Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

İran “nüvə müqaviləsindən” çıxır: Azərbaycan narahat olmalıdırmı? - AKTUAL
Tarix: 1-10-2025, 05:39 | Çap et

BMT İranın nüvə öhdəliklərini “davamlı şəkildə yerinə yetirməməsi” səbəbindən Təhlükəsizlik Şurasının 1696, 1737, 1747, 1803, 1835 və 1929 saylı altı qətnaməsinə uyğun olaraq bu ölkəyə qarşı sanksiyaları və digər məhdudiyyətləri bərpa edib.

Bu barədə ABŞ dövlət katibi Mark Rubionun bəyanatında bildirilir.

Sanksiyaların bərpası 2025-ci il avqustun 28-də Fransa, Almaniya və Böyük Britaniyanın təşəbbüsü ilə başlanmış “snapback” prosesini tamamlayır və bu, qətiyyətli qlobal liderliyin göstəricisidir”, – ABŞ dövlət katibi bəyan edib.

Mark Rubionun sözlərinə görə, bərpa edilmiş qətnamələrin müddəaları İranın nüvə proqramı, ballistik raketləri, adi silahları və stabilliyi pozan fəaliyyəti ilə bağlı təhlükələri aradan qaldırmağa yönəlib.

2015-ci ildə İran, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya və Çin tərəfindən imzalanmış saziş İranın nüvə proqramına məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. Lakin indi Qərb dövlətləri hesab edirlər ki, Tehran öz öhdəliklərini yerinə yetirməyib.

Tehrandan uranın zənginləşdirilməsini, ağır su istehsalını və nüvə materiallarının emalını dayandırmaq tələb edilir; ballistik texnologiyalardan istifadə qadağan olunur; İrana silah tədarükünə embarqo tətbiq edilir; ayrı-ayrı şəxslər və təşkilatların aktivlərinin dondurulur və viza qadağası bərpa olunur; həmçinin İranın dövlət və qeyri-dövlət aktorları tərəfindən daşınan silahların və digər qadağan olunmuş yüklərin müsadirə edilməsinə icazə verilir”, – bəyanatda qeyd olunur.

Sənəddə o da vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 19 sentyabr tarixində qəbul etdiyi və 26 sentyabrda təsdiq etdiyi qərar bir şeyi açıq şəkildə nümayiş etdirir: dünya hədələrə və yarımçıq tədbirlərə boyun əyməyəcək və Tehran məsuliyyətə cəlb ediləcək.

İran isə “snapback” mexanizminin işə salınmasına cavab olaraq nüvə silahlarının yayılmaması haqqında müqavilədən (Non-Proliferation Treaty - NPT) çıxmaq imkanını rəsmi şəkildə nəzərdən keçirəcəyini bəyan edib.

İranın xarici işlər naziri Telegram kanalında bildirib ki, Tehran sanksiyaların bərpası fonunda ölkəyə ziyan vurmaq cəhdlərinə cavab verəcək. “Avropa üçlüyü və ABŞ diplomatiya və qarşılıqlı fəaliyyət üçün zəruri olan mühiti yaratmaq əvəzinə, qarşıdurma və böhran yaratmaq yolunu seçdilər və səhvən düşünürlər ki, düşmənçilik yolu tutaraq ləğv edilmiş BMT qətnamələrini bərpa etməklə yeni təzyiq aləti əldə edəcəklər”, – bəyanatda deyilir.

Bəs, İranın NPT-dən çıxması qonşu ölkələr, məsələn, Azərbaycan, eləcə də əsas düşməni olan İsrail üçün nə dərəcədə təhlükəli ola bilər?

Siyasi şərhçi Murad Sədəddinov Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, nüvə silahlarının yayılmaması haqqında müqavilə 1968-ci ildə BMT tərəfindən qəbul edilib və 1970-ci ildə qüvvəyə minib:
Bu müqavilənin əsas məqsədi və vəzifəsi nüvə silahına malik olmayan ölkələrin onu əldə etmək imkanlarını məhdudlaşdırmaqdır. Lakin müqavilənin artıq 55 ildir qüvvədə olmasına baxmayaraq, bu müddət ərzində bəzi ölkələr nüvə silahına sahib olub. Məsələn, İsrail, CAR, Hindistan, Pakistan kimi ölkələr. Koreya Xalq Demokratik Respublikası da bu müqaviləni imzalayıb, lakin sonra imzasını geri çəkib və nüvə silahına sahib olub. Yəni görürük ki, bu müqavilənin qüvvədə olması qarşısına qoyulan məqsəd və vəzifələrə o qədər də ciddi təsir göstərmir”, – ekspert bildirib.

Onun sözlərinə görə, İran bu müqaviləni imzalayan, amma onu pozmaqda şübhəli bilinən ölkələr siyahısındadır.
Bu müqaviləyə nəzarət edən orqan hamının tanıdığı MAQATE-dir. Bu təşkilat son illər İranın uranı nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirdiyi ilə bağlı dəfələrlə fakt və sübutlar səsləndirib. İran faktiki olaraq bu müqaviləni pozur və faktiki olaraq artıq bu müqavilədən çıxıb. Yəni, formal olaraq oradadır, imzası qalır, amma əslində nüvə silahı yaratmaqla məşğuldur. Çoxsaylı faktlar bunu sübut edir. Və ölkənin bu müqavilədən formal olaraq çıxması faktiki heç nəyi dəyişmir. Azərbaycan və ya İsrail üçün əsas məsələ İranın nüvə silahına sahib olmamasıdır. Bu vacibdir. İranın müqavilədən çıxıb-çıxmaması isə İsrail üçün təhlükəsizlik baxımından özlüyündə heç nəyi dəyişmir.

İranın nüvə silahına sahib olması İsrail üçün bir nömrəli problemdir, çünki İran və İsrail faktiki müharibə vəziyyətindədirlər. Əgər İran nüvə silahına sahib olsa, bu, İsrail üçün ölümcül dərəcədə təhlükəlidir.

Azərbaycana gəlincə, təbii ki, qonşu İranın nüvə silahına sahib olması bizim üçün də narahatlıq doğurur. Amma deyə bilərəm ki, İranın bu müqavilədən çıxması reallıqda heç nəyi dəyişmir. Çünki İran faktiki olaraq öz nüvə silahını yaratmaq üzərində işləməklə bu müqaviləni pozur”, – Sədəddinov yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru