Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                 

Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Tarix: 15-09-2025, 06:10 | Çap et

Azərbaycanda 2013-cü ildə təhsilin inkişafı üzrə Strategiyanın qəbulundan sonra bu günə qədər müəyyən dəyişikliklər baş verib. Bunu elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir qeyd edib ki, Dövlət Strategiyasının qəbulundan sonra əsaslı islahatlara başlanılıb: “Təhsil islahatı ardıcıl və uzun bir prosesdir. Bir çox istiqamətlərdə əsaslı islahatlar aparılıb. Biz anlayırıq ki, mükəmməl təhsil sisteminə getmək istəyiriksə, uşaqlar məktəbəqədər təhsilə getməlidir. Çünki təhsilin əsası buradan başlayır. Məktəbəqədər təhsilin əhatəsi nə qədər çox olarsa, bir o qədər təhsilin keyfiyyəti yaxşılaşır. Bu baxımdan biz 16 faizdən 40 faizə çatmışıq”. “Ümumiyyətlə, məktəbə getməyən biri ilə məktəbəqədər təhsilə yönələn uşaqlar arasında çox fərq var. Hər il 30-40 min daha çox uşağı məktəbəqədər təhsilə yönləndirməyi bacarmışıq. Biz bunun nəticələrini 2029-cu ildən görməyə başlayacağıq”, - deyə nazir bildirib.
E.Əmrullayev məktəbəqədər təhsildə irəliləyiş olduğunu hər nə qədər desə də, vətəndaş bu sahədən məmnun deyil. Nəinki məmnun deyil, hətta narazıdır. Əsas narazılıq da uşaqların yaş həddində məktəbəqədər hazırlıq qruplarına qəbulla bağlıdır.
 
Sosioloq Lalə Mehralı sosial şəbəkədə bu problemə toxunub, həm də şəxsən övladı ilə bağlı üzləşdiyi problemi işıqlandırıb:
- Hörmətli Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 2019-cu ildə doğulan, biri yanvar, biri dekabr doğumlu olan uşaqlar yaşıd deyil! Məktəbəqədər qrupa uşaq qəbul edəndə bunu nəzərə alın! Bu uşaqların arasında 11 ay 20, 11 ay 25 gün fərq var, yəni 1 yaş! 4 yaşlı uşaqla 5 yaşlı uşaq eyni qrupda məktəbəqədər təlim görə bilməz, bu, məntiqli deyil. Uşaqların məktəbəqədər qruplara qəbulu elan ediləndə "#qəbul #tarixinədək 5 #yaşı #olmuş #uşaqlar" qeydi olmalıdır. Sizin bu məntiqsiz qərarınıza görə mən indi hər ay 100 manat zərərə düşüb özəl kursa göndərirəm uşağımı. Çünki 2019-cu il təvəllüdlü uşaqların məktəbəqədər qruplara qəbulu elan ediləndə mənim oğlum dekabr doğumlu olduğu üçün hələ 5 yaşı olmamışdı və o, bağça tərbiyəsi görməli idi, məktəb yox. Növbəti il üçün məktəbəqədər qrupa qəbul etmədi sistem uşağımı, deyir 2020-ci il təvəllüdlü uşaq olmalıdır. Uşağım isə 20 gün fərqlə 2019-cu il təvəllüdlüdür. Sizin məntiqlə 5 yaşı olmamış uşaq məktəbəqədərə, 6 yaşı olmamış uşaq isə məktəbə getməlidir. Oğlumun 6 yaşı yoxdur, hələ dekabrda bitəcək, mənə mesaj göndərir sistem, uşağı məktəbə yerləşdirin deyə. İndiki dərs yükü ilə uşağı 6 yaşı olmamış məktəbə göndərmək onun uşaqlığını məhv etmək deməkdir. Ana olacaq qadınlara məsləhət, uşaq planlayanda doğulacağı ayı nəzərə alın, vay o gündən ilin sonuna düşə uşaq, özündən böyüklərlə oxumalı olacaq. Saxlayıb növbəti il məktəbə göndərməli olsanız məktəbəqədər təhsildən faydalana bilməyəcəksiz, özəl kursa göndərəcəksiniz. Bağçalar da 5 yaşı olan kimi çıxarır uşağı, qalırsan çöldə. Bunu artıq üçüncü dəfədir yaşayıram mən, uşaqlarımın 5 yaşı olmamış məktəbəqədər qruplara getməsini istəmirəm deyə məktəbəqədər təhsildən yararlana bilmirəm. Bir səhv edib uşaqların üçünü də ilin ikinci yarısında dünyaya gətirmişəm deyə.
 
L.Mehralının paylaşımına reaksiyalardan da görünür ki, problem həqiqətən ciddidir:
Nərgiz Salmanova Liftiyeva: - Oğlum da 2020 dekabrın 30-da doğulub. Bu il məktəbəqədər hazırlıq qrupuna yazdırmışam. Ancaq hazırda 4 yaş 9 aylıq. Özü məktəbə çox həvəsli olub bacılarının arxasınca ağlamasaydı, bu il qoymayacaqdım. Yanvardan sonra özəl kursa yazdırmaq fikrim var idi. Amma öz arzusu ilə göndərirəm, öyrənməsi üçün yox, sırf məktəb mühitinə uyğunlaşması, sosiallaşması üçün.
Lalə Mehralı: - Mən də sosiallaşması üçün qoymuşam kursa, bir də rus sektoruna qəbul imtahanla olduğu üçün.
Şəymən Bayramova: - Eyni problemi mən də yaşayıram. Oğlum 2019-cu il aprel təvəllüdlüdür, məktəbəqədər təhsildən faydalana bilməsə də, bağçada qaldı sentyabrın 1-nə qədər. Bu il 1-ci sinfə gedəcək. Lakin 5 yaşlı, 2020, oktyabr təvəllüdlü oğlumu tezdi deyə məktəbəqədərə qoymadım, gələn ilsə bağça sistemdən atacaq, hazırlıq qrupu da götürməyəcək. Mən də məcburam ki, özəl kursa qoyum.
Şəbnəm Xeyrulla: - Məndə də belə oldu. Oğlumun oktyabr ayında 7 yaşı tamam olur. Keçən il hazırlıq sinfi üçün artıq gec idi deyə, özəl kursa qoydum. Bu il birinci sinfə gedəcək. Hesab etmirəm ki, gecikib. Mən də noyabr ayında doğulmuşam və onun kimi 7 yaşım tamam olan il məktəbə getmişəm. Tez göndərməyin də tərəfdarı deyiləm. Onsuz da proqramları 7 yaş üçün belə çətindir.
Lalə Mehralı: - 7 yaşda göndərmək ən doğrusudur. Sadəcə, 7 yaşında göndərəcəyimiz uşaq dövlətin ona verdiyi məktəbəqədər təhsil hüququnu itirir.
Şəbnəm Xeyrulla: - Hələ şükür edək ki, birinci sinfə qəbul edirlər. Bir də görəcəyik ki, "gecikmisiniz, birinci sinifdə oxuya bilməz", yazdılar.
Umayra Aliyeva: - Bu problemlər nə zaman həllini tapacaq? Hər uşağın inkişafı fərqli olur. Bütün 5 yaşlıları da məktəbəqədər qrupuna yazdırmaq düz deyil heç. Elə uşaq var ki, ləngiyir inkişafı. Hansı ki, indi 10 uşaqdan 4-ü ləngimə problemi yaşayır. Həmin uşaqlar məktəbəqədər qrupuna 6 yaşda getsə yaxşıdır. Elm də Təhsil Nazirliyi bu məsələləri nə zaman qaydaya salacaq?
Lalə Mehralı: - Nazirlik hələ müəllim hesabına sinif düzəltməyi ölçüb-biçir.
Sevil Gültən: - Anormal qanunlar varmış ki!..
Ofelya Əhmədova: - Bir dolaşıqdır düşmüşük, gedirik. Məni də sovet vaxtı bu ay, gün söhbətinə görə götürmürdülər, ağlayıb özümü öldürürdüm məktəb üçün, nəhayət, bir müsibətlə qəbul etdilər məktəbə.
Təranə Məmmədtağıyeva: - Uşağın beyninin kütləsi hər ay, hər yaş artdıqca artır. Və buna əsasən də mövzunu qavraması daha da inkişaf edir. Bunu mütəxəssislər bilmirlər görünür. Sinifdə uşağın bir yaş digərlərindən fərqi onlardan zəif oxuması, çox əziyyət çəkərək onlara çatması, beyninin yüklənməsi deməkdir.
Sosial şəbəkədə paylaşılanlar, yazılan rəylər problemin həqiqətən də ciddi olduğunu göstərir. Elm və Təhsil Nazirliyi isə “16 faizdən 40 faizə yüksəlmə” ilə fəxr edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru