Quliyevi Bakıya gətirmək planı alınmadı. Seçkiyə iki həftədən bir az çox qalmış, vəziyyət tamamilə dəyişdi.

Yeri gəlmişkən, 2005-ci ildəki məlum proseslərdə ABŞ-ın Azərbaycandakı səfirliyi də müəyyən qədər iştirak edirdi. Bu haqda bir neçə dəfə yazmışıq. Ona görə təkrara gərək görmədik.

2005-ci ilin oktyabr hadisələrində 20 il sonra 2025-in 14 oktyabr gecəsi Azərbaycan daha bir xəbərin şokunu yaşadı: Ramiz Mehdiyev ağır dövləti cinayətlərdə ittiham olunaraq məhkəmə hökmü ilə barəsində həbs qərarı verildi. Yaşını nəzərə alaraq onun həbsi ev dustaqlığı ilə əvəz olundu.

AMEA-nın sabiq prezidenti Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ortada xəyanət var! Dövlətə qarşı xain plan var! Bunun ardı var! Görün kimlərin iştirakı haqda məlumatlar yayılacaq…

Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməlləri təkbaşına etməyib, edə bilməz. Bu, mütəşəkkil işdir. Elə adlar elan oluna bilər, hər kəs heyrətdən donub qalar.

“Beşinci kolon”un sonu çatdı?

Ramiz Mehdiyev Rusiyanın “beşinci kolon”unun əsas simasıdır. İllərdir deyilir ki, o, Rusiyanın əsas adamı kimi Azərbaycanda bəzi proseslərdin içindədir. Onun 6 il öncə elə bugünlərdə Prezident Administrasiyanın rəhbəri vəzifəsindən istefa verməsi iddiaları möhkəmlədir. “Beşinci kolon”un aparıcı nümayəndələri siyasi və hərbi strukturlardan uzaqlaşdırıldıqdan sonra Azərbaycan torpaqları işğaldan azad edə bildi. Bu məqamda Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən Vətən müharibəsindən az əvvəl uzaqlaşdırılmasını da yaddan çıxarmayaq. Kim bilir, bəlkə bu günlərdə Nəcməddin Sadıqov da eyni maddələrlə həbs ediləcək?

20 il öncə bu günlərdəki kimi, mümkündür ki, siyasi müxalifətdən də kimlərsə bu prosesdə iştirak etsin.

Yekunda deyə bilərik ki, Azərbaycan hüquq mühafizə və xüsusi xidmət orqanları növbəti dəfə uğurlu əməliyyat keçirərək, dövlətə əl və dil uzadanları zərərsizləşdirə bildi. Burada Prezident İlham Əliyevin qətiyyətini və iradəsini xüsusi olaraq vurğulamağa ehtiyac var. Dövlətə, onun maraqlarına qarşı ən kiçik davranış onun tərəfindən bağışlanmır və bunu edən, yaxud etməyə çalışanlar qanunun ən sərt üzü ilə qarşılaşırlar. Ramiz Mehdiyevlə bağlı bu qərar şəbəkənin tamamilə ifşası olacaq. Onillərdir hakimiyyətə daraşmış bu casus yığını, potensial Vətən xainləri ağır zərbə aldılar.

Azərbaycanın həssas bir mərhələyə qədəm qoyduğu; xarici siyasətdə nəhəng uğur qazandığı, Ermənistanla sülh sazişi imzalamağa yaxın olduğu, Zəngəzur dəhlizinin açılmasına ümidlərin artdığı vaxtda, Mehdiyevlə bağlı həbs qərarının verilməsi sıradan bir iş sayıla bilməz.

Azər Ayxan
Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru