Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                 

İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:01 | Çap et

Məsud Pezeşkian 2024-cü ilin iyulunda keçirilən prezident seçkilərində sürpriz namizəd sayılırdı. Seçkilərə buraxılan digər 5 namizəd daha çox mühafizəkar qanadı təmsil edən şəxslər olduğu halda, o, islahatçı cinaha yaxınlığı ilə diqqət çəkmişdi. Bu səbəbdən də bəzi ekspertlər Pezeşkianın gözardı edilməsilə razılaşmırdılar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirirdi. Və... gözləntilər özünü doğrultdu. O, seçkilərin ikinci turunda rəqibi Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti seçildi.

Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə idi ki, namizəd kimi iştirak edirdi. Keçmiş səhiyyə naziri o zamana qədər təcrübəli deputat kimi də tanınmışdı.

O, İrandakı sərt rejim siyasətinə - xüsusilə hicab məcburiyyətinə, etirazların zorakılıqla yatırılmasına tənqidi yanaşan şəxslərdəndir. Pezeşkian “yumşaq siyasi dialoq”un tərəfdarı kimi də tanınır. Xarici siyasətdə, nüvə proqramı məsələsində Qərblə anlaşma yolu tutmaq istəyi göstərib.

Amma İran kimi teokratik sistemdə prezidentin səlahiyyətləri və imkanları məhduddur, ölkədə əsas söz sahibi Ali Rəhbər Seyid Əli Xamenei və ona bağlı olan İnqilab Keşikçiləri Korpusudur (SEPAH). Pezeşkian da bu məhdudiyyətləri nəzərə almağa məcburdur.

Məsud Pezeşkian həm reformist potensiala malik, həm də mərkəzi hökumətin sərt siyasətindən fərqlənməyə çalışan lider kimi görünür. Müşahidələrə görə, onun siyasətində əsas yeri insan hüquqlarının qorunmasına çalışmaq, gənclərin və qadınların vəziyyətini yaxşılaşdırmaq, etnik azlıqlara qarşı münasibətdə daha açıq dialoq, beynəlxalq aləmlə danışıqlara getmək, sanksiyaların yüngülləşdirilməsinə cəhd, iqtisadiyatı canlandırmaq arzusu tutur.

Amma bu arzuların reallaşması çox şeydən asılıdır: rejimin əsas sütunu olan Ali Rəhbərdən, mühafizəkarların təmsil olunduğu SEPAH təşkilatından, beynəlxalq vəziyyətdən, ölkədaxili sabitlikdən və təbii ki, iqtisadi imkanlardan.


Məsud Pezeşkianın həyatı enişli-yoxuşlu olub: onun uşaqlağı çətin dövrə təqadüf edib, gəncliyində həm təhsil alıb, həm də müharibədə iştirak edib - cəbhədə olub.

İran prezidentinin valideynləri barədə müxtəlif fərziyyə və fərqli məlumatlar mövcuddur.

Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Məsud Pezeşkianın ata-anasından bəhs edir.

İran KİV-lərinin çoxunda onun valideynləri barədə açıq məlumatlara çox az rast gəlinir, onların ad-soyadını, nə vaxt doğulduqları və vəfat etdiklərini çoxları heç bilmir.

Önümüzdəki günlərdə - sentyabrın sonunda Məsud Pezeşkianın 71 yaşı tamam olacaq. O, 1954-cü il sentyabrın 29-da İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə etnik azərbaycanlıdır.

Məsud Pezeşkianın atası Məhəmməd Əli 1929-ci ildə Urmiyada doğulub. Prezidentin atasının həyatı və şəxsi xüsusiyyətləri ilə bağlı çox detallı faktlar yoxdur. Məlum olan əsas fakt budur ki, Məhəmməd Əlinin soy-kökü Azərbaycan türklərinə məxsusdur. O, əczaçılıqla məşğul olub. Məhəmməd Əlinin 1978-ci ildə vəfat etdiyi bilinir.

Prezidentin anası Məhbubə Sudbaxş 1930-ci ildə Urmiyada dünyaya gəlib. Onun evdar qadın olduğu bildirilir. Bəzi mənbələr Məhbubə xanımın milliyətçə kürd oluğunu iddia edir. İranın Qərbi Azərbaycan bölgəsində etnik və mədəni müxtəlifliyin, həm kürd, həm türk toplumlarının mövcudluğu Pezeşkianın valideynlərinin mənşəyi haqqında fərqli təsəvvürlərə səbəb olub. Lakin Məsud Pezeşkian bir neçə müsahibəsində “Atam da türkdür, anam da və mən türk olduğum üçün fəxr edirəm!” deyib. Onun bu açıqlamasının videogörüntüləri internet resurslarında da yayılıb.

Məsud Pezeşkianın özünü rəsmi saytındakı məlumata görə, onun ata-anası qohum olublar. Əczaçılıq edən Məhəmməd Əli evləndikdən sonra onun işi Mahabad şəhərindəki xəstəxananın aptekinə köçürülüb və buna görə də ailəsini də özü ilə ora aparıb.

Məhəmməd Əli və Məhbubə Sudbaxş cütlüyünün ilk övladı Qüdrət doğulandan altı ay sonra ölüb. Ondan sonra ailədə daha 6 uşaq dünyaya gəlib: Mahmud, Sürəyya, Huriyə, Məsud, Yusif və Ziba.

Prezidentin anası Məhbubə xanım 1988-ci ildə vəfat edib.


Məsud Pezeşkian 1961-1969-cu illəri Mahabadda ibtidai məktəb və üç il orta məktəb oxumaqla keçirib, ardınca daha üç il təhsil almaq üçün Urmiyaya köçüb. 1969-1973-cü illərdə Urmiya Kənd Təsərrüfatı Texnikumunda oxuyan Məsud qida sənayesi üzrə diplom alıb.

Məsud Pezekian ilk diplomunu aldıqdan sonra orduya qatılaraq Zabolda hərbi xidmət keçib (1973-1975). Məhz həmin vaxt o, tibb sahəsilə maraqlanıb. Hərbi xidməti başa vurandan sonra - 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib.

Onun tələbəlik illəri İmam Xomeyninin başçılıq etdiyi inqilabi fəaliyyətlə müşayiət olunub. 1978-ci ildə Təbrizdə şah rejimi əleyhinə keçirilən yürüşün təşkilində fəal rol oynayıb.

Məsudun kiçik qardaşı Yusif onu inqilabi fəaliyyətlərdə müşayiət edib. Yusif 1979-cu il yürüşlərindən birində güllələnərək şəhid olub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru