Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi .....                     Azərbaycanda radikal təriqətlərin yayılması təhlükəsi .....                     İcra hakimiyyətinin yeni binasını bu şirkət layihələndirəcək .....                     Azərbaycanda toylarla bağlı yeni qadağa? .....                     “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” .....                     Məktəblərdə YENİ PULQOPARTMA ÜSULU .....                     “İranın paytaxtı köçürülməlidir” .....                     AHİK-də daxili intriqalar pik həddə çatır .....                     Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir .....                     "Bu nə xidmət, bu nə iş prinsipidir" .....                     “Kiçik olmaq – zəif olmaq demək deyil” .....                     "Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" .....                     "Qarşıda ciddi mübarizə gözlənilir..." .....                     "Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..." .....                     Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? .....                     Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir .....                     Aldığınız ətin rənginə, qoxusuna fikir verin .....                     "Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" .....                     Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı .....                     Slutski yenidən LDPR-in sədri seçilib .....                     Cəbrayılda yeni park salınır, .....                     Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu .....                     Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir? .....                     Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib .....                     "A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb .....                     Azərbaycanda yeni tədris üsulu peyda olub .....                     Qazidən saxta təltiflərə reaksiya .....                     Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu .....                     Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı .....                     Ukrayna ərazisinin bir hissəsini itirsə də... .....                     Nazir Qərərgah rəisini ehtiyata buraxdı .....                     Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB .....                     "Bizim əmək son 5 ildə dəyişilməyib..." .....                     "Əliyevi və məni təbrik etməlisiz" .....                     Elvin Silvanın haqqına girib? .....                     Elm və Təhsil Nazirliyində yarpaq tökümü .....                     Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR .....                     “İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” .....                     Bakıda xanım sahibkarın BMW-sindən oğurluq .....                     “AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” .....                 

Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir - GÖRÜNƏNİ BUDUR...
Tarix: Bu gün, 06:46 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin Ermənistan ərazisi ilə bağlılığı olmadığını bildirib. Onun sözlərinə görə, bu termin yalnız yol marşrutuna verilən ad kimi qəbul edilə bilər və rəsmi İrəvan üçün problem yaratmır: “Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir. Min dəfə üzr istəyirəm, bəlkə də, Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var”. “Zəngəzur dəhlizi” termininin Ermənistanla bağlı olmadığını israrla iddia edən Paşinyan “Horadiz-Zəngilan” yolunun daha uzun olduğunu vurğulayıb və razılaşdırılmış adın TRIPP marşrutu adlandırıldığını dilə gətirib. Paşinyan “razılaşdırılmış ad TRIPP marşrutudur” deyə vurğulasa da, beynəlxalq leksikonda və siyasi müzakirələrdə yol daha çox “Zəngəzur dəhlizi” kimi tanınır. Ermənistan tərəfinin bu terminologiyaya qarşı xüsusi həssaslıq nümayiş etdirməsi isə diqqət çəkir. Siyasi ekspertlərin fikrincə, Ermənistan tərəfinin “Zəngəzur dəhlizi” terminindən narahatlığı daha çox simvolik xarakter daşıyır. Bu ifadənin beynəlxalq leksikonda geniş yayılması, həm də yolun coğrafi reallığını əks etdirməsi İrəvanın siyasi mövqelərini zəiflədir. Ermənistan “Zəngəzur dəhlizi” adının işlədilməsini öz suverenliyi üçün təhdid kimi qələmə verir və buna qarşı alternativ terminlər irəli sürür.
 
Politoloq Fərhad Məmmədov Teleqraf-a müsahibəsində Ermənistan tərəfinin Zəngəzur terminologiyasından narahatlığına toxunub. Onun sözlərinə görə, terminologiya ilə bağlı olan məsələlər Zəngəzur dəhlizinin, yəni Tramp marşrutunun parametrləri aydınlaşdıqdan sonra səngiyəcək: 
“Nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşrutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi, böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşrutu isə ancaq 44 km-i əhatə edir. Bu, sadəcə olaraq, Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir”.
 
Politoloqun sözlərinə görə, etiraf etməsə belə, Ermənistanın Baş naziri Nikol Paşinyanı da Zəngəzurla bağlı terminologiya məsələsi narahat edir:
“8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmadan sonra proseslərə yanaşma dəyişib. Ermənistan daxilində də Paşinyana qarşı bu mövzuya dair tənqidlər səslənir. Ona qarşı irad tutulan mövzulardan biri də məhz Azərbaycan Prezidenti tərəfindən "Zəngəzur dəhlizi" termininin istifadəsidir. Amma bu da öz növbəsində müəyyən müddət tələb edir ki, cəmiyyətlər liderlərin mövqeyinə adaptasiya olsun”.
 
Siyasi şərhçi Vüqar Dadaşov da “Sherg.az”a açıqlamasında bildirib ki, Paşinyanın “Zəngəzur dəhlizi” ifadəsinə qarşı çıxışı, əslində, Ermənistanın bu terminə qarşı uzun müddətdir göstərdiyi narahatlığın davamıdır. Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” anlayışının beynəlxalq leksikonda möhkəmlənməsi İrəvanın siyasi maraqlarına uyğun deyil: 
“Buna görə də rəsmi İrəvan alternativ terminlər irəli sürməyə çalışır. Bəzən bu mövqeni Rusiyanın təzyiqi və yaxud göstərişi kimi təqdim edirlər, lakin əsas səbəb Ermənistanın özünün terminoloji həssaslığıdır. Ona görə də Paşinyanın Moskvaya səfərindən sonra "Zəngəzur" ifadəsinin əleyhinə çıxması, Rusiya tərəfindən verilmiş bir göstəriş kimi təqdim edilməməlidir. Əslində, Rusiya özü Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına qədər bütün platformalarda “Zəngəzur dəhlizi” terminindən istifadə edib. Lakin Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından və Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan sonra, həmçinin Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması, təbii ki, dəhlizə nəzarətdən uzaqlaşdırılan Rusiyanın maraqlarına uyğun gələ bilməz. Buna görə də Rusiyanın heç bir halda “Zəngəzur dəhlizi” terminindən geri çəkilməsi mümkün deyil”.
 
V. Dadaşov hesab edir ki, Ermənistan Baş naziri Paşinyana Rusiyaya səfəri zamanı Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinin paraflanması və "Zəngəzur dəhlizi", yəni "Tramp yolu" ilə bağlı güclü təzyiqlər edilib və Paşinyan Rusiyanın istəyinin tam əksinə, “Zəngəzur dəhlizi” terminindən imtina etməyi qabartmaqla ABŞ-ni “Tramp yolu” ilə Rusiyaya qarşı çıxarır:
“Şübhəsiz ki, rəsmi Moskva “Tramp yolu” razılaşmasını özünün maraqlarına əks layihə görür. Bu da Rusiyanın “Zəngəzur dəhlizi” termini ilə Ermənistan arasında fikir ayrılığının təsdiqidir. Xüsusilə bu günlərdə Ermənistanda “Tramp yolu”nun fəaliyyətinin detalları ilə bağlı ABŞ-dən nümayəndə heyəti ilə müzakirələrin aparılması fonunda Paşinyanın Rusiya səfərindən sonra “Zəngəzur dəhlizi” termininə qarşı çıxmasının Rusiya ilə əlaqələndirilməsi sadəlövhlükdür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi - Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:52
Azərbaycanda radikal təriqətlərin yayılması təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 08:50
İcra hakimiyyətinin yeni binasını bu şirkət layihələndirəcək - TƏFƏRRÜAT
Bu gün, 07:48
Azərbaycanda toylarla bağlı yeni qadağa? – Dəyişiklik gündəmdə
Bu gün, 07:44
“QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” - Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir
Bu gün, 07:42
Məktəblərdə YENİ PULQOPARTMA ÜSULU - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:38
“İranın paytaxtı köçürülməlidir” − Pezeşkian
Bu gün, 07:35
AHİK-də daxili intriqalar pik həddə çatır -General qızına "DUR" deyən olacaqmı?!
Bu gün, 07:32
Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
"Bu nə xidmət, bu nə iş prinsipidir" - GİLEY
Bu gün, 06:43
“Kiçik olmaq – zəif olmaq demək deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" - GƏLİŞMƏ
Bu gün, 06:36
"Qarşıda ciddi mübarizə gözlənilir..."
Bu gün, 06:33
"Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..."
Bu gün, 06:31
Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? - AKTUAL
Bu gün, 06:25
Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir - FAKT BUDUR!
Bu gün, 06:22
Aldığınız ətin rənginə, qoxusuna fikir verin – Dabaq xəstəliyi TƏHLÜKƏSİ
Dünən, 17:01
"Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" - "The Wall Street Journal"
Dünən, 17:00
Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı - “Tədbirə səfirlə birgə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”
Dünən, 16:58
Slutski yenidən LDPR-in sədri seçilib
Dünən, 16:40
Cəbrayılda yeni park salınır, layihə işləri 835 min manata başa gələcək
Dünən, 16:35
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu - QALMAQAL
Dünən, 16:33
Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir?
Dünən, 16:26
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib
Dünən, 16:26
"A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb
Dünən, 15:35
Azərbaycanda yeni tədris üsulu peyda olub - Şagird və müəllimlər çətin durumda
Dünən, 15:32
Qazidən saxta təltiflərə reaksiya - "Nə etik, nə də hüquqi əsasları var"
Dünən, 15:29
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Dünən, 15:26
Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı qanun layihəsini rədd etdi
Dünən, 15:24
Ukrayna ərazisinin bir hissəsini itirsə də... - ŞƏRH
Dünən, 15:21
Nazir Qərərgah rəisini ehtiyata buraxdı - ƏMR
Dünən, 15:19
Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”
Dünən, 15:03
"Bizim əmək son 5 ildə dəyişilməyib..." - NARAZILIQ VAR...
Dünən, 14:57
"Əliyevi və məni təbrik etməlisiz" - Makronla zarafat etdi, Trampa sataşdı
Dünən, 13:07
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
Dünən, 12:59
Elm və Təhsil Nazirliyində yarpaq tökümü - “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”
Dünən, 12:54
Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR - ADLAR...
Dünən, 12:49
“İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” - Deputat gileyləndi
Dünən, 12:46
Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....
Dünən, 12:43
“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA
Dünən, 12:40
Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək - İşləri görəcək şirkətin 1.8 milyon borcu var
Dünən, 12:36
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:30
Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq -ŞƏRH
Dünən, 12:18
İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır - TƏFƏRRÜAT
Dünən, 12:15
Macarıstan Azərbaycana görə bunu qadağan etdi
Dünən, 12:13
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:04
Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı
Dünən, 12:01
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq - SİFARİŞ VERDİ
Dünən, 11:57
İxtisar bəhanəsi ilə OYUNBAZLIQ... - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 11:55
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi - MƏHKƏMƏ
Dünən, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru