Bakının məşhur kofe məkanlarından sayılan “Coffemania”lə bağlı tanınmış teleaparıcı və aktrisa Könül Yusifqızı öz sosial şəbəkə hesabında şikayət edib. Könül Yusifqızı sosial şikayətində bildirib ki, o şəhərin mərkəzində yerləşən Coffemaniadan narazıdır.
Müştəri iddia edir ki, sözügedən məkanda çay sifariş edib lakin ona qənd istədikdə isə etinasız formada müştəriyə qəndin olmadığını bildiriblər.











